AMEA-da Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyi qeyd olunub
Dekabrın 6-da Azərbaycan Milli
Elmlər Akademiyasında
(AMEA) Xalq rəssamı,
Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti,
Dövlət mükafatı
laureatı, 1-ci dərəcəli
“Əmək” ordenli Tahir Salahovun anadan olmasının 90 illiyinə həsr edilən elmi sessiya keçirilib.AZƏRTAC
xəbər verir ki, tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli rəssamın
yaradıcılığını yüksək qiymətləndirib,
xüsusilə müstəqillik
dövründə dekorativ
sənətin inkişafında
əldə etdiyi nailiyyətləri diqqətə
çatdırıb.Tahir Salahovun
yaratdığı dəyərli
sənət nümunələrindən, yaradıcılıq
üslubundan söz açan akademik qeyd edib ki,
görkəmli rəssamın
əsərləri mövzu
və janr zənginliyi, bədii forma əlvanlığı
ilə seçilir. Böyük sənətkarın yaradıcılığı
dünya mədəni
irsində də öz layiqli yerini tutub. Özünəməxsus
yaradıcılıq üslubu
olan Tahir Salahovun əsərləri
dünyanın bir çox muzey və qalereyalarının
salonlarını bəzəyir.Sonra
Xalq rəssamı Ağəli İbrahimov dünya şöhrətli fırça
ustasının Azərbaycan
incəsənətinə verdiyi
töhfələrdən danışıb,
yubilyara yaradıcılıq
fəaliyyətində uğurlar
arzulayıb.Tədbirdə Memarlıq
və İncəsənət
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü, professor Ertegin Salamzadə “Sənətçinin əsərlərində Roman mədəniyyətinin
təzahürü” mövzusunda
məruzə ilə çıxış edib.
Məruzədə qeyd olunub ki, Tahir Salahovun
yaradıcılığında İtaliya, Fransa, İspaniya, Meksika və digər Roman ölkələrinin mədəniyyəti xüsusi
yer tutur.Sonra institutun əməkdaşları
dosent Xəzər Zeynalov və sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Gülrəna Mirzə
rəssamın yaradıcılığının xarakterik xüsusiyyətlərindən
və onun qiymətli, qlobal əhəmiyyətli bədii
irsindən bəhs ediblər.
Sonda Tahir
Salahov tədbirin təşkilatçılarına və iştirakçılarına
minnətdarlığını bildirib.
Qeyd edək
ki, tədbir AMEA-nın Humanitar Elmlər Bölməsinin və Memarlıq və İncəsənət
İnstitutunun birgə
təşkilatçılığı ilə keçirilib.
Yeni Azərbaycan.-
2018.- 7 dekabr.- S.7.