Bakıda “Xəzər və
Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
Aprelin 23-də Bakıda SOCAR-ın III Beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu öz işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, forumda
çıxış edən
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov
tədbirin Ümummilli
lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə
həsr olunduğunu deyib.
O bildirib ki,
Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital Ltd” şirkətinin
birgə təşkilatçılığı
ilə keçirilən
forumda 30 ölkədən
230-dək iştirakçı və məruzəçi
iştirak edir. Bu göstərici Azərbaycanın adının
qlobal neft sektorunda önəmli mövqedə olmasından
xəbər verir: “Forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının emalı,
satışı və
ixracı məsələləri
üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil
edilməsidir”.
E.Qasımov əlavə edib
ki, keçən illə müqayisədə
bu il forumda
iştirak edən ölkələrin sayında
artım müşahidə
olunub. Ümumilikdə,
bu il foruma
Azərbaycandan 72 nəfər,
Rusiyadan 49 nəfər,
Qazaxıstandan 32 nəfər,
Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya,
İspaniya, Avstriya, Polşa
və digər Avropa ölkələrindən
53 nəfər, Birləşmiş
Ərəb Əmirlikləri,
İran, Türkmənistan,
Özbəkistan və
digər Asiya ölkələrindən 18 nəfər,
Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər
nümayəndələri
qatılıb.
O, forumun keçirilməsinin çox
gözəl bir vaxta təsadüf etdiyini vurğulayaraq, bir neçə gün əvvəl ölkə başçısı
İlham Əliyevin seçkilərdə çox
böyük səs çoxluğu ilə yenidən Azərbaycan Respublikasının Prezidenti
seçildiyini qeyd edib, forum iştirakçıları
adından bütün Azərbaycan xalqını təbrik edərək ölkəmizin
daim çiçəklənməsini
və inkişafını
arzulayıb.
E.Qasımov Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
uğurlu neft strategiyasının bütün
dünyaya təbliğ
olunmasında forumun səmərəli platforma
olduğunu bildirib.
Sonra forumun
iştirakçıları Ulu öndər Heydər Əliyevin həyatından bəhs edən qısa filmi izləyərək onun əziz xatirəsini yad ediblər.
Azərbaycan energetika naziri Pərviz Şahbazov “Azəri-Çıraq-Günəşli”
(AÇG), “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas
ixrac neft kəməri layihələrinin
ölkəmizi dünyaya
neft diyarı kimi tanıtdığını
deyib. Bildirib ki, hazırda Azərbaycanın təşəbbüsü
ilə dünyanın
ən böyük qaz boru kəmərləri
zənciri olan Cənub Qaz Dəhlizi reallaşdırılır.
Bu dəhliz ilə Azərbaycan təbii qazı cari ildə Türkiyəyə, 2020-ci ildə
isə Avropaya çatdırılacaq.
Nazir qeyd
edib ki, bu vaxtadək Xəzər dənizinin Azərbaycan sektorundakı
“Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan 454 milyon ton xam
neft və 144 milyard kubmetr təbii qaz hasil olunub. Azərbaycan
indiyədək “Azəri-Çıraq-Günəşli”
yataqlarının işlənməsindən
130 milyard 551 milyon
ABŞ dolları gəlir
əldə edib.
Milli Məclis sədrinin
müavini Valeh Ələsgərov isə
dövlət başçısı
İlham Əliyevin bir çox sahələr kimi ölkə iqtisadiyyatının
dayağı olan energetika sektorunda da qarşıdakı dövr üzrə mühüm vəzifələr
müəyyənləşdirdiyini diqqətə çatdırıb.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə qeyd edib ki, Prezident
İlham Əliyevin strateji təlimatlarını
rəhbər tutaraq Dövlət Neft Şirkəti bu gün bir çox
ölkələrdə fəaliyyət
göstərən, müxtəlif
sahələrdə böyük
layihələr həyata
keçirən transmilli şirkətə
çevrilib. SOCAR-ın
Beynəlxalq Forumu xarici tərəfdaşlarla
əlaqələrin daim
diqqətdə saxlanılması
və bununla beynəlxalq əməkdaşlıq
bağlarının güclənməsi
üçün zəruri
şərait yaradır.
