“Azərbaycan
Respublikası Xatirə
Kitabı”nın xüsusi
buraxılışının təqdimatı olub
Ermənilər tərəfindən xalqımıza
qarşı dəfələrlə
qanlı cinayətlər
törədilib. Ermənistanın
əsassız ərazi
iddiaları, torpaqlarımızın
işğal edilməsi
soydaşlarımızın doğma ata-baba torpaqlarından didərgin
düşməsinə səbəb
olub. Rəsmi sənədlərə əsasən,
Dağlıq Qarabağda
elan olunmamış müharibə nəticəsində
3 mindən çox soydaşımız itkin düşüb, əsir və girov götürülüb.
AZƏRTAC xəbər verir ki, bu
barədə mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev “Azərbaycan Respublikası Xatirə Kitabı”nın xüsusi buraxılışının təqdimat
mərasimində danışıb.
“Əsir və
girov götürülmüş
vətəndaşlarımıza ermənilər tərəfindən
insanlıqla bir araya sığmayan işgəncələr verilib,
görünməmiş vəhşiliklər
törədilib. Bu insanların
xatirəsinin əbədiləşdirilməsi
və beynəlxalq ictimaiyyət üçün
mühüm tarixi sənəd funksiyasını
yerinə yetirəcək
faktlara istinadla nəşrlərin hazırlanması
məqsədilə Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə Respublika Xatirə Kitabı redaksiyası fəaliyyətə
başlayıb. Ötən
müddətdə İkinci Dünya
müharibəsində həlak
olmuş azərbaycanlılar,
20 Yanvar və Xocalı faciəsində,
Qarabağ müharibəsi
zamanı torpaqlarımızın
azadlığı uğrunda
gedən döyüşlərdə
həlak olmuş, itkin düşmüş,
əsir götürülmüş
vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında çoxcildlik ensiklopediya hazırlanıb. Xatirə
kitabının 16 cildi
çap olunub, 17-ci cildi nəşrə hazırlanır”, - deyə
mədəniyyət nazirinin
birinci müavini qeyd edib.
Kitabın əhəmiyyətini yüksək qiymətləndirən
Vaqif Əliyev bildirib ki, Əsir
və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu
ilə birgə Xatirə Kitabı dörd cildlik olmaqla xüsusi nəşrə hazırlanır.
Bu gün həmin kitabın birinci cildinin təqdimat mərasimi keçirilir. Xüsusi buraxılışlarda Qarabağ
münaqişəsi zamanı
itkin düşmüş,
əsir və girov götürülmüş
3 mindən çox vətəndaşımız haqqında
Azərbaycan və ingilis dillərində ensiklopedik məlumatlar yer alacaq. Birinci
cilddə 921 nəfər
barədə məlumatlar
əksini tapıb.
Azərbaycanın ərazi bütövlüyünə
təcavüz edən
erməni daşnaklarının
azərbaycanlılara qarşı
törətdiyi cinayətlərin
həmişə öz
xüsusi amansızlığı
ilə seçildiyini
diqqətə çatdıran
kitabın baş redaktoru Nəzakət Məmmədova deyib: “Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyası
ilə birlikdə aparılan araşdırmalar
zamanı erməni vandallarının soydaşlarımıza
qarşı törətdiyi
cinayətlər, ağır
işgəncələr və
məqsədyönlü şəkildə
aparılan soyqırımı
siyasəti bütün detalları ilə araşdırılıb.
Erməni millətçilərinin
əsir və girov götürülmüş
Azərbaycan vətəndaşlarına
qarşı törətdiyi
cinayətlərin dünya
ictimaiyyətinə çatdırılması
hər birimizin mənəvi borcudur. Məhz bu məqsədlə
hazırladığımız 3 min 875 nəfərin taleyindən bəhs edən Respublika Xatirə Kitabının dörd cildlik xüsusi buraxılışının
birinci cildi oxuculara təqdim olunur”.
Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar
Dövlət Komissiyasının
İşçi Qrupu
rəhbərinin müavini
Eldar Səmədov çıxış edərək
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin
yaratdığı humanitar
problem, əsir düşmüş və
girov götürülmüş
insanlarla bağlı
məlumat verib. O bildirib ki, kitabın
nəşrə hazırlanması
zamanı itkin düşmüş şəxslərin
siyahısının dəqiqləşdirilməsi
Komissiya sədrinin şəxsi nəzarəti
ilə aparılıb.
