Belqrad Universitetində Azərbaycan Dili Mədəniyyəti Mərkəzi açılıb

 

Aprelin 26-da Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın təşəbbüsü, Azərbaycan Respublikasının Serbiyadakı səfirliyinin Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan dilinin, onun zəngin mədəniyyətinin geniş təbliği məqsədi ilə Belqrad Universitetində Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Belqrad Universitetinin rektoru Vladimir Bumbaşireviç Mərkəzin yaradılmasının ölkələrimiz arasında təşəkkül tapmış yüksək mədəni humanitar əlaqələrin təzahürü olduğunu bunun əlaqələrimizin daha da inkişafına xidmət edəcəyini bildirib.

O, Azərbaycanın Serbiyada həyata keçirdiyi bir çox humanitar layihələri yüksək qiymətləndirərək, bunun ölkəsi tərəfindən təşəkkürlə qarşılandığını qeyd edib. Həmçinin xalqlarımızın mədəniyyətlərinin oxşar olduğunu, universitetdə təhsil alan tələbələrin Azərbaycan mədəniyyətinə yüksək maraq göstərdiyini Mərkəzin xalqlarımızın mədəniyyətini birləşdirəcək yeni bir körpü olacağını məmnunluqla vurğulayıb. O, eyni zamanda may ayında Azərbaycan Dillər Universitetində Serb Dili Mədəniyyəti Mərkəzinin yaradılacağından məmnunluğunu ifadə edərək, Azərbaycan-Serbiya əlaqələrinin örnək hesab edildiyini qeyd edib.

Azərbaycan Dillər Universitetinin prorektoru, professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdullanın Belqrad Universitetində Azərbaycan Dili Mədəniyyəti Mərkəzinin rəsmi açılış mərasimi ilə bağlı bu təşəbbüsün təşkilatçılarına, həyata keçirənlərə, tədbir iştirakçılarına ünvanlanan təbrik təşəkkürü əks olunmuş müraciətini diqqətə çatdırıb. O, Mərkəzin fəaliyyəti nəticəsində ölkələrimiz arasında mədəni münasibətlərin daha da genişlənəcəyinə, habelə Azərbaycanın zəngin mədəniyyətinin təbliği tanıdılmasında mühüm rol oynayacağına əminliyini bildirib.

Filologiya fakültəsinin dekanı Lyilyana Markoviç Mərkəzin məhz Belqrad Universitetində yaradılmasının sevindirici hal olduğunu, onun ölkələrimizin elmi akademik sahələrdə əməkdaşlığı üçün tarixi bir hadisə kimi yadda qaldığını universitetə dəyərli bir hədiyyə olduğunu bildirib. O, Mərkəzi universitetin tələbələrinin bütün Serbiyanın Cənubi Qafqaz türk mədəniyyəti ilə əyani tanışlığı üçün fürsət kimi dəyərləndirib.

Tədbirdə çıxış edən səfir Eldar Həsənov Azərbaycanla Serbiya arasındakı münasibətlərin dinamik şəkildə yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini siyasi əlaqələrlə yanaşı, iqtisadi, mədəni, humanitar digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu bildirib. Ən önəmlisi isə, Azərbaycan serb xalqlarının yaxınlaşmasının, onlar arasında səmimi dostluq əlaqələrinin gündən-günə yüksəldiyini qeyd edib.

O, tədbir çərçivəsində Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında imzalanacaq əməkdaşlıq haqqında sazişin ölkələrimizin təhsil elm sahəsindəki əlaqələrinin daha da genişləndirilməsinə xidmət edəcəyini, qarşılıqlı tələbə təcrübə mübadiləsini zənginləşdirəcəyini vurğulayıb.

Mərkəzin rəhbəri Lalə Məcidova çıxış edərək, Mərkəzin yaradılmasında göstərdikləri dəstəyə görə hər iki universitetin rəhbərliyinə Azərbaycanın Serbiyadakı səfirliyinə təşəkkürünü bildirib.

Daha sonra Belqrad Universiteti ilə Azərbaycan Dillər Universiteti arasında əməkdaşlıq haqqında saziş imzalanıb.

Yeni Azərbaycan.- 2018.- 28 aprel.- S.7.