X.Yusifzadə bildirib ki, Azərbaycan
indiyədək “Azəri-Çıraq-Günəşli”
yataqlarından 256 milyon
ton mənfəət nefti əldə edib: “Artıq
19 ildir ki, “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları
mənfəət neftindən
gəlir əldə edirlər. 2018-ci il aprelin 1-dək dünya bazarında Azərbaycanın
payına düşən
256 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında
realizə olunmuş bütün mənfəət
neftinin 56,6 faizini təşkil edir”.
SOCAR-ın rəsmisi
deyib ki, bu vaxtadək AÇG layihəsinə 43 milyard dollar xərclənib.
BP-nin Azərbaycan,
Gürcüstan və
Türkiyə üzrə
vitse-prezidenti Bəxtiyar
Aslanbəyli isə şirkətin ötən
25 il ərzində ölkəmizdəki fəaliyyətindən
və həyata keçirdiyi irimiqyaslı
layihələrdən danışıb.
Bildirib ki, BP Azərbaycan, Gürcüstan
və Türkiyə regionunda Xəzərdəki
neft-qaz yataqlarının
istismarına əsaslanan
mühüm və çoxşaxəli biznes
əməliyyatları həyata
keçirir. Bunlar nəhəng ixrac sistemi vasitəsilə birbaşa yerli və beynəlxalq bazarlara birləşdirilib.
“İndiyədək
Xəzər dənizinin
Azərbaycan sektorundakı
“Şahdəniz” qaz-kondensat
yatağından 89 milyard
kubmetrdən çox təbii qaz və 176 milyon barrel kondensat hasil edilib. İşlənmənin
əvvəlindən bu
vaxtadək “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan isə 3,3 milyard barrel neft hasil
olunub. Azərbaycan
AÇG və “Şahdəniz”in
işlənməsindən indiyədək
132 milyard dollar gəlir əldə edib”, - deyə o əlavə edib.
BP-nin rəsmisi
bildirib ki, 2013-cü ildən bu zamana
qədər 116 nəfər
azərbaycanlı kadr
xarici bazarlardan “BP Azerbaijan”a cəlb olunub. 2018-ci ildə “BP Azerbaijan” şirkəti kadr milliləşdirilməsini
90 faizə çatdıracaq.
Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel Məhərrəmov,
Azərbaycan Dövlət
İqtisad Universitetinin
(UNEC) rektoru, professor Ədalət Muradov və başqaları çıxış edərək
forumun əhəmiyyətindən
danışıb, onun
işinə uğurlar
arzulayıblar.
Forum dünyanın
30 ölkəsindən olan
40-a yaxın məruzəçinin
çıxışı ətrafında
müəyyən mövzuları
əhatə edəcək.
Forumun ilk günündə dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna həsr olunub. İkinci günü neft emalı, neft və neft-kimya
məhsullarının ticarəti,
üçüncü günü
isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya üçün texnologiyalara həsr edilib, sonuncu günü isə müxtəlif ölkələrdən olan
iştirakçılar üçün
Heydər Əliyev adına Neft Emalı Zavodu və Sumqayıtda yerləşən neft-kimya
kompleksinin müəssisələrinə
texniki səfərlərin
təşkil olunması
nəzərdə tutulub.
Tədbirdə iştirak edən
müəssisələr arasında
dövlət strukturları,
neft-qaz şirkətləri
(treyderlər, NEZ və
neftçıxarma), neft-kimya
müəssisələri, nəqliyyat
şirkətləri (limanlar,
terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltinq şirkətləri
və avadanlıq istehsalçıları, yeni
texnologiyalar hazırlayan
müəssisələr və
universitetlər var.
Forumda Azərbaycanın hökumət nümayəndələri
ilə yanaşı
SOCAR və BP rəsmiləri,
Qazaxıstan, Qırğızıstan,
İran, Rusiya, Türkiyə və digər ölkələrin
enerji nazirlikləri, eləcə də transmilli neft-qaz şirkətlərinin nümayəndələri,
analitiklər, bank strukturlarının nümayəndələri iştirak
edir.
Yeni Azərbaycan.-
2018.- 24 aprel.- S.6.