MasallıdaAzərbaycan kino incəsənətimövzusunda mühazirə keçirilib

 

Aprelin 20-də Masallı şəhərindəki “ASAN həyatkompleksinin nəzdindəki Heydər Əliyev İncəsənət MəktəbindəAzərbaycan kino incəsənətimövzusunda keçirilən mühazirə maraqla qarşılanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kino-televiziya sənətləri kafedrasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar İncəsənət Xadimi Rafiq Quliyevin mövzu ilə bağlı mühazirəsi dinlənilib.

Milli kinonun yaranmasının, onun tərəqqisinin ölkələrin inkişaf tarixi ilə sıx bağlı olduğunu vurğulayan R.Quliyev bu sənətin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində sürətli iqtisadi, sosial-mədəni yüksəliş dövründə meydana gəldiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, ilk Bakı fotoqraflar dərnəyinin yaradıcısı Aleksand Mişonun 1898-ci ildə çəkdiyi həmin ilin avqust ayının 2-də nümayiş etdirilənBibiheybət neft mədənlərində yanğın”, “Şəhər bağında xalq gəzintisi”, “Bazar küçəsində sübh çağı digər sənədli, eləcə İlişdinadlı bədii süjetlərlə fəaliyyətə başlayan Azərbaycan kinosu qısa müddətdə milli mədəniyyətin, sosial həyatın ayrılmaz tərkib hissəsinə çevrildi.

Həmin dövrdəBismillah”danAlmaz”a qədər səssiz filmlərin çəkilişi Azərbaycanın kino incəsənətində realist üslubun göstəricisi idi. 1925-1936-cı illərdə lentə alınmışBismillah”, “Sevil”, “Gilan qızı”, “İsmət”, “Lətif”, “Almaz digər səssiz filmlərin, Azərbaycanın ilk peşəkar kinorejissoru Səməd Mərdanovun kinoya gəlişi, 1939-cu ildə çəkilənKəndlilərfilminin uğur qazanması məhz bu amillə bağlıdır.

Mühazirədə bildirilib ki, İkinci Dünya müharibəsində çəkilən filmlərin azlığına baxmayaraq, Azərbaycan kinosunda sənədli filmlərin çəkilişinə daha çox yer verilirdi. 1940-1960-cı illərdəArşın mal alan”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Ögey ana”, “Əhməd hardadır?”,Qızmar günəş altında”, “Telefonçu qız”, “Romeo mənim qonşumdurbədii filmləri ekranlara çıxdı. Ötən əsrin 60-70-ci illərində Azərbaycan kinosuna yeni nəslin gəlməsi ilə bu sənət sahəsinin yeni inkişaf dövrü başlandı.

Diqqətə çatdırılıb ki, keçən əsrin 90-cı illərində SSRİ dağılsa da, dövlətin himayə etdiyi kinematoqrafiya fəaliyyətini davam etdirdi. “Özgə vaxt”, “Yarasa”, “Hər şey yaxşılığa doğru”, “Nabat”, “Çölçü”, “Çövkən digər filmlər beynəlxalq festivallarda uğurlar qazanaraq kinomuzun müasir görkəmini dünya tamaşaçısına sərgilədi Azərbaycanı bütün dünyaya tanıtdı.

Mühazirə dinlənildikdən sonraÇövkənsənədli filmi nümayiş etdirilib. “Salnaməkinostudiyasında lentə alınmış filmin ssenari müəllifi rejissoru Əməkdar İncəsənət Xadimi Rafiq Quliyevdir. Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Yeni Azərbaycan.- 2018.- 24 aprel.- S.5.