Şəxsi torpaqlara düşmüş
tarix-mədəniyyət abidələrinin
taleyi…
Vətəndaşlara məxsus torpaq sahələrində, həyətlərdə
yerləşən abidələrin
dövlət mülkiyyətinə
qaytarılması üçün
prosedur qaydaları necədir?
Fariz Xəlilli:
“Elə abidələr
var ki, onları
dövlət mülkiyyətinə
keçirmək üçün
vətəndaşı ərazidən
köçürüb ona
kompensasiya ödənilməlidir”
“Vətəndaş özündə məsuliyyət
hiss etməli və həyətindən,
bağından çıxan,
yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir”
Tarix və
mədəniyyət abidələri
maddi-mədəni irsin
vacib bir sahəsidir. Bu gün Azərbaycanda dövlət tərəfindən
qeydiyyata alınan maddi mədəniyyət abidələrinin qorunması,
bərpası və mühafizəsi müvafiq
qurum tərəfindən
həyata keçirilir.
Təəssüf ki, respublika
ərazisində mövcud
olan tarix-mədəniyyət,
memarlıq abidələrinin
heç də hamsısı dövlət
qeydiyyatına alınmayıb.Bu
abidələr əsasən
fərdi şəxslərə
məxsus olan ərazilərdə, torpaq
sahələrində, evlərin
altında olduğu üçün,
qeydiyyatdan kənarda
qalıb. Biz özümüz də dəfələrlə
həm rayonlarda, həm Bakıətrafı
kəndlərdə şəxsi
mülklərin, torpaq
sahələrinin içində
tarix-mədəniyyət abidələrini
görmüşük. Bu
faktı ekspertlər də təsdiqləyirlər.
Onu da vurğulayaq ki, “Tarix və
mədəniyyət abidələrinin
qorunması haqqında”
Azərbaycan Respublikasının
Qanununda da, Azərbaycan Respublikası
Konstitusiyasında da qeyd edilir ki,
tarix və mədəniyyət abidələrini
qorumaq hər kəsin borcudur və tarix və
mədəniyyət abidələri
xalqın milli sərvətidir.Qeyd etdiyimiz
kimi, bəzi şəxslərə məxsus
olan torpaq sahələrində olan abidələr var. Məlumdur ki, heç də bütün insanlar o abidələrin qorunmasında,
bərpasında maraqlı
deyil. Hətta bəzən o abidələrə
müdaxilə edilməsi
faktları ilə rastlaşırıq. Əlbəttə,
şəxsi mülklərin,
torpaq sahələrinin
içində olan tarix-mədəniyyət, memarlıq
abidələrinin hamısının
dövlət tərəfindən
qeydiyyata alınması
vacibdir.O abidələrin
dövlət mülkiyyətinə qaytarılması
üçün prosedur
qaydaları mövcuddurmu?
Ümumiyyətlə, vətəndaşlara
aid olan sahələrdə yerləşən
abidələrin qorunması
və bərpası həyata keçirilə bilirmi?
“MİRAS” - Mədəni
İrsin Öyrənilməsinə
Kömək İctimai
Birliyinin rəhbəri,
tarixçi-etnoqraf, tarix
üzrə fəlsəfə
doktoru, mədəni irs üzrə mütəxəssis Fariz Xəlilli “Bakı-Xəbər”ə
bildirdi ki, gündəmə gətirdiyimiz
problem hazırda bütün mütəxəssisləri
düşündürür.
F.Xəlillinin sözlərinə
görə, tarixi mədəniyyət abidələrinin
qorunması, bərpası
və s. bağlı bütün məqamlar “Tarix və mədəniyyət
abidələrinin qorunması
haqqında” Azərbaycan
Respublikasının Qanununda
öz əksini tapıb: “Bu qanunvericilikdə arxeoloji, tarix, mədəniyyət,
memarlıq abidələrinin
hansı şəkildə
qorunmalı olduğu və istifadə qaydaları tam olaraq əksini tapıb. Vətəndaşlara
məxsus həyətyanı
sahəsində, torpaqlarda
olan arxeoloji və memarlıq abidələri çoxdur.
Vətəndaşlar bu
abidələrə hədsiz
həssas münasibət
göstərməlidirlər. Ümumiyyətlə, bu məsələdə birinci
vətəndaş məsuliyyəti
olmalıdır. Ola bilsin
ki, bir vətəndaşın
həyətyanı sahəsində,
bağında elmə
məlum olmayan hansısa bir abidə üzə çıxarılıb, yaxud
əvvəldən vətəndaşa
belə bir abidənin olması məlumdur, lakin dövlət qeydiyyatına
alınmayıb. Belə
hallar da olur. Vətəndaş özündə məsuliyyət
hiss etməli və həyətindən,
bağından çıxan,
yaxud ərazisində mövcud olan abidə haqqında aidiyyəti dövlət qurumlarına məlumat verməlidir. Bilirsiniz ki, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı
və Bərpası üzrə Dövlət Xidməti fəaliyyət göstərir. Adından da göründüyü kimi, sözügedən məsələ ilə bu qurum məşğul
olur. Vətəndaşın həyətində olan abidə dövlət qeydiyyatındadırsa,
Dövlət Xidmətinin
əməkdaşları vətəndaşla
söhbət edir ki, həmin abidənin qorunmasına yardım göstərsinlər,
yaxud ərazidə hər hansı bir qazıntı işləri apardıqda abidəyə zərər vurmasınlar. Bağında, həyətində
abidə olan hər bir vətəndaş
ərazidə hər hansı bir iş görmək istədikdə mütləq
bu barədə Dövlət Xidmətinə
məlumat verməlidir.
