Elçinin “Şekspir” pyesinin
İtaliyada yeni tamaşası
Xalq yazıçısı
Elçinin pyesləri
xarici ölkə teatrlarının diqqət
mərkəzindədir. Bu
pyeslər ABŞ, İngiltərə,
Rusiya, Türkiyə, İtaliya, Koreya Respublikası, Ukrayna, Gürcüstan və digər ölkələrin
teatrlarında müvəffəqiyyətlə
tamaşaya qoyulub, tamaşaçıların da,
sənətşünasların da yüksək qiymətini alıb. Yazıçının məşhur “Şekspir”
tragikomediyasının da
səhnə taleyi çox uğurlu olub. İlk dəfə Bakıda tamaşaya qoyulmuş bu pyes bir
çox dillərə
tərcümə edilib,
Nyu-York, London, İstanbul, Moskva, Sankt-Peterburq və başqa böyük şəhərlərin teatrlarında
səhnələşdirilib.
AZƏRTAC xəbər verir ki, İtaliyanın
Aurum-Larqo Qardone Riverada teatrı avqustun 23-dən etibarən
“Şekspir” pyesi əsasında hazırlanmış
tamaşanı sənətsevərlərə
təqdim edir. Pyes yüksək zövqlə hazırlanmış
buklet və afişalarda “təkrarolunmaz,
müqayisə edilməz,
qeyri-adi, mükəmməl”
əsər kimi qiymətləndirilir. Pyesi
ingilis dilindən italyancaya Marqerita Kristiani tərcümə edib. Tamaşanın quruluşçu rejissoru Patrizia Di Filviani,
bəstəkarı Gulio
Skokkiadır. Əsas rolları İtaliyanın
tanınmış aktyorları
Q.Silveri, D.Jiglia, A.Petrone, A.Talotti və başqaları ifa edir. Bütün
tamaşalar anşlaqla
keçir.
Yeni Azərbaycan.-
2017.- 20 sentyabr.- S.7.