Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib

 

Azərbaycan turizm sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlara üzv olacaq

Dekabrın 4-də Bakıda Azərbaycan Hotellər Assosiasiyasının Birinci Baş Assambleyası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının icraçı direktoru Günay Sağlam assosiasiyanın qeyri-hökumət təşkilatı kimi Azərbaycan hotellərinin maraqlarını təmsil təşviq etdiyini bildirib. Eyni zamanda, Azərbaycan Hotellər Assosiasiyasının təşkilati strukturu, nizamnaməsi, məqsədləri gələcək fəaliyyəti haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Dövlət Turizm Agentliyi Azərbaycan Turizm Bürosunun dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Hotellər Assosiasiyası ölkədə hotelçilik sənayesini inkişaf etdirmək məqsədini daşıyır.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, bugünkü görüş bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan Hotellər Assosiasiyası bu sahənin iştirakçılarını birləşdirib birinci Baş Assambleyasını təşkil edib. Bildiyiniz kimi, turizm ölkənin əsas prioritet sahələrindən biridir. Son illərdə bu sahədə kifayət qədər işlər görülüb, Azərbaycanın turizm imkanlarının tanıdılması üçün mühüm addımlar atılıb. Ancaq ölkənin turizm sahəsində bəzi problemlərin mövcud olması da hər kəsə məlumdur. Dövlət Turizm Agentliyinin qarşısında mövcud problemləri aradan qaldırmaq, turizmi daha da inkişaf etdirmək kimi vəzifə durur. Biz bu məsuliyyətin fərqindəyik öz işimizi Prezident İlham Əliyevin iqtisadiyyatın inkişafı istiqamətində həyata keçirdiyi siyasətə uyğun olaraq qurmuşuq. Fürsətdən istifadə edib, ölkə turizminin inkişafında bizə hər zaman dəstək verdiyi üçün Prezident İlham Əliyevə birinci xanım Mehriban Əliyevaya öz təşəkkürümüzü bildiririk”, - deyə F.Nağıyev vurğulayıb.

Turizmin inkişafının bir-biri ilə sıx bağlı olan bir çox sahənin birgə fəaliyyətindən asılı olduğunu söyləyən Dövlət Turizm Agentliyinin sədri deyib ki, bunların içərisində hotelçilik əsas yerdə durur. Bugünkü tədbirin əsas məqsədi hotelçilik sənayesi nümayəndələrini bir araya gətirərək yeni yaradılmış Azərbaycan Hotellər Assosiasiyası barəsində məlumat verməkdir. Azərbaycan Hotellər Assosiasiyası hotelçilik sahəsində mövcud potensialı inkişaf etdirmək, xidmət səviyyəsinin keyfiyyətini artırmaq üçün bu sahənin nümayəndələrini bir araya toplayan platforma rolunu oynayacaq. Əlbəttə, hotelçilik sahəsində gözəçarpan ən əsas amil xidmət səviyyəsinin keyfiyyətidir. Bu sahədə problemlər mövcuddur bu problemlərin həlli istiqamətində işlər görülür.

Fuad Nağıyev deyib: “İxtisaslı kadrların hazırlanması onların peşəkar kimi yetişməsində sözsüz ki, təhsil müəssisələri mühüm rol oynayırlar. Bu baxımdan Dövlət Turizm Agentliyinin tabeliyindəki Azərbaycan Turizm Menecment Universiteti, Bakı Peşə Məktəbi Mingəçevir Turizm Kollecinin fəaliyyəti xüsusilə əhəmiyyət kəsb edir. Turizm təhsilinin inkişafı ölkədə yerli turizm kadrlarının hazırlanmasına, xidmət keyfiyyətinin artmasına birbaşa olaraq təsir edir. Bunu nəzərə alaraq təhsil müəssisələrində işlər aparılır”.

