Akademik Zərifə Əliyevanın
anadan olmasının
95-ci ildönümü ilə
əlaqədar “Qələbəyə
doğru” intellektual oyununun bağlanış mərasimi keçirilib
Aprelin 20-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və
Binəqədi rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı
ilə görkəmli
oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü
ilə əlaqədar
“Qələbəyə doğru”
intellektual oyununun
bağlanış mərasimi
keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə
əvvəlcə Zərifə
Əliyevanın xatirəsinə
həsr olunan “Nur dolu ömür”
adlı film nümayiş olunub.
Sonra mərasimdə
çıxış edən
rayon İcra Hakimiyyətinin başçısı
Xaləddin İsgəndərov
tədbirin Binəqədidə
keçirilməsinin təsadüfi
olmadığını vurğulayıb.
Zərifə Əliyevanın
adını daşıyan
parkın Binəqədi
rayonu ərazisində
yerləşdiyini xatırladan
X.İsgəndərov qeyd
edib ki, belə bir oyunun
finalının Binəqədi
rayonunda keçirilməsi
alimin xatirəsinə
böyük hörmətin
əlamətidir.
Azərbaycanın dünyada uşaq
və gənclər siyasətinə xüsusi önəm verən az sayda ölkələrdən
biri olduğunu deyən AQUPDK-nın sədri Hicran Hüseynova bildirib ki, uşaq və
gənclər dövlətin
qayğısından faydalanaraq
bilik və bacarıqlarını artırmaq
üçün çalışmalı,
vətənpərvər olmalıdırlar.
Hicran Hüseynova
deyib ki, “Qələbəyə doğru”
intellektual oyunların
keçirilməsi uşaqların
Azərbaycanın tarixi,
mədəniyyəti, görkəmli
ziyalıları barədə
məlumatlarının artırılması
baxımından çox
dəyərlidir. Hər
bir uşaq ailənin davamçısı
olduğu kimi, həm də xalqın gələcəyidir.
Ölkəmizin gələcəyi
uşaqlardan, onların
intellektual səviyyəsindən
asılıdır. Ona
görə də belə intellektual oyunların keçirilməsinin
mühüm əhəmiyyəti
var.
Akademik Zərifə Əliyevanın
da gənc intellektuallara böyük diqqət göstərdiyini,
onun öz ətrafına daim gəncləri topladığını,
onlara yol göstərdiyini vurğulayan
komitə sədri qeyd edib ki,
görkəmli oftalmoloq
alimin arzularından biri Azərbaycanın uşaq və gənclərini intellektual
səviyyəli,
bacarıqlı, savadlı
görmək olub.
Komitə sədri qeyd
edib ki, Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə
həsr olunmuş “Qələbəyə doğru”
intellektual yarışının
da məqsədi gənclərin Azərbaycanın
tarixi, mədəniyyəti,
ziyalıları haqqındakı
biliklərini artırmaq,
onların düşüncələrinin, sərbəst
fikir yürüdə
bilmək bacarıqlarının
inkişafına yardım
etməkdir.
Milli Məclisin Səhiyyə
komitəsinin sədri,
akademik Əhliman Əmiraslanov çıxışında
akademik Zərifə Əliyevanın Azərbaycanı
dünyada tanıdan azsaylı şəxslərdən
biri olduğunu söyləyib. Ə.Əmiraslanov
deyib ki, Zərifə xanım Əliyeva oftalmologiya sahəsinin ən aktual problemləri ilə məşğul olub. O, görmə
orqanının peşə
patologiyasının öyrənilməsi
üzrə ixtisaslaşdırılmış
elmi-tədqiqat laboratoriyasında
az intensivli zəhərli istehsal sahələrində görmə
orqanına fizioloji, klinik, funksional, histoloji mexanizmlərin təsirinin öyrənilməsi
üzrə bir sıra qiymətli tədqiqatlar aparıb.
Akademik Zərifə Əliyevanın elmi fəaliyyətinin böyük
hissəsi Moskva ilə bağlı olub və burada
böyük elmi uğurlar əldə edib. Alim qazandığı
uğurlarla səhiyyə
sahəsində öz
sözünü deməyi
bacarıb. Zərifə
Əliyevanın daha böyük uğuru həyatının üç
böyük şəxslə
- Əziz Əliyev, Heydər Əliyev və İlham Əliyevlə bağlı
olmasıdır.
Milli Televiziya
və Radio Şurasının üzvü
Sona Vəliyeva bildirib ki, akademik
Zərifə Əliyeva
tibb sahəsində böyük alim olmaqla yanaşı, həm də tarixi araşdırmaçı
olub. Zərifə xanım o qədər çox işin, qayğıların içində
tarixi araşdırmalarla
da məşğul olub. Azərbaycanın belə qadınlarının
olması tariximizin xalqımıza göstərdiyi
böyük lütfdür.
Bunu biz hamımız, xüsusilə
gələcəyimiz olan
uşaqlar dəyərləndirməlidirlər.
Milli Məclisin
deputatı Məlahət
İbrahimqızı bildirib
ki, gözəl alim olmaqla yanaşı,
gözəl həyat yoldaşı da olan Zərifə Əliyeva Ümummilli lider Heydər Əliyevin gərgin siyasi fəaliyyətində
Ona hər zaman mənəvi dayaq olub. M.İbrahimqızı
Vətənimizin fəxri
sayılan bu cür insanların parlaq sima kimi
daim yaddaşlarda yaşayacağını söyləyib.
Daha sonra
“Qələbəyə doğru”
intellektual oyununun qalibləri mükafatlandırılıb.
Bakıətrafı kənd və qəsəbələri təmsil
edən komandaların
iştirakı ilə
keçirilən “Qələbəyə
doğru” intellektual oyununun final yarışında iştirak
etmək hüququnu seçim turlarında qalib olan komandalar
qazanıblar.
Final oyununda
qəsəbələri təmsil
edən hər bir komandada dünyagörüşü
və intellektual səviyyəsi yüksək
olan beş məktəbli iştirak edib.
Final yarışında
birinci, ikinci və üçüncü
yerlərin qalibləri
olan komandalar diplom və hədiyyələrlə mükafatlandırılıb.
Birinci yerin qalibi olmuş komandaya “Qələbəyə
doğru” kuboku təqdim olunub.
Yeni Azərbaycan.- 2018.- 21 aprel.- S.3.