Ölkəmizdə milli təhsilin təməli Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulub
Aprelin 4-də Azərbaycan Texniki Universitetində (AzTU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinə həsr olunan “Təhsil-tədqiqat-istehsalat
mexanizminin qurulması”
mövzusunda respublika elmi-texniki konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, əvvəlcə
tədbir iştirakçıları
Ulu öndər Heydər Əliyevin universitetdəki büstü
önünə gül
qoyub, xatirəsinə
ehtiramlarını bildiriblər.
Konfransın açılış mərasimində
AzTU-nun prorektoru, professor İlham Pirməmmədov Prezident İlham Əliyevin müvafiq Sərəncamı
ilə ölkəmizdə
cari ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildiyini xatırladıb. Diqqətə
çatdırılıb ki,
1918-1920-ci illərdə əsası
qoyulan, lakin təşəkkül tapa
bilməyən milli strategiyalarımız müstəqillik
illərində yüksək
səviyyədə həyata
keçirilib. Belə
ki, ölkəmizdə
milli təhsilin təməli də Azərbaycan Xalq Cümhuriyyəti dövründə
qoyulub. Həmin dövrdə azərbaycanlı
ziyalıların, elm adamlarının məhdud
imkanlarla xaricdə ölkəmizi tanıtmaq cəhdləri, bayrağımızın
dünya ölkələrinin
bayraqları arasında
dalğalanması arzusu
bu gün artıq reallaşdırılıb.
Təhsil-tədqiqat-istehsalat üçlüyünün Prezident İlham Əliyev tərəfindən
təsdiq edilmiş milli iqtisadiyyatın müxtəlif sahələrinin
inkişafı üçün
Strateji Yol Xəritələrində əsas
prinsip olduğunu diqqətə çatdıran
İ.Pirməmmədov Cümhuriyyətin
100 illiyi ərəfəsində
bu sahənin problemlərinin müzakirəsi və lazımi mexanizmin yaradılması təşəbbüsünün
vacibliyini vurğulayıb.
Bildirib ki, iqtisadiyyatın davamlı inkişafı üçün
elm-təhsil-istehsalat əlaqələri
vahid müstəvidə
inkişaf etdirilməlidir.
Sonra AMEA-nın Yüksək
Texnologiyalar Parkının
direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevin “Azərbaycan Respublikasının
milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin
icrasında “Dördlü
HELIX” modelinin tətbiqi”,
Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyi “Teleradio” İstehsalat Birliyinin texniki direktoru Mikayıl Abbasovun “Azərbaycanda çoxproqramlı rəqəmli televiziyanın tətbiqi”,
AzTU-nun professoru, Əməkdar Elm Xadimi Həsən Hüseynovun “Texnopark inklüziv inkişafın
müəyyənedici amili
kimi”, AzTU-nun dosenti Zəfər Cəfərovun “Sənaye üçün sistem mühəndisliyi üzrə
ali təhsil ixtisasının vacibliyi” mövzularında məruzələri
dinlənilib.
Azərbaycan elminin inkişaf
meyilləri ilə bağlı fikirlərini bölüşən AzTU-nun
ictimai şurasının
sədri Şahlar Əsgərov qeyd edib ki, konfransın
əsas predmeti olan təhsil-tədqiqat-istehsalat
üçlüyünün tətbiqi texnologiyanın yaradılmasından asılıdır.
O, alimlərin tədqiqat
və patentlərinin sənayedə tətbiqi, bu yolla dəyər
yaradılması üçün
yüksək texnologiyalardan
istifadənin əhəmiyyətini
vurğulayıb.
Konfrans işini “Ali
məktəblərin elmi-tədqiqat
və innovasiya fəaliyyəti”, “Texniki sistemlərin idarə olunmasında informasiya və telekommunikasiya texnologiyaları və modelləşdirmə”, “Elm
və təhsilin iqtisadi aspektləri”, “Sənaye müəssisələrində
innovativ texnologiyalar”,
“Energetikanın müasir
vəziyyəti və
inkişaf tendensiyaları”
və “Elm və təhsildə sosial və humanitar tədqiqatlar” bölmələri üzrə
davam etdirib.
İki gün
davam edəcək konfransa respublikamızın
23 müxtəlif müəssisəsində
Yeni Azərbaycan.-
2018.- 5 aprel.- S.10.