BakıdaDaşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə oktyabrın 1-dən 10-dək BakıdaDaşın nəğməsi” II Beynəlxalq heykəltəraşlıq simpoziumu keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Ukrayna, Yeni Zelandiya, Türkiyə, İran, Tunis, İordaniya, İspaniya, Serbiya, Böyük Britaniya, Rusiya Çindən 20 heykəltəraş iştirak edəcək.

İştirakçılar simpozium müddətində Bakının Qala qəsəbəsində açıq səma altında təbii daşlardan müxtəlif mövzuda əsərlər yaradacaqlar.

Xatırladaq ki, “Daşın nəğməsiBeynəlxalq heykəltəraşlıq simpoziumu ilk dəfə 2016-cı ildə keçirilib tədbirdə 10 ölkədən 14 heykəltəraş iştirak edib. Simpozium çərçivəsində yaradılan işlər hazırda Bakının Xətai rayonunda yerləşənSevirəmpark kompleksində sərgilənir.

Yeni  Azərbaycan.- 2017.- 28 sentyabr.- S.7