Xəzər Universitetində Misir Mədəniyyət Günü keçirilib

 

Xəzər UniversitetininDünya məktəbi”ndə Misir Mədəniyyət Günü qeyd olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Elçi daşı” layihəsi çərçivəsində həyata keçirilən tədbirin məqsədi xarici ölkələrin Azərbaycandakı səfirlikləri və mədəniyyət mərkəzləri ilə əməkdaşlıq qurmaq, şagirdləri ölkələrlə daha yaxından tanış etməkdir.

Tədbirdə Azərbaycan ilə Misirin müştərək mədəni əlaqələrindən söz açılıb.

Həmçinin qədim ərəb əfsanəsi “Leyli və Məcnun”un klassik ədəbiyyatımızda özünəməxsus yerindən söz açılıb. Şagirdlərin ifasında böyük Azərbaycan şairi Məhəmməd FüzulininLeyli və Məcnun” poemasından səhnələşdirilmiş parçalar təqdim olunub. Eyni zamanda, uşaqların “Misir şagirdlərin gözü iləmövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgi təşkil edilib

Yeni Azərbaycan.- 2017.- 14 yanvar.- S.5