Davud Paşayev. “Məxfiqrifsizkitabı çapdan çıxıb

 

Generallar Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, SSRİ-nin Azərbaycan Respublikasının görkəmli partiya dövlət xadimi Heydər Əliyev, Sosialist Əməyi Qəhrəmanları Sabit Orucov, Fərman Salmanov, Pilotlu pilotsuz gəmilərin stansiyaların uçuş sınaqları üzrə SSRİ Dövlət Komissiyasının sədri, general-leytenant Kərim Kərimov, Azərbaycanın görkəmli mədəniyyət xadimləri Tahir Salahov, Qara Qarayev, Niyazi, Rəşid Behbudov, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev... Azərbaycanın zəngin tarixində adları çar Rusiyasının, Sovet İttifaqının müasir Rusiyanın tarixinə daxil olmuş görkəmli şəxsiyyətlərin siyahısını xeyli davam etdirmək olar. Azərbaycan millətini şöhrətləndirən bu insanların adları xalqımızın tarixində həmişəlik qalacaq.

Rusiya Federasiyasının ən yeni tarixinə sanballı töhfələr vermiş görkəmli azərbaycanlı, Rusiya Dövlət Atom Gəmiqayırma Mərkəzinin prezidenti, “Şimal Maşınqayırma MüəssisəsiDövlət İstehsalat Birliyinin baş direktoru, Rusiya Qəhrəmanı, iki dəfə RF Dövlət Mükafatı laureatı Davud Paşayevin (1940-2010) adı da bu siyahıya əlavə edilməyə layiqdir.

Azərbaycannəşriyyatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Müharibə, Əmək Silahlı Qüvvələr Veteranları Təşkilatının Plenumunun üzvü, Qarabağ Müharibəsi veteranı, istefada olan polis polkovniki Georgi ZapletininDavud Paşayev. Məxfiqrifsiz” (rus dilində - “Äàâèä Ïàøàåâ. Áåç ãðèôà “ñåêðåòíî”) kitabı çapdan çıxıb. Nəşrin redaktoruDərbəndXeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan 1-ci dərəcəli kapitan, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi AkademiyasınınAdyunktura elmşöbəsinin hərbi tarix professoru, tarix elmləri doktoru Nurulla Əliyevdir.

Kitabda Davud Paşayevin əmək fəaliyyətinin, onun SSRİ- müasir Rusiyada müdafiə sahəsində ən böyük istehsalat müəssisəsinin rəhbəri vəzifəsinə yüksəlməsinin mərhələləri izlənilir.

Nəşr Rusiya Federasiyasının prezidenti V.V.Putinin oxuculara müraciəti ilə başlanır. Müraciətdə deyilir:

Hörmətli dostlar! Ölkəmiz əsrlərboyu istedadlı, əməksevər insanlarla, həqiqi yaradıcı şəxsiyyətlər, öz ölkəsinin vətənpərvərləri ilə məşhur olub. Rusiya Qəhrəmanı Davud Hüseyn oğlu Paşayev məhz belə insan olub. Davud Hüseyn oğlu sözün ən yüksək mənasında parlaq ləyaqətli ömür yaşayıb. O, əfsanəviSevmaşİstehsalat Birliyində işlədiyi illərdə Hərbi Dəniz Donanmasının gəmiqayırma sahəsinin inkişafına çox böyük töhfə verib həmişə - istər peşəkar fəaliyyətinin başlanğıcında, istərsə təcrübəli rəhbər olduğu dövrdə yüksək mənəvi prinsiplərə ideallara sadiq olub. Mən Davud Hüseyn oğlu ilə bir neçə dəfə görüşmüşəm, onun necə gərgin, yorulmadan işlədiyini, dövləti əhəmiyyətli məsələlərin həllində məsuliyyəti öz üzərinə götürməyə qorxmamasını, qarşıya qoyulmuş məqsədlərə əzmkarlıqla nail olmasını, işə can yandırmasını görmüşəm. O, heç vaxt geri çəkilmir, doğma zavod üçün, insanlar üçün, öz ölkəsi üçün maksimum faydalı olmağa çalışırdı. Buna görə haqlı olaraq, istedadlı mütəxəssis kimi, qüsursuz peşəkar şəxsi reputasiyaya malik insan kimi böyük hörmət şəksiz nüfuz qazanmışdı. Biz onun nurlu xatirəsini həmişə qəlbimizdə saxlayacağıq”.

Kitabda müxtəlif qəzetlərdə, jurnallarda saytlarda dərc edilmiş, Davud Paşayevin adı ilə bağlı materiallara, görkəmli həmvətənimizin qohumlarının dostlarının xatirələrinə yer ayrılıb.

Yeni Azərbaycan.- 2017.- 23 sentyabr.- S.7.