Aktauda Qazaxıstan-Azərbaycan gəncləri günlərinə
start verilib
Sentyabrın 21-də Qazaxıstanın Aktau şəhərində keçirilən
Xəzəryanı Gənclər
Forumu çərçivəsində
Qazaxıstan-Azərbaycan gəncləri
günlərinə start
verilib. Ş.Yesenova adına Xəzər Dövlət Mühəndislik
və Texnologiyalar İnstitutunda keçirilən
tədbirdə Azərbaycanı
gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə nümayəndə
heyəti təmsil edib.
Gənclər və İdman
Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, Qazaxıstanın Dini Məsələlər
və Vətəndaş
Cəmiyyəti İnstitutunun
gənclər siyasəti
üzrə departamentinin
direktoru Qabidulla Ospankulov tədbirdə çıxış edərək
hər iki ölkənin tarixi köklərə əsaslanan
dostluq və qardaşlıq münasibətlərindən
söz açıb. Azərbaycan nümayəndə heyətinin
ölkəsinə səfərindən
məmnunluğunu bildirən
Q.Ospankulov Qazaxıstan
Prezidenti Nursultan Nazarbayevin Xəzəryanı
Gənclər Forumunun
keçirilməsi təşəbbüsünün
reallaşması istiqamətində
müxtəlif tədbirlərin
həyata keçirildiyini
qeyd edərək deyib: “Ötən il Qazaxıstan
və Azərbaycan diplomatik əlaqələrinin
qurulmasının 25 illiyini
qeyd edib. Bu illər ərzində
digər istiqamətlərdə
olduğu kimi, gənclər sahəsində
də çox böyük işlər görülüb. Azərbaycan dünyada
irimiqyaslı layihələrə
yüksək səviyyədə
ev sahibliyi etməsi ilə tanınır. 42-ci Ümumdünya
Şahmat Olimpiadası,
Gənclər Siyasəti
üzrə Qlobal Forum, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər mötəbər
tədbirlər Azərbaycanın
dünyada təbliğində mühüm
rol oynayıb”.
Departament direktoru bir neçə gün davam edəcək tədbirin gənclər arasında əlaqələrin
qurulması, hər iki ölkənin gənclər siyasəti sahəsində görülən
işlərin əlaqələndirilməsi
baxımından faydalı
olacağını diqqətə
çatdırıb, gəncləri
müzakirələrdə
fəal olmağa çağırıb.
Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev dost və
qardaş ölkələrimizin
gənclər sahəsində
sıx əməkdaşlıq
etdiklərini diqqətə
çatdırıb. O, bu
tədbirin Azərbaycan
nümayəndə heyətinin
Qazaxıstana dostluq səfəri olduğunu söyləyib. İ.Babayev qeyd
edib ki, dünyada baş verən gərgin siyasi proseslər fonunda Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının
müdrik siyasəti sayəsində hər iki ölkədə sabitlik, təhlükəsizlik
və sürətli inkişaf təmin olunub. O, Prezident İlham Əliyevin “Qazaxıstan xalqının
bəxti gətirib ki, Nursultan Nazarbayev
kimi prezidenti var” sözlərini diqqətə çatdıraraq,
Qazaxıstanın dövlət
başçısının daim Azərbaycanın mövqeyini fəal şəkildə dəstəklədiyini
bildirib.
İ.Babayev Azərbaycanda dövlət
gənclər siyasətinin
əsasının ümummilli
lider Heydər Əliyev tərəfindən
qoyulduğunu qeyd edərək, ölkəmizdə
gənclərlə bağlı
Dövlət proqramlarının,
layihələrinin icra
olunduğunu bu sahədə mükəmməl
qanunvericilik bazasının
yaradıldığını
bildirib. Nazir müavini Prezident
İlham Əliyevin sentyabrın 15-də imzaladığı
Sərəncamla təsdiq
edilən “Azərbaycan
gəncliyi 2017-2021-ci illərdə
Dövlət Proqramı”nın
yeni dövrün tələbləri nəzərə
alınmaqla gənclərin
inkişafı sahəsində
daha genişmiqyaslı
tədbirlərin həyata
keçirilməsinə
imkan yaradacağını
deyib. O, tədbir
çərçivəsində imzalanacaq memorandumların əlaqələrin daha sürətli inkişafına
zəmin yaradacağına
əminliyini ifadə edib.Sonra Yeni Azərbaycan Partiyasının
Gənclər Birliyi ilə Qazaxıstanın “Jas Otan”, eyni
zamanda, Azərbaycan Respublikası Tələbə
Gənclər Təşkilatları
İttifaqı ilə
Qazaxıstan Gənclər
Konqresi arasında əməkdaşlıq haqqında
memorandumlar imzalanıb.Daha
sonra tədbir iştirakçıları Azərbaycanın
milli musiqi alətləri, əl işləri, milli yeməklərindən ibarət
sərgi ilə tanış olublar. Tədbirin konsert proqramı ilə başa çatıb.Səfər çərçivəsində,
həmçinin Azərbaycan
nümayəndə heyətinin
Nazarbayev İntellektual
Məktəbinə tanışlıq
səfəri təşkil
edilib və təmsilçilərimiz üçün
mədəni proqramlar
nümayiş olunub.
Yeni Azərbaycan.-
2017.- 22 sentyabr.- S.7