Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb

 

Görkəmli oftalmoloq-alim, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayonundakı ən müasir tibb müəssisələrindən olanDünyagözgöz klinikasının təşəbbüsü Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə anım mərasimi keçirilib.

Tədbirdə çıxış edənDünyagözgöz klinikasının baş həkimi, professor Dilavər Erşanlı akademik Zərifə xanım Əliyevanın şərəfli mənalı bir ömür yaşadığını, elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda, ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.

Sonra tədbirdə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən tibb elmləri doktoru Paşa Qəlbinur Zərifə xanım Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, Azərbaycan tibb elminin, xüsusilə onun az inkişaf etmiş oftalmologiya sahəsinin inkişafında müstəsna xidmətləri olan Zərifə xanım yorulmaz fəaliyyəti ilə insanlara daim nur bəxş edib, gözlərə işıq verib. Onun şəfalı əlləri ilə minlərlə xəstə müalicə olunub.

Tanınmış ictimai xadım, modelyer Fəxriyyə Xələfova Zərifə xanımla bağlı xatirələrindən danışıb, onun necə bir xanım, ana, həkim, nəcib incan olduğunundan söhbət açıb.

Sonra çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, akademik Zərifə xanım Əliyevanın elmi tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları ilə yanaşı, pedaqoji fəaliyyəti, peşəkar elmi kadrların yetişdirilməsindəki xidmətləri danılmazdır. Onun elmi-pedaqoji ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olmuş Zərifə xanım Əliyeva ictimai işlərdə fəaliyyət göstərib, Sovet Sülhü Müdafiə Komitəsinin, AzərbaycanBilikCəmiyyətinin Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

Tədbirdə qeyd olunub ki, artıq 3 gündür ki, Səbail rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədarDünyagözgöz klinikasının təşəbbüsü Səbail rayon İcra Hakimiyyətinin dəstəyi ilə imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələri keçirilir. Artıq yüzlərlə sakin bu nəcib aksiyada iştirak edib. Bununla əlaqədar klinikanın kollektivinə minnətdarlıq bildirilib.

Qeyd olunub ki, təşkilatçılar tərəfindən pulsuz göz müayinəsi aksiyaları il ərzində bir neçə dəfə keçiriləcək.

Yeni Azərbaycan.- 2018.- 25 aprel.- S.4