Hotelçilik sahəsində mövcud problemlərdən söz açan natiq diqqətə çatdırıb ki, bu sahədəki çatışmazlıqlardan biri ulduz verilməsi sistemində olan problemlərdir. Bunu nəzərə alaraq bu gün Azərbaycan Hotellər Assosiasiyasının birinci Baş Assambleyasında ölkədə tətbiq olunacaq yeni milli ulduz təsnifat sistemi barəsində məlumat veriləcək. Ölkədə turizm sahəsində mövsümilik problemi mövcuddur. Bunun aradan qaldırılması, hotellərin ilboyu xidmət göstərə bilməsi istiqamətində müvafiq işlər gedir. Həm paytaxt Bakıda, həm regionlarda nisbətən daha kiçik ulduz sayı az olan hotellərin fəaliyyətini stimullaşdırmaq üçün tədbirlər görülür. Bütövlükdə, Azərbaycanda mövcud olan hotelçilik sisteminin Avropa standartlarına uyğunlaşdırılması qarşımızda duran əsas məqsədlərdən biridir. Məhz bu amili nəzərə alaraq beynəlxalq təşkilatlara üzv olmaq məsələsi gündəmdədir.

Azərbaycanın bütün dünyada turizm destinasiyası kimi tanıdılması yeni brendimizlə xarici bazarlarda ölkənin turizm imkanlarının təbliğində səyləri birləşdirməliyik. Çünki mövcud olan bütün problemlərin həllində ancaq turizm sənayesinin bütün iştirakçılarının, o cümlədən xüsusilə hotelçilik sahəsinin mütəxəssislərinin birgə mütəşəkkil şəkildə fəaliyyəti önəmlidir. Turistlərə göstərilən xidmətin səviyyəsinin artırılması, turistlərin ölkəmizdən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. Bu sahədə çalışan hər kəs turizmin inkişafındakı rolunu üzərinə düşən məsuliyyəti başa düşməlidir. İnanırıq ki, Azərbaycan Hotel Assosiasiyası bütün bu vəzifələrin öhdəsindən uğurla gələcək hotelçilik sisteminin inkişafına öz töhfəsini verəcəkdir”, - deyə Fuad Nağıyev vurğulayıb.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycan Hotellər Assosiasiyasının yaradılmasının ölkədə hotelçiliyin inkişafı üçün mühüm addımlardan biri olduğunu assosiasiyanın uğurlu fəaliyyətinin dəstəklənməsi məqsədilə birgə tədbirlərin həyata keçiriləcəyini qeyd edib.

“Bu tədbir turizm sahəsinin əsas fundamental çağırışları üçün əhəmiyyətlidir. Biz qarşıya mühüm hədəflər qoymuşuq. Məqsədimiz Azərbaycanı növbəti 5 il ərzində turistlər üçün Qafqazın ən cəlbedici məkanına çevirməkdir. Rəqabətlik qlobal xarakter daşıyır. Biz əsasən milli turizmin inkişafı naminə dövlət özəl qurumların əməkdaşlığına nail olmalıyıq. Azərbaycan Hotellər Assosiasiyasının təsis olunması bu sahənin inkişafına öz töhfəsini verəcək”, - deyə natiq bildirib.

Növbəti illərdə Azərbaycan Turizm Bürosunun dünyanın müxtəlif ölkələrində altı nümayəndəliyinin açılacağını söyləyən baş icraçı direktor Florian Zenqstşmid deyib ki, 2020-ci illə qədər 20-dək beynəlxalq sərgidə iştirak etməyi planlaşdırırlar.

Tədbirdə Azərbaycan Hotellər Assosiasiyasının prezidenti Jiri Kobos, “Hotrec - Hospitality Europe” təşkilatının vitse-prezidenti Akos Niklai çıxış edərək beynəlxalq təşkilatlara, xüsusilə Hotrectəşkilatına üzv olma planlarından bəhs ediblər.

Sonra üzvlük kateqoriyaları, eləcə yeni milli ulduz təsnifat sistemi, assosiasiyaya üzvlüyün verdiyi üstünlüklər haqqında məlumat verilib.

Qeyd edək ki, 2019-cu il üçün Assosiasiyaya üzvlük haqları tətbiq olunmayacaq. 2020-ci ildən başlayaraq isə müxtəlif kateqoriyalara uyğun olaraq üzvlük haqları müəyyənləşəcək.

Yeni Azərbaycan.- 2018.- 5 dekabr.- S.5