İstanbuldakı beynəlxalq konfransda Azərbaycanda gənclərlə bağlı qəbul olunan dövlət proqramlarından danışılıb

 

Sentyabrın 26-da İstanbulda İslam Əməkdaşlıq Təşkilatının İslam Konfransı Dialoq Əməkdaşlıq Gənclər ForumununMüsəlman gənclərin vəziyyətimövzusunda beynəlxalq konfransı keçirilib. Azərbaycanı bu konfransda gənclər idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Gənclər İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müsəlman gənclərin qarşılaşdıqları əsas problemlərin həlli üçün gənclər sahəsində fəaliyyət göstərən dövlət orqanlarına, ictimai təşkilatlara istiqamət verib, vasitələr tapmaq konfransın əsas müzakirə mövzularından olub. Müsəlman gənclərin qarşılaşdıqları problemlərin həlli yolunda onlar arasında əlaqələndirmənin gücləndirilməsinə diqqət yetirilməsi beynəlxalq konfransda müzakirə edilib.

Gənclər idman naziri Azad Rəhimov konfransda çıxış edərək dövlətimizin gənclərin üzləşdiyi problemlərin həlli yolları üzərində daim işləməsi ilə yanaşı, eyni zamanda, onların əvvəlcədən qarşısının alınması istiqamətində çalışdığını bildirib.

A.Rəhimov Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyi dövrdə siyasi iqtisadi sahələrdə bir sıra çətinliklər yaşaması, Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğalı, bir milyondan çox insanın öz doğma torpaqlarından qaçqın məcburi köçkün vəziyyətinə düşməsi, çoxlu sayda gəncin həyatını, eyni zamanda, dövlətin inkişafına sabahına olan inamını itirməsi barədə danışıb. Nazir 1994-cü ildə Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə Gənclər İdman Nazirliyinin yaradılması ötən müddətdə ölkəmizdə gənclərin inkişafı istiqamətində dövlət proqramlarının imzalanması, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, ideya təkliflərin bir yerə toplandığı forumların keçirilməsi digər mühüm əhəmiyyət kəsb edən mövzular haqqında məlumat verib. A.Rəhimov deyib ki, imzalanan bütün dövlət proqramları gənclər siyasətinin inkişafı ilə yanaşı, hər bir gəncin bir fərd olaraq inkişafına yönəlib. Çünki gəncliyin inkişafı ölkənin inkişafı deməkdir. Bu fikir Prezident İlham ƏliyevinNeft kapitalını insan kapitalına çevirməkideyasını özündə tərənnüm edir.

İstanbula səfəri çərçivəsində nazir A.Rəhimov İslam Ölkələri üçün Statistik, İqtisadi Sosial Araşdırma Təlim Mərkəzinin icraçı direktoru Musa Kulaklıkaya, Qətərin mədəniyyət idman naziri Salah bin Ghanim Al Ali, Türkiyənin gənclər idman naziri Osman Aşkin Bak, Fələstinin gənclər idman üzrə yüksək müşaviri Jibril Rajoub başqaları ilə görüşlər keçirib.

Nazir, həmçinin Türkiyənin “TRT” Kanal 24” kanallarına müsahibə verib.

Yeni Azərbaycan.- 2017.- 28 sentyabr.- S.2

.