Həsən Məmmədov 50-dən çox filmdə oynadığı rollarla tamaşaçı rəğbəti sevgisi qazanıb

 

Salyanda görkəmli aktyorun 80 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Xalq artisti, görkəmli aktyor, SSRİ Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı Həsən Məmmədovun 80 illik yubileyi doğulduğu Salyan rayonunda təntənəli şəkildə qeyd olunub. Salyan şəhər 2 saylı tam orta məktəbdə keçirilən yubiley mərasimində mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, C.Cabbarlı adınaAzərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, mədəniyyət xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə məktəbin foyesində Həsən Məmmədovun həyat yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.

Məktəbin akt zalında təşkil olunan mərasimdə əvvəlcə Həsən Məmmədovun həyat yaradıcılığından, oynadığı rollardan bəhs edən videoçarx göstərilib.

Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək bildirib ki, Həsən Məmmədov Azərbaycan kinosununqızıl fond”unu təşkil edən filmlərdə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində canlandırdığı obrazlarla mədəniyyət xəzinəmizi zənginləşdirib. Onun yaratdığı bir çox qəhrəmanlar tamaşaçılara yüksək əxlaqi keyfiyyətlər aşılayır gənc nəslin milli-mənəvi irsə ehtiram ruhunda tərbiyəsində əhəmiyyətli rol oynayır.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev sənətkarın 80 illik yubileyinin qeyd olunması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncamı diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimlərindən biri Xalq artisti, unudulmaz aktyor Həsən Məmmədovdur. O, 1938-ci il noyabrın 22-də Salyan rayonunda doğulub, burada 2 saylı orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsinə daxil olub. Lakin aktyor sənətinə böyük marağı olan Həsən Məmmədov universitetdən çıxaraq bir müddət müxtəlif teatrlarda çalışıb. Sonra Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb, tələbəlik illərində müəyyən fasilələrlə Azərbaycan Radiosunda fəaliyyət göstərib.

Nazirin birinci müavini qeyd edib ki, Həsən Məmmədov 1962-ci ildə məşhur səhnə xadimi Mehdi Məmmədovun aktyorluq kursunu bitirib, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. Həmin ildən etibarən teatrda fəaliyyət göstərməklə yanaşı, “Azərbaycanfilmkinostudiyasında da filmlərə çəkilib, milli kinomuzun ən maraqlı yaddaqalan ekran əsərlərində yer alıb: “Həsən MəmmədovBöyük dayaq”da Qaraş, “Arşın mal alan”da Əsgər, “Gün keçdifilmində Oqtay, “Arxadan vurulan zərbə”də Qəmərlinski, “Birisi gün gecə yarısı”nda Baba Əliyev, “İstintaq”da Murad, “Dədə Qorqud”da Dədə Qorqud, “Axırıncı aşırım”da Abbasqulu ağa Şadlinski, “Yeddi oğul istərəm”də Bəxtiyar digər rolları ilə Azərbaycan kinosununqızıl fond”unu təşkil edən obrazlar qalereyasını yaradıb. O, 50-dən çox filmdə təkrarolunmaz ifa tərzi ilə ekran həyatı verdiyi parlaq xarakterlər, həmçinin teatr səhnəsində oynadığı rollarla tamaşaçı rəğbəti sevgisi qazanıb”.

Qeyd olunub ki, aktyorun çəkildiyi ekran əsərləri bu gün böyük maraqla izlənilir. Xalq artisti Həsən Məmmədovİstintaqbədii filmindəki Murad roluna görə SSRİ Dövlət mükafatına, “Birisi gün gecə yarısıekran əsərindəki Baba Əliyev obrazına görə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülüb. Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci ildəŞöhrətordeni ilə təltif edilib.

Vaqif Əliyev vurğulayıb ki, bütün sahələrdə olduğu kimi, dövlətimiz tərəfindən Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı gənc nəsillərə təbliği, onun görkəmli nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi, ədəbiyyat, incəsənət xadimlərinin yaradıcı mühitlə əhatə olunması onların qayğılarına diqqətlə yanaşılması ilə bağlı çoxsaylı təqdirəlayiq işlər görülür görülməkdədir. Müvafiq dövlət proqramları, dövlətimizin başçısı tərəfindən mədəniyyətin müxtəlif sahələrinin inkişafı ilə bağlı imzalanan sərəncamlar mədəni irsə, incəsənətə, mənəvi dəyərlərin qorunub saxlanılmasına yüksək qayğının əyani nümunəsidir. Bununla əlaqədar cari ildə görkəmli mədəniyyət, incəsənət xadimlərimiz - Qara Qarayev, Bülbül, Həsənağa Turabov, Mehdi Məmmədov, Mikayıl Müşfiq, İsa Muğanna, İmran Qasımov, Aşıq Şəmşir başqa sənətkarların yubileyləri, həmçinin Azərbaycan kinosunun yaranmasının 120 illiyi, Mingəçevir Dövlət Dram Teatrı Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi təntənəli şəkildə qeyd edilib. Milli kinonun tərəqqisi, müasir standartlara cavab verən film istehsalı sahəsinin formalaşdırılması daim dövlətin diqqətindədir.

Yubiley gecəsinin aparıcısı, Xalq artisti Əbdül Mahmudov Həsən Məmmədovun Azərbaycan kino sənətinə bəxş etdiyi müxtəlif xarakterli obrazlar haqqında danışıb.

Əməkdar incəsənət xadimləri - kinoşünas, rejissor Ayaz Salayev, “Azərbaycanfilmkinostudiyasının direktoru Müşfiq Hətəmov, Xalq artistləri Rafiq Əzimov, Ənvər Həsənov, Ramiz Məlikov, tanınmış şair Oqtay Rza çıxış edərək Həsən Məmmədovun sevə-sevə yaratdığı obrazlar haqqında söz açıb, sənətkarla bağlı xatirələrini bölüşüblər.

Aktyorun ailəsi adından çıxış edən oğlu Əvəz Məmmədov yubileyin keçirilməsinə, Həsən Məmmədovun əziz xatirəsinə göstərilən diqqətə görə minnətdarlığını bildirib.

Yeni Azərbaycan.- 2018.- 7 dekabr.- S.7.