Görkəmli Azərbaycan
yazıçısı Kamal Abdullanın İtaliyada yeni kitabı çap olunub
Görkəmli Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanından sonra “Sehrbazlar dərəsi” (Kamal Abdulla. “La velle dei maghi”, Roma 2016.) romanı da İtaliyanın məşhur “Sandro Teti Editore” nəşriyyatında çap edilib.
AZƏRTAC xəbər verir
ki, müəllifin
“Yarımçıq əlyazma”
romanının İtaliyada iki dəfə nəşrindən
sonra Kamal Abdulla yaradıcılığına oxucu marağını görən nəşr evi “Sehrbazlar dərəsi” romanını da
çap etməyə qərar verib. Romanı italyan dilinə rus dilindən
Genuya Universitetinin müəllimi
Daniele Franzoni tərcümə edib.
Kitabı
italyan oxucusuna hazırda Avropanın bir çox aparıcı universitetləri ilə
yanaşı, Harvard Universiteti
ilə
də
əməkdaşlıq edən,
orta əsrlər ədəbiyyatı və mədəniyyəti, eləcə də
islam, xristianlıq
və
iudaizmlə
bağlı sivilizasiyalararası
münasibətlər üzrə
mütəxəssis Franko Kardini təqdim
edir. Professor F.Kardininin
romana yazdığı
“Ön söz”də əsər bütün ədəbi-bədii layları ilə təhlil olunur, romandakı magik təxəyyülün Şərq
və
Qərb
sivilizasiyalarının qovuşma
nöqtəsində ortaya çıxan enerjidən
qaynaqlandığı ifadə edilir.
Professor F.Kardin yazır: “Roman böyük uğur qazandığı Fransada
resenzentin fövri optimizmlə
ifadə
etdiyi kimi, “Xeyrin Şər üzərində qələbəsindən
bəhs
edən
alleqoriya” deyil. Əslində, böyük
bəxşiş
hesab edilən seçim
azadlığına malik
olan, eyni zamanda da seçimin
ağır məsuliyyətini öz çiynində daşıyan bir insanın keçdiyi çətin
yol haqqında qələmə alınmış
bir hekayədir. Bu kitab
bizi daxili ziyarətə dəvət edir. Bunun üçünsə, hər birimiz İlan gədiyinin
axtarışındayıq. Oradan Görükməz
təpənin yaşıl ətəyinə keçmək,
sonra isə aşağı,
Sehrbazlar dərəsinə
düşmək
olar. Dərəyə axtarış məqsədilə
gəlirlər. Amma sən
nə
axtardığına, vermək istədiyin
suallara, tapacağın
şeylərə və
qayıdandan sonra həyatla
mübarizədə sənə lazım olan, orada isə
əlindən almaq istədikləri gücə
diqqət
etməlisən”.
Kitabın üzündə
orta əsr rəssamı Maqsud
Kəşaninin
1539-1540-cı illərdə çəkdiyi
və
hazırda Londondakı
Viktoriya və Albert Muzeyində saxlanılan rəsmin təsviri verilib.
Qeyd edək
ki, indiyə qədər “Sehrbazlar
dərəsi” romanı Fransa, ABŞ, Rusiya, Türkiyə, Yaponiya, İran, Litva və
Qazaxıstanda nəşr edilib.
Yeni Azərbaycan.- 2017.- 18 yanvar.-
S.8