Gəncə: Cümhuriyyət dövründə sonra...

Azərbaycan Xalq Cümhuriyyəti  - 100

 

Gəncə... Tarix boyu başı çox bəlalar çəkmiş bu şəhər Azərbaycan Xalq Cümhuriyyətinin  ilk məkanlardan biri kimi tariximizə düşüb. Ona görə Azərbaycan Xalq Cümhuriyyəti deyəndə ilk ağıla gələn şəhər Gəncə olur. Bu şəhər yeni təşəkkül tapmış dövlətimizin - Azərbaycan Xalq Cümhuriyyətinin ilk addımlarına ev sahibliyi edib 3 ay onun paytaxtı olub.

 

1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında bəyannamə qəbul edildi. 16 iyun 1918-ci ildə isə Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyətini Gəncədə (hazırkı  Azərbaycan Dövlət Aqrar Universitetinə məxsus binada) davam etdirməli oldu. Çünki o zaman  Bakının   bolşevik-daşnak dəstələrinin nəzarəti altında olması Cümhuriyyətin  orada fəaliyyət göstərməsinə imkan vermirdi. Tarixçilərin fikrincə, Gəncənin paytaxt seçilməsində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında əvəzsiz xidmətlər göstərmiş Həsən bəy Ağayev, Xudadat bəy Rəfibəyli, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov kimi Gəncə torpağının yetirmələrinin rolu olub.

 

Azərbaycanın müstəqilliyi azadlığı uğrunda çox çətin şəraitdə mübarizəyə başlayan milli hökumətin fəaliyyətinin Gəncə dövründə dövlətçiliyimiz üçün çox böyük əhəmiyyət kəsb edən bir sıra sənədlər, qərarlar, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağının təsdiq edilməsi (21 iyun 1918-ci il) haqqında qərar qəbul edildi. Həmin qərara əsasən, üzərində rəngli aypara səkkizguşəli ulduz təsviri olan qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı oldu. Amma bu bayraq birmənalı qarşılanmadı. Odur ki,  az sonra ondan imtina edildi. Belə ki, Cümhuriyyət Bakıya köçdükdən sonra Azərbaycanın yeni üçrəngli - mavi, qırmızı, yaşıl zolaqlardan ibarət üzərində rəngli aypara səkkizguşəli ulduz təsviri olan milli bayrağının təsdiq edilməsi haqqında qərar qəbul olundu. Yeri gəlmişkən, bu gün  dalğalanan müqəddəs dövlət bayrağımız  ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda qəbul edilib qaldırılıb.

 

O dövrdə yaradılması vacib olan ordunun təşkili, sözün həqiqi mənasında, Cümhuriyyətin gücünün göstəricisinə çevrildi. Həm ermənilərin, həm bolşeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan Azərbaycan Xalq Cümhuriyyəti  Müsəlman Korpusunun Azərbaycan Korpusuna çevrilməsi haqqında qərar qəbul etməklə  1918-ci ilin 26 iyununda Azərbaycan Milli Ordusunu yaratdı.  Ordu quruculuğunda irəliləyişə nail olmaq məqsədilə Gəncə Hərbi Məktəbi fəaliyyətə başladı. Milli səfərbərlik haqqında qərar qəbul edildi, hökumətin qərarı ilə yaş senzi 19 yaşa endirildi. Bakı sovetinin Gəncə üzərinə hücumu da məhz bu kimi hərbi tədbirlərin sayəsində dəf olundu.

 

Azərbaycan dilinin Azərbaycan Xalq Cümhuriyyətinin dövlət dili elan edilməsi (27 iyun 1918-ci il) Cümhuriyyətin Gəncə dövrünə təsadüf etdi. Onu da qeyd edək ki, həmin qərar ana dilimizin dövlət dili kimi işlədilməsinə aid ilk sənəddir. Bundan təxminən iki ay sonra, yəni 28 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ibtidai orta təhsil müəssisələrində təhsilin ana dilində aparılması haqqında qərar verdi.

 

Rəsmi mətbuat orqanının nəşri Nizami yurdu ilə bağlıdır. 1918-ci il iyunun 25-də hökumət qəzetinin nəşrinə dair verilmiş qərarda həmin orqanın smetası tərtib edildi, hökumətin təsdiqinə vermək Gəncədəki mətbəəni həmin nəşrin çapı üçün hazırlamaq tapşırıldı. Bir həftədən sonraAzərbaycan hökumətinin xəbərləri”nin nəşri haqqında qərar verildi. “Hökumət xəbərləri”nin nəşrinə rəhbərlik 27 iyul tarixli qərarla xalq maarif nazirinə tapşırıldı. Azərbaycan hökumətinin orqanı olan Gəncədəki qubernator mətbəəsində çap olunanAzərbaycanqəzetinin ilk nömrəsi çox əlamətdar günə, sentyabrın 15-nə - Bakının erməni daşnaklarından təmizlənərək Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti altına keçdiyi günə təsadüf etdi.