Kitab Vətən torpaqları uğrunda həlak olmuş, itkin düşmüş insanların xatirəsinə
dövlətimizin başçısı
tərəfindən göstərilən
diqqətin bariz nümunəsidir. Bu günə olan məlumata əsasən, Dövlət Komissiyasında
3 min 888 nəfər itkin düşmüş şəxs kimi qeydiyyatdan keçib.
Yeni nəşrin ölkəmizin
ictimai-siyasi və mədəni həyatında
xüsusi əhəmiyyət
kəsb etdiyini bildirən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin
müdir müavini Ərəstun Mehdiyev Xatirə kitabı redaksiyasının çox
nəcib və müqəddəs bir missiyanı yerinə yetirdiyini söyləyib.
Redaksiyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində
həlak olmuş, itkin düşmüş və girov götürülmüş
vətəndaşlarımızla bağlı materialların
toplanıb dərc edilməsi ilə bağlı böyük missiyanı üzərinə
götürdüyünü qeyd edən Ə.Mehdiyev deyib: “Bu, olduqca vacib
və əhəmiyyətli
işdir. Azərbaycan
torpaqlarının erməni
silahlı birləşmələri
tərəfindən işğal
edilməsi bizim ən ağrılı problemimizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin bütün
fəaliyyəti bu problemin həllinə yönəlib. Burada həm maddi
ziyan, həm mənəvi məhrumiyyətlər,
bütün itkilər
ən vacib məsələlər kimi
gündəlikdə dayanır,
bütün qüvvələrimiz
bu məsələlərin
həlli istiqamətində
səfərbər olunub.
Dövlətimiz bu gün ordu quruculuğuna,
münaqişə ilə
bağlı meydana çıxan problemlərin
həllinə böyük
diqqət göstərir.
Dövlətimizin başçısının diqqət və qayğısı nəticəsində
şəhid ailələri
və müharibə əlilləri yeni mənzillərlə təmin
edilir. İndiyədək
bu kateqoriyadan olan insanlara 5 min 500-dən çox fərdi ev və
mənzil paylanılıb,
ilin sonunadək də təxminən 500
mənzilin verilməsi
nəzərdə tutulur”.
Ə.Mehdiyev vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə
başlanmış bu
işlər Ümummilli
liderin siyasi kursunun layiqli davamçısı İlham
Əliyev tərəfindən
uğurla davam etdirilir. Prezidentin tapşırığına əsasən,
son 15 ildə şəhid ailələrinə
və müharibə əlillərinə 6 minə
yaxın minik avtomobili verilib, onlar hərtərəfli qayğı ilə əhatə olunub.
“Xatirə kitabının
nəşr edilməsi
dövlətimizin başçısının
bu məsələlərə
daha bir qayğısı kimi qiymətləndirilməlidir. Bu,
ilk nəşrdir ki, Qarabağ münaqişəsi dövründə
itkin düşmüş,
həlak olmuş insanlar haqqında məlumatları ictimaiyyətə
çatdırır. Belə
bir nəşrin ərsəyə gəlməsi
bizim həm mənəvi borcumuzdur, həm də şəhidlərimizin və
itkin düşmüş
vətəndaşlarımızın xatirəsinə ehtiramın
ifadəsidir. Kitabın
digər mühüm əhəmiyyəti ondadır
ki, burada hər bir insan
haqqında toplanmış
məlumatlar gələcək
tədqiqatlar üçün
baza yaradır. Nəşrdə yer alan məlumatlar hər hansı əsərin və filmin mövzusu ola bilər” deyən Ə.Mehdiyev kitabın ərsəyə
gəlməsində zəhməti
olan hər kəsə təşəkkürünü
bildirib.
Azərbaycan Mətbuat Şurasının
sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, Prezident yanında Dövlət İdarəçilik
Akademiyasının tarix
kafedrasının müdiri
Firdovsiyyə Əhmədova,
Əməkdar Elm Xadimi Qəzənfər Paşayev və başqaları kitabla bağlı fikirlərini bölüşüb, yeni
nəşrin əhəmiyyətini
vurğulayıblar.
Çıxış edənlər Xatirə kitabının nəşrinə
göstərdiyi böyük
diqqət və qayğıya görə Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə dərin minnətdarlıqlarını
bildiriblər.
Yeni Azərbaycan.-
2018.- 4 dekabr.- S.4.