Ali məktəblər üçün
nəzərdə tutulan
“Azərbaycan multikulturalizmi”
kitabının təqdimatı
olub
Sentyabrın 22-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) ali məktəblər
üçün nəzərdə
tutulan “Azərbaycan multikulturalizmi” dərsliyinin
təqdimat mərasimi
keçirilib.
AZƏRTAC
xəbər verir ki, ali təhsil oca
qlarında tədris ediləcək
“Azərbaycan multikulturalizmi”
kitabı AMEA-nın həqiqi üzvü, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
Himayəçilik Şurasının
sədri Kamal Abdulla və
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
üzrə şöbəsinin
baş məsləhətçisi,
professor Etibar Nəcəfovun
elmi redaktoluğu ilə hazırlanıb. Kitab giriş, 3 bölmə və 7 fəsildən ibarətdir. Dərslik
Azərbaycan universitetləri
və eyni zamanda, xarici ölkə universitetlərində
“Azərbaycan multikulturalizmi”
fənnini öyrənən
tələbələr, magistrlər
və doktrantlar, həmçinin Azərbaycan
multikulturalizmi modelinin
aktual məsələləri
ilə maraqlananlar üçün nəzərdə
tutulub.
Mərasimdə Kamal Abdulla və Etibar Nəcəfov çıxış
edərək “Azərbaycan
muktikulturalizmi” fənninin
artıq Azərbaycanın
və xarici ölkələrin onlarla universitetlərində tədrisinin
bütün dünyaya
nümunə olmasından
danışıblar. Qeyd edilib
ki, fənnin uğurlar tədris olunmasının əsas şərtlərindən biri
fənn üzrə dərsliyin hazırlanmasıdır.
Bu zərurəti nəzərə
alaraq, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin
2016-cı il tarixli Sərəncamı ilə
təsdiq edilmiş
“2016-cı ilin Azərbaycan
Respublikasında “Multikulturalizm
ili” elan edilməsinə dair Tədbirlər Planında
“Azərbaycan multikulturalizmi”
dərsliyinin hazırlanıb
nəşr etdirilməsi
vəzifəsini qoyub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi,
hüququ, müasir siyasəti, dili, etnoqrafiyası, beynəlxalq
əlaqələri üzrə
tanınmış alimlərin
birgə səyi ilə “Azərbaycan multikulturalizmi” dərsliyini
hazırlayıb. Bu dərslik Azərbaycan multikulturalizm modelinin sistemli şəkildə, elmi cəhətdən təqdim edən ilk vəsaitdir. Üç
bölmədən olan
dərslikdə Azərbaycan
multikulturalizm modelinin bütün əsas cəhətləri, o cümlədən,
onun formalaşmasının
obyektiv və subyektiv səbəbləri,
tarixi təkamülü,
ədəbi-bədii, elmi-fəlsəfi,
publisistik, siyasi və hüquqi qaynaqları, ictimai şüurun müxtəlif
formalarında inikası,
Azərbaycanın daxili
və xarici siyasətində təzahürləri
təhlil edilir.
Yeni Azərbaycan.- 2017.-23 sentyabr.- S.7.