 

Azərbaycan Xalq Cümhuriyyəti Gəncədə fəaliyyəti zamanı çar Rusiyasının istilası ilə əlaqədar 1804-cü ildən  I Aleksandrın arvadı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılmış bu  şəhərin tarixi adını 1918-ci il 30 iyul tarixi qərarla bərpa etdi. Həmin qərarda deyilirdi: “Yelizavetpol şəhərinin adı Gəncə Karyagin qəzasının adı Cəbrayıl qəzası ilə əvəzlənsin”. Bu əlamətdar hadisəni xalq çox razılıqla qarşıladı, hətta xeyli sayda qurbanlar da kəsdi. Çünki o vaxta qədər Gəncə sözünü dilinə gətirən hər kəs pulla cərimə ödəməli idi.

 

Amma təəssüf ki, qırmızı imperiya dövründə qədim Gəncənin başı üzərini yenidən qara buludlar bürüdü.  22 fevral 1935-ci ildə Gəncənin adı yenidən dəyişdirilərək respublikamızda müstəmləkə rejiminin qurulmasında ərazilərimizin parçalanmasında, torpaqlarımızda ermənilər üçün muxtar vilayət yaradılmasında böyük rolu olmuş  S.M.Kirovun  şərəfinə” Kirovabad adlandırıldı. Bu isə heç təsadüfi deyildi. Çünki Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olması, Bakının bolşevik-daşnaklardan  onlarla həmfikir olanlardan azad edilməsi uğrunda ölüm-dirim mübarizəsinin bu şəhərdən başlanması, XI Qırmızı orduya qarşı qəhrəmancasına mübarizə aparması səbəbindən xalqımızın qəlbində Gəncə bir taxt qurmuş, azadlıq mübarizlik simvoluna çevrilmişdi. Ona görə imperiya bu yolla  xalqın qan yaddaşını silmək istəyirdi. Sovet dövründə rus kommunistinin adı verilmiş bu qədim şəhərin əvvəlki adını özünə qaytarmaq o qədər asan deyildi. Bu çətinliklərə baxmayaraq, ötən əsrin 70-ci illərində respublikamıza  rəhbərlik edən ulu öndər Heydər Əliyevin göstərişi ilə Kirovabad şəhərində iki yeni rayon yaradıldı onlardan birinə Gəncə adı verildi. Həmçinin orada salınan təzə yaşayış massivi Yeni Gəncəadlandırıldı. Bu addımlar milli düşüncəyə təsirsiz ötüşmədi. Gəncənin adının qaytarılması məsələsi  ilk dəfə 1987-ci ildə qaldırıldı. Nəhayət, 30 dekabr 1989-cu ildə Gəncə şəhərinin tarixi adı özünə qaytarıldı.

 

Gəncədə fəaliyyət göstərdiyi müddətdə Azərbaycan Xalq Cümhuriyyəti digər bir sıra mühüm sənədlər qəbul etdi: Azərbaycanda hərbi vəziyyətlə,  Zaqatala quberniyasının təşkili ilə, vətəndaşlıqla bağlı qərarlar qəbul olundu. Sərhəd rayonlarında mühafizə, gömrük postlarının təşkili kimi mühüm tədbirlər bu şəhərin paytaxt olduğu vaxtda həyata keçirildi.

 

Yeri gəlmişkən, qeyd edək ki, ulu öndər Heydər Əliyevin müdrikliyi uzaqgörənliyi sayəsində inkişaf etmiş Gəncə bu gün onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı sayəsində yeni intibah dövrünü yaşayır:  elm, mədəniyyət mərkəzi olaraq dünya miqyasında tanınır, qədimliyi, müasirliyi gözəlliyi ilə bu diyara gələnləri heyran edir.

 

Xatırladaq ki, 2009-cu il mayın 25-də Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi binanın girişində üzərindəAzərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası Hökuməti 16 iyun 1918-ci ildən 16 sentyabr 1918-ci ilə qədər bu binada fəaliyyət göstəribsözləri yazılmış xatirə lövhəsinin açılışında iştirak edib.

 

Qvami Məhəbbətoğlu

İki sahil.- 2018.- 7 aprel.- S.29.