Heydər Əliyev Mərkəzində
tanınmış fotoqraf
Reza Deqatinin fərdi sərgisi açılıb
Aprelin 12-də Heydər Əliyev Mərkəzində tanınmış
fotoqraf Reza Deqatinin fərdi sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Heydər
Əliyev Mərkəzinin
parkında təqdim olunan, “Bəşəriyyət.
Vizual səyahətə
dəvət” adlı fərdi sərginin açılış mərasimində
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən
Reza Deqati dünyanın ən böyük mədəniyyət
məkanlarından birində
- Heydər Əliyev Mərkəzinin parkında
sərginin açılmasından
çox şad olduğunu bildirib. “Bu gün mənim
ömrümdə yadda
qalan gün olacaq”, - deyən fotoqraf 40 il bundan əvvəl dünyanı gəzərək
fotolar çəkməyə
başladığını qeyd edib. Bildirib
ki, bu 40 il ərzində dünyada təkcə müharibələr, çətinliklər
deyil, gözəllik olduğunu da görüb.
Fotoqraf qeyd
edib ki, insan dünyanın, təbiətin gözəlliyini
görməsə, bəşəriyyətə
nə üçün
kömək etməli
olduğunu bilməyəcək.
O, dünyada bütün
varlıqların - insanların,
digər canlıların,
bitkilərin bir-birinə
bağlılığından və vəhdət təşkil etdiyindən danışıb. Vurğulayıb
ki, başlıca məqsədimiz bir-birimizə
kömək edərək,
dünyanı qorumaqdır.
Otuz ildir ki, Azərbaycana gəldiyini, ölkəmizin bu 30 ildə inkişaf etdiyini görən fotoqraf Azərbaycandakı
tolerantlıq mühitini
xüsusi qeyd edib, burada bütün
dinlərin, millətlərin
nümayəndələrinin rahat yaşadıqlarını
söyləyib. “Bu
sərgi dünya sərgimdir. Bir aydan sonra Heydər
Əliyev Mərkəzində
Azərbaycana aid əsərlərim sərgilənəcək”,
- deyən Reza Deqati dəstəyə görə Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü
bildirib.
Sonra sərgi
ilə tanışlıq
olub. Sərgidə müəllifin 60-dək fotosu
nümayiş olunur. Burada Reza Deqatinin
müxtəlif illərdə
Azərbaycan, Fransa, Misir, Türkiyə, Çin, Əfqanıstan və digər ölkələrdə çəkdiyi
fotolar yer alıb. Bu fotolar
müxtəlif ölkələrdə
ayrı-ayrı mədəniyyətlərə,
talelərə sahib olan insanların hekayələrini, onların
hisslərini əks etdirir.
Heydər Əliyev
Mərkəzinin parkında
nümayiş olunan əsərlər ziyarətçiləri
həm də bəşəriyyətə vizual
və bədii səyahətə dəvət
edir.
Sərginin müəllifi
Reza Deqati karyerasına tədqiqat və memarlıqla başlayıb, daha sonra fotoqrafiyaya sevgisinin ardınca gedərək bu sahədə uğurlar qazanıb, beynəlxalq mükafatlara sahib olub. Reza Deqati
ötən 40 il ərzində 100-dən çox
ölkəyə səyahət
edib. Onun işləri kitablar, sərgilər və “National Georaphic” kanalı üçün
hazırlanmış sənədli
filmlərdən əlavə,
beynəlxalq mətbuatda
da yer alıb.
Reza Deqatinin Parisdə “Mühacirin düşüncələri”, “Kəsişən
talelər”, Vaşinqtonda
“Bir dünya, bir tayfa”, Normandiyada
“Müharibə+Sülh” və
Dohada “Ümid” adlı sərgiləri təşkil olunub. Fotoqraf, ümumilikdə, dünya üzrə 250 sərginin iştirakçısı
olub.
Azərbaycana ilk dəfə 1987-ci ildə gələn Reza Deqatinin əsərləri Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
keçirilən bir sıra layihələrdə
təqdim edilib. Fondun təşkilatçılığı
ilə 2013-cü ildə
Parisdə, UNESCO-nun mənzil-qərargahında Reza
Deqatinin “Azərbaycan
- Tolerantlıq məkanı”
adlı sərgisi açılıb. Həmin
sərgi daha sonra Moskvada, Nyu-Yorkda BMT-nin mənzil-qərargahında, Brüsseldə
Avropa Parlamentində nümayiş olunub.
2014-cü ildə isə
Parisdə Reza Deqatinin “Azərbaycan - Alovun zərifliyi” sərgisi keçirilib.
Heydər Əliyev
Fondunun dəstəyi ilə, həmçinin Reza Deqatinin fotolarından ibarət “Alovun zərifliyi” və “Günahsızların
qırğını” kitabları
nəşr edilib. “National Geographic” Cəmiyyətinin tədqiqatçısı
olan Reza Deqati bir sıra
mükafatlara, o cümlədən
Parisin Amerika Universitetinin “Doctor Honoris Causa” fəxri adına, Fransanın Milli Xidmət Kavaleri ordeninə layiq görülüb.
Yeni Azərbaycan.-
2018.- 13 aprel.- S.7.