Həyətyanı sahələrdə,
torpaq sahələrində
olan abidələri dövlət özününküləşdirənməz,
vətəndaşdan ala
bilməz. Dünyanın
hər yerində belədir, həmin abidə vətəndaşın
həyətində qalır,
ancaq vətəndaşa
orada hər hansı bir iş görmək üçün icazə verilmir. Vətəndaş ərazidə ağac
əkmək istəsə,
əkə bilər, ancaq ərazidə ev, yaxud əl
damı tikə bilməz. Əgər bunu etmək istəyirsə, bu barədə dövlətə
məlumat verməlidir
ki, müvafiq dövlət qurumu əraziyə gəlib baxsın və onu qiymətləndirsin.
Bu məsələdə
hər şey yenə də vətəndaş məsuliyyəti
üzərindədir. Dövlət
o tikililərin hamısını
ala bilməz. Dövlət o ərazilərdəki
abidələri qeydiyyata
almalıdır, onların
mühafizə zolağını
müəyyənləşdirməlidir. Vətəndaşa demək
olmaz ki, sən bu ərazidən
köç, əgər
köçməsinə ehtiyac
yaranarsa, o vətəndaşa
dövlət tərəfindən
kompensasiya ödənilməlidir”. Müsahibimizin qeyd etdiyinə görə, bir sıra bölgələrimiz
var ki, orada
vətəndaşın həyətyanı
sahəsində, bağında
müxtəlif arxeoloji,
memarlıq abidələri
var. Onun sözlərinə görə,
bu abidələrin qeydiyyata alınması zəruridir: “Mən şəxsən bir neçə elə yer tanıyıram. Məsələn, Şamaxıda
vətəndaşlardan birinin
həyətindən su
ovdanı çıxıb.
Bir sakin ev tikmək üçün özül
qazmaq istəyərkən
orada su ovdanının olduğunu
görüb. 1994-cü ildən
bu yana hələ
də o vətəndaş
həyətində heç
bir iş görə bilmir. Onlar gözləyirlər ki, müvafiq qurumlar nə zaman Şamaxıya gələcək və burada tarixi abidələri
öyrənəcək, qeydiyyata
alacaq. Elə abidələr var ki, onları dövlət mülkiyyətinə
keçirmək üçün
vətəndaşı ərazidən
köçürüb ona
kompensasiya ödənilməlidir.
Biz son zamanlar
qəribə bir məqamla rastlaşmışıq.
İnsanlar həyətlərində
yerləşən abidələrdə
qazıntı işləri
aparmağa meyl göstərirlər. Daha doğrusu, onlar burada qazıntı işləri aparırlar. Vətəndaşlar həyətində,
bağında olan tarixi-arxeoloji abidələri,
nekropolu qazıb tarixi 2000, 2500-3000 il yaşı olan tarixi əşyaları, maddi mədəniyyət nümunələrini tapır
və onları çıxarıb “qara bazaar”da satırlar. Onlar “qara bazar”a
çox asanlıqla yol tapırlar. Təəssüf ki, belə xoşagəlməz
tendensiya var. Bu yaxınlarda biz belə halla
qarşılaşdıq, onu
ictimailəşdirmədik, lakin onunla bağlı
müvafiq orqanlara məlumat verdik. Vətəndaş “bu mənim həyətimdir, sahəmdir, evimdir” deyib belə şeylərə yol verə, ürəyi istəyəni edə bilməz. Bununla bağlı qanun var, qanunvericiliyin tələbləri var və bütün işlər də qanun çərçivəsində
həyata keçirilməlidir.
Bu təkcə fərdi şəxslərə,
sadə vətəndaşlara
aid deyil, bütün qurumlara da aiddir. Bəzi
dövlət qurumları
da var ki,
tarix-mədəniyyət abidələrinə
çox məsuliyyətsiz
yanaşırlar, tarixi
abidələrin yerləşdiyi,
mövcud olduğu ərazilərdə iş
görərkən abidələrə
ziyan vururlar. Məsələn, su-kanalizasiya,
işıq xətti, qaz xətti çəkilərkən, park
salarkən məsuliyyətsizlik
edib həmin sahəni buldozerlə kürüyürlər, bunun
da nəticəsində
orada olan abidələr yararsız hala düşür. Bu məsələdə ancaq vətəndaşın
deyil, aidiyyəti və aidiyyəti olmayan dövlət qurumlarının da məsuliyyətlə davranması
vacibdir. Çox təəssüf ki, bu kimi məsələlərdə
elmi yanaşma və maarifçilik yoxdur. Vətəndaşların
əksəriyyəti maddi
mədəniyyət abidələrinə,
mədəni irsə münasibət məsələsində
hələ maariflənməyiblər.
Hər kəs bilməlidir ki, onun həyətində, ərazisində olan tarixi mədəniyyət abidəsi, maddi irs nümunəsi ona yox, Azərbaycan
xalqına, dövlətinə
məxsusdur, onun sərvətidir. Heç kəsin maddi irsi talamağa, məhv etməyə ixtiyarı yoxdur. Dünya bu günlə
bitmir ki, sabah da var.
Hər kəs öz məsuliyyətini dərk etməlidir. Bütün bu işlərin başında
vətəndaş məsuliyyəti
dayanır”.
İradə SARIYEVA
Bakı
xəbər.- 2018.- 6 aprel.- S.15.