“Terror multikulturalizmə qarşı
“Azərbaycanlıların
soyqırımı-100” adlı “dəyirmi masa”nın materialları nəşr olunub
“Terror multikulturalizmə
qarşı” layihəsi
çərçivəsində Bakı şəhərində
keçirilmiş beynəlxalq
konfransların materialları
bir yerə toplanaraq nəşr olunub.
Bakı Beynəlxalq Multikulturalizm
Mərkəzindən AZƏRTAC-a bildirilib ki, məruzələrin ümumi
ortaq mövzuya həsr edildiyini və bir-biri ilə əlaqəsini diqqətə çatdırmaq,
eləcə də onların daha rahat və asan
qavranılmasına nail
olmaq məqsədilə
nəşrin redaktorları
ənənəvi “konfrans
materialları” deyil, “dəyirmi masa” modelinə üstünlük
veriblər. Bu “dəyirmi masa”nın materialları yaxın vaxtlarda ingilis və rus dillərinə
də tərcümə
edilərək nəşr
olunacaq. Terror multikulturalizmə qarşı layihəsinin ideya müəllifi və rəhbəri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) Himayəçilər Şurasının sədri,
akademik Kamal Abdullayev, elmi redaktorları professor Solmaz Rüstəmova-Tohidi,
professor Həcər Verdiyeva, dosent Nigar Gözəlova və məsul katibi fəlsəfə üzrə fəlsəfə
doktoru Rəşad
İlyasovdur.
Azərbaycanda multikulturalizm həyat tərzi və dövlət siyasətidir.
Bu siyasət tarixi inkişaf yolu keçərək, irqi və konfessional-etnik
zəmində dünyadakı
münaqişələrə qarşı çıxaraq
dövlətin əsas
siyasi xətlərindən
birinə çevrilib.
XX əsr qorxu
və zorakılıq
daşıyıcısı olan erməni terrorizminin partlayışları
ilə yadda qalıb. Öz ağlasığmaz arzularını
- Şərqi Anadoluda
erməni dövlətçiliyinin
formalaşdırılmasını həyata keçirə bilməyən erməni millətçiləri 1918-ci ilin
yazında Cənubi Qafqazda və Mərkəzi Asiyada milli və dini
zəmində on minlərlə günahsız
insanı məhv ediblər. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” 2018-ci ilin yanvarında Sərəncam imzalayıb.
Daha sonra Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “1918-ci il azərbaycanlıların soyqırımının
100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncamı ilə
bu istiqamətdə bir çox tədbirlər həyata keçirilib. Bu Sərəncama əsasən,
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi
də bir sıra tədbirlər təşkil edib.
Bütövlükdə,
BBMM Azərbaycan xalıqının
çoxəsrlik ənənələri
və mədəni-mənəvi
dəyərlərinə əsaslanaraq,
erməni terroruna qarşı yönəlmiş
ciddi layihələr həyata keçirir. Təkcə Azərbaycanın elmi və ictimai-siyasi həyatında deyil, zorakılığa və
terrora qarşı çıxış edən
digər ölkələrdə
də əhəmiyyətli
hadisəyə çevrilmiş
“Terror multikulturalizmə
qarşı” layihəsi
çərçivəsində iki dəfə beynəlxalq elmi konfrans keçirilib.
2015-ci və 2018-ci illərdə
baş tutan I və II beynəlxalq
elmi konfranslarda müxtəlif ölkələrin
elmi mərkəzlərinin
nümayəndələri iştirak
ediblər. Tarixçi, hüquqşünas, dinşünas, ədəbiyyatşünas
alimlər Azərbaycan,
Rusiya, Türkiyə, Gürcüstan, Özbəkistan,
Böyük Britaniya, Fransa və Almaniyanın arxiv sənədlərinə istinad
edərək terror hadisələrinin, konkret olaraq erməni terrorizminin köklərini
və səbəblərini
araşdırmaqla bu
siyasi-hərbi təhdidin
qarşısının alınması
üçün onunla
beynəlxalq səviyyədə
mübarizənin zəruriliyi
nəticəsinə gəliblər.
Yeni Azərbaycan.-
2018.-8 dekabr.- S.7.