Qaradağda seçkilər yüksək mütəşəkkillik ictimai fəallıq şəraitində keçirilib

 

Tam demokratik standartlara uyğun keçirilən seçkilərdə Qaradağ rayonunun əhalisi gələcəyinin etibarlı təminatına səs verib

Dünən ölkəmizdə növbəti prezident seçkiləri keçirilib. Seçicilərin məntəqələrə aktiv axını ilə müşahidə olunan prosesdə Azərbaycan xalqı qarşıdakı 7 ildə ölkəmizə rəhbərlik edəcək prezidenti seçib. Qeyd edək ki, yüksək seçici fəallığı Qaradağ rayonunda da müşahidə edilib. Qaradağ rayonu ərazisində iki - 11 saylı Qaradağ 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairələri fəaliyyət göstərib. 11 saylı Qaradağ seçki dairəsi dairə seçki komissiyasının sədri Azər Ələsgərov deyib ki, dairə üzrə 49 min 956 nəfər seçici qeydiyyata alınıb. Müşahidəçilərə səsvermə prosesini izləmək üçün hər cür şərait yaradılıb. Məntəqələrdə 200 müşahidəçi səsvermə prosesini izləyib. Eyni zamanda, dairə üzrə 10 məntəqədə veb-kameralar quraşdırılıb.

12 saylı Qaradağ-Binəqədi-Yasamal dairə seçki komissiyasının sədri Qəşəm Əhmədzadə isə bildirib ki, bu dairə üzrə yaradılmış məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Məntəqələrdə heç bir qanun pozuntusu müşahidə olunmayıb. Sakinlər mütəşəkkil qaydada səsvermədə iştirak ediblər.

Baş çəkdiyimiz 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 2 saylı məntəqə seçki komissiyasının sədri Süleyman Şıxəliyev bildirib ki, məntəqə üzrə seçicilərin fəallığı qənaətbəxşdir. O deyib ki, bütün müşahidəçilərin seçki prosesini izləyə bilməsi üçün hər cür şərait yaradılıb.

Sözügedən məntəqədə seçkiləri müşahidə edən Vera Şirinova deyib ki, heç bir qanun pozuntusu qeydə alınmayıb: “Seçki prosesi qanun çərçivəsində davam edir. Vətəndaşlar fəallıq nümayiş etdirirlər. Hər şey seçki qanunvericiliyinə uyğun keçirilir”.

Seçkilərin gedişatından, yaradılan demokratik şəraitdən razılığını ifadə edən seçici Könül Əhmədova qeyd edib ki, layiqli namizədə səs verib: “Ölkəmizdə davamlı inkişaf sabitlik naminə cənab İlham Əliyevə səs vermişəm”.

Dairənin 11 saylı məntəqə seçki komissiyasının sədri Xanımgül Hüseynova da məntəqədə səsvermənin təşkili üçün hər cür şəraitin yaradıldığını, seçicilərin fəallığının yüksək olduğunu bildirib.

Bu məntəqədə müşahidə aparan Zübeydə Cəfərova səsvermə prosesinə saat 8-dən yüksək əhval-ruhiyyə ilə başlandığını deyib: “Bütün qayda-qanuna nəzarət olunur. Hər hansı bir şikayət daxil olmayıb. Səsvermə azad şəffaf keçirilir”.

Azərbaycan Demokrat Partiyasından olan müşahidəçi Sənubər Həsənova da heç bir qayda pozuntusunun qeydə alınmadığını, seçici fəallığının qənaətbəxş olduğunu bildirib.

Yeri gəlmişkən, Qaradağ rayon sakinləri onlar üçün yaradılan şəraitdən tam razı qaldıqlarını dilə gətirərək, əsl bayram əhval-ruhiyyəsində olduqlarını deyiblər. Seçici Cavanşir Eyvazov qeyd edib ki, insanlar öz seçimlərini azad şəkildə ifadə edə bilirlər: “Onsuz da bizim seçimimiz əvvəldən bəlli idi. İnanıram ki, cənab İlham Əliyev yenidən ölkə başçısı seçiləcək”.

11 saylı Qaradağ seçki dairəsinin 27 saylı seçki məntəqəsinin sədri Atakişi Cəfərov məntəqədə səsvermə prosesinin saat 8-dən yüksək əhval-ruhiyyə ilə başlandığını deyib: “Hər kəs könüllü şəkildə seçkidə iştirak edərək öz namizədinə səs verir. Seçki prosesi şəffaf şəkildə qanun çərçivəsində həyata keçirilir”.

Bu məntəqədə müşahidəçi kimi seçki prosesini izləyən Ayaz Kərimov söyləyib ki, məntəqəyə seçicilərin gəlişi günün elə ilk saatlarından müşahidə olunub: “Məntəqə açılandan buradayam. Seçki prosesi normal keçir. Heç bir qayda pozuntusu qeydə alınmayıb. Demokratiklik təmin olunub. Əhalinin fəallığı yüksəkdir”.

Müşahidəçi qismində seçki prosesini izləyən YAP-ın üzvü Şaiq Quliyev bildirib ki, elə ilk saatlardan vətəndaşların fəallığı müşahidə olunub. Onun sözlərinə görə, heç bir qayda pozuntusu qeydə alınmayıb.

Rəyini soruşduğumuz seçicilərin əksəriyyəti sərbəst şəkildə seçimlərini etdiklərini istədikləri namizədə səs verdiklərini deyiblər. “İnanıram ki, cənab İlham Əliyev yenidən prezident seçiləcək ölkəmizdə davamlı inkişaf, möhkəm sabitlik qorunacaq”, - deyə seçici Sima Heydərova bildirib.

Seçici Qənirə Abdullayeva Prezident İlham Əliyevə səs verdiyini qeyd edib: “Çünki Onun dövlətimizi idarə etməsi, 15 ildə əldə olunan nailiyyətlər bir vətəndaş olaraq məni qane edir. İstəyirəm ki, gələcək 7 ildə ölkəmizə cənab İlham Əliyev rəhbərlik etsin”.

Azad Rzazadə isə bu seçkilərdə ilk dəfə olaraq səs verən seçicilərdən biridir. O, müstəqil dövlətimizin vətəndaşı olaraq səsvermədə iştirak etməyin onda həm böyük qürur, həm böyük həyəcan hissi yaşatdığını bildirib. Başqa bir seçici Natalya Məmmədova seçki prosesinin şəffaf demokratik, azad keçirildiyini müşahidə etdiyini diqqətə çatdırıb.

8 saylı məntəqə seçki komissiyasının sədri Ağakişi Ağayev proses zamanı heç bir qanun pozuntusuna yol verilmədiyini deyib.

Yeni Azərbaycan.- 2018.- 12 aprel.- S.11