Çində Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası keçirilib

 

Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilənHeydər Əliyev: multikulturalizm tolerantlıq ideologiyasımövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Ukrayna, Belarus, Çin Gürcüstanın universitetlərində təşkil olunub.

Aprelin 22-də Çinin Huzhou Universitetində Ulu öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransınBir qurşaq - bir yol: multikulturalizmin öyrənilməsimövzusunda bölmə iclası keçirilib. İclasda Azərbaycan Dillər Universitetinin nümayəndə heyəti, Huzhou Universitetinin professor-müəllim tələbə heyəti, Mədəniyyətlərarası Dialoq Araşdırmaları Mərkəzinin əməkdaşları Çinin Azərbaycan Respublikasındakı səfirliyinin nümayəndələri iştirak ediblər. Bölmə iclası öz işinə görkəmli dövlət xadimi Heydər Əliyevin həyat fəaliyyətini əks etdirən sənədli filmin nümayişi ilə başlayıb.

Tədbirdə Huzhou Universitetinin prezidenti Zhang Licinin Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdullayevin təbrik təşəkkür məktubu oxunub.

Açılış nitqi ilə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasətinin müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini xatırladıb. Professor bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib bu gün xalqımızın xarakterik xüsusiyyətlərindən biri olan tolerantlığın gələcək inkişafı üçün Azərbaycanda hüquqi baza artıq yaradılıb.

Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstrən Konfutsi İnstitutunun direktoru professor Rafiq AbbasovAzərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin siyasi irsində İpək Yoluadlı məruzə ilə çıxış edib. Professor bildirib ki, Azərbaycan tolerantlıq multikulturalizm ölkəsidir, Ulu öndərin müəyyənləşdirdiyi bu strateji istiqamətdə inkişaf edən Azərbaycan dünyaya örnək ola biləcək multikultural dəyərlər sistemini modelini formalaşdırıb.

Huzhou Universitetinin Ali Təhsil Tədqiqatları Mərkəzinin direktoru professor Yan Denkeİpək Yolu üzərində mədəniyyətlərarası dialoqadlı məruzə ilə çıxış edib. Bildirib ki, tarixiİpək Yoluistiqamətində Azərbaycan iki min ildən artıq müddətdə Şərq Qərb arasında elmin, mədəniyyətin ideyaların yayılması istiqamətində körpü rolu oynayır.

Huzhou Universitetinin Beynəlxalq Kollecinin direktoru professor Zhu Din Avropa Asiya ölkələrinin gəncləri arasında əməkdaşlığın qurulması, tolerantlığın qarşılıqlı anlaşmanın təbliği sahəsində səylərin birləşdirilməsinin təcrübələrin bölüşdürülməsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan çoxmillətli çoxkonfessiyalı ölkədir. Azərbaycanın bu istiqamətdə apardığı siyasi xətdən danışan professor ölkəmizin Şərq Qərb arasında yalnız coğrafi körpü deyil, həm mədəniyyət körpüsü olduğunu diqqətə çatdırıb.

Sonda Huzhou Universitetinə Prezident İlham Əliyevin çoxplanlı fəaliyyətlərini əks etdirənAzərbaycan-Çin: diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümüadlı kitab təqdim olunub.

Yeni Azərbaycan.- 2018.- 24 aprel.- S.5.