Ukraynada yaşayan azərbaycanlılar 11 aprel prezident seçkilərində birmənalı olaraq cənab İlham Əliyevi dəstəkləyirlər

 

Dünyanın bir çox ölkələrində olduğu kimi, Ukraynada yaşayan soydaşlarımız da aprel ayının 11-də ölkəmizdə keçiriləcək prezident seçkilərini xüsusi diqqət mərkəzində saxlayır, bu seçimə 50 milyonluq dünya azərbaycanlılarının taleyüklü məsələsi kimi yanaşırlar. Bu baxımdan Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu bu ölkədə müvəqqəti yaşayan təhsil alan Azərbaycan vətəndaşlarının seçkilərə cəlb olunması onların doğru seçim etmələri üçün ardıcıl tədbirlər həyata keçirir. Bu məsələdə xüsusi fəallıq nümayiş etdirən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilməsi, xalqımızın xoş parlaq gələcəyinin etibarlı təmin olunması naminə Ukraynada yaşayan Azərbaycan vətəndaşlarını bu ölkədə təhsil alan tələbələri seçkilərdə aktiv iştirak etməklə, ölkəmizi inamlı gələcəyə apara biləcək namizədə dəstək verməyə səsləyir. Ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə bağlıYeni Azərbaycanqəzetinə müsahibə verən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Ukraynada yaşayan 500 mindən çox soydaşımızın cənab İlham Əliyevi birmənalı olaraq növbəti 7 il müddətində prezident kürsüsündə görmək arzusunda olduqlarını bildirib.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox soydaşımızın diqqəti aprel ayının 11-də tarixi vətənimizdə keçiriləcək prezident seçkilərinə yönəlib. Təbii ki, çağdaş dünyamızda cərəyan edən ictimai-siyasi proseslərə, şərqdə baş verən qanlı olaylara nəzər salsaq, görərik ki, bir xalqın bir dövlətin müqəddəratı dərəcədə onu idarə edən rəhbərin ağlından zəkasından asılıdır. Heç uzaqda olmayan 1990-93-cü illərə nəzər salsaq, görərik ki, Ümummilli liderimiz Heydər Əliyev ölkəmizi xalqımızı hansı bəlalardan xilas etdi. Ölkəmiz ötən 15 ildə isə Prezident İlham Əliyevin rəhbərliyi ilə əzəmətli inkişaf yolu keçib, desək, təbii ki, yanılmarıq. Sevindirici haldır ki, bu gün Azərbaycan inkişaf edərək Cənubi Qafqazın lider dövlətinə çevrilib. Bölgədə Azərbaycanın razılığı iştirakı olmadan heç bir beynəlxalq layihənin gerçəkləşməsi mümkün deyil. Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xətti bir çox beynəlxalq nəqliyyat layihələrinin reallaşması Azərbaycanı Qərblə Şərqi birləşdirən ən önəmli ölkəyə çevirib. Fərəhləndirici haldır ki, son illər ölkəmiz dünyanın ən mötəbər musiqi idman yarışlarına ev sahibliyi edir. Azərbaycanın bütün bölgələrində müasir İdman Olimpiya mərkəzləri, məktəb mədəniyyət sarayları tikilib. Yenidən qurulan Bakı şəhəri dünyanın ən gözəl paytaxtlarından birinə çevrilib. Sözüm ondadır ki, bütün bunlar birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində reallaşıb. Bu baxımdan düşünürəm ki, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin heç bir təbliğata təşviqata ehtiyacı yoxdur. Çünki O, öz əməli işləri ilə dünya azərbaycanlılarının tükənməz sevgi rəğbətini qazanıb. Ukraynada yaşayan soydaşlarımız da cənab İlham Əliyevin xalqımız dövlətimiz naminə gördüyü işləri ürəkdən bəyənir, Ona qarşıdan gələn seçkilərdə dəstək verir”.

Yeni Azərbaycan.- 2018.- 4 aprel.- S.11.