Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir

 

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi bu kateqoriyadan olan vətəndaşlara dövlətin yüksək diqqət qayğısının daha bir bariz nümunəsidir

Məlum olduğu kimi, ölkəmizdə hərbi qulluqçuların, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl məqsədyönlü siyasət həyata keçirilir. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, onlara aylıq təqaüdlərin verilməsi dövlət siyasətinin çoxşaxəli səciyyə daşıdığını göstərir.

Şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb

Ölkəmizdə 2007-ci ilin əvvəlindən şəhid ailələrinin Prezidentin aylıq təqaüdü ilə təminatı həyata keçirilir. Ötən müddətdə şəhid ailələrinə ödənilən təqaüdün məbləği bir neçə dəfə artırılıb. Qeyd etmək yerinə düşər ki, bu məqsədlə şəhid ailələrinə 242 manat aylıq Prezident təqaüdü ödənilir. Prezident təqaüdü ilə yanaşı, müharibə əlillərinin böyük əksəriyyəti əlilliyə görə əmək pensiyası, qalan az bir qismi isə əlilliyə görə müavinət alır. Həmçinin müvafiq kateqoriyadan olan insanların əmək pensiyasına hər ay əlavə vəsait ödənilir. Əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Şəhid ailələrindəki uşaqlara da bir sıra güzəştlər tətbiq olunur. Belə ki, şəhid ailələrindəki uşaqlara aylıq sosial müavinət verilir, eyni zamanda, şəhid ailələrinin uşaqları dövlət ali orta ixtisas təhsili müəssisələrində ödənişli təhsil aldıqda təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir. İl ərzində dövlət vəsaiti hesabına orta hesabla 7,1 min əlilliyi olan şəxsə şəhid ailəsi üzvünə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanator-kurort putyovkası istirahət göndərişləri verilir. Özünəməşğulluq proqramına cəlb edilənlərin əksəriyyəti məhz bu qəbildən olan ailələrdir. Cari ildə 158 şəhid ailəsi, 1000 nəfərdən çox əlilliyi olan şəxs (onlardan bir hissəsi Qarabağ müharibəsi əlilidir) bu proqramdan faydalanıb.

Şəhid ailələrinə əlilliyi olanlara 6 063 mənzil verilib

Vətənimizin bütövlüyü torpaqlarımızın azadlığı uğrunda rəşadətlə döyüşmüş Azərbaycanın Milli Qəhrəmanı adını almış şəxslərə dövlət ən yüksək səviyyədə qayğı göstərir. Bu gün Milli Qəhrəmanlarımıza ya həlak olanların ailələrinə aylıq 1500 AZN Prezident təqaüdü ödənilir. Milli Qəhrəman ailəsi üzvlərinin əmək pensiyasına hər ay 110 manat əlavə edilir.

Respublikamızda müharibə əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinə yönələn tədbirlər barədə söhbət açarkən müvafiq kateqoriyadan olan insanların ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının daim diqqət mərkəzində saxlanılmasını xüsusi qeyd etmək lazımdır. Dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamı Qarabağ müharibəsi əlilləri şəhid ailələrinin mənzillə təminatı işlərinin gücləndirilməsinə yönəlib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Bu da 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının 2,4 dəfə artırılmasına, yəni 2018-ci ildə 600-ə yaxın mənzilin həmin insanlara verilməsinə imkan yaradıb. Cari ilin 1 oktyabr tarixinə kimi şəhid ailələrinə əlilliyi olanlara ümumilikdə 6 063 mənzil verilib. Onlardan 5,6 mini şəhid ailələri Qarabağ müharibəsi əlilləridir. Bu istiqamətdə görülən işlər davamlıdır hazırda da uğurla həyata keçirilməkdədir. Bu məqsədlə 2018-ci ildə daha 583 mənzil fərdi evin şəhid ailələrinə verilməsi nəzərdə tutulur. Həmçinin bu ilin sonuna kimi Bakı Abşeron rayonunda 391 mənzilin satın alınaraq bu kateqoriyadan olan ailələrə verilməsi planlaşdırılır. Bu proses regionları da əhatə edir regionlarda istifadəyə veriləcək binalarda 90 mənzil, inşası başa çatdırılacaq 67 fərdi ev şəhid ailələrinə veriləcək. Qalan ilin sonunadək paylanacaq mənzil fərdi evlərin sayı isə 548-dir.

Şəhid ailələri dövlətin diqqət qayğısını yüksək qiymətləndirirlər

Məlumdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqındaAzərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 aprel tarixli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub. Artıq noyabrın 14-dən birdəfəlik ödəmənin verilməsi prosesi qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla şəffaflıq tam təmin edilməklə həyata keçirilir. Bu günə qədər vərəsələrin sənədlərinə baxılaraq onlardan 1223 şəhid hərbi qulluqçu üzrə 1509 vərəsəyə həmin ödəmənin verilməsi barədə qərar qəbul olunub onlara müvafiq vəsaitlərin ödənişi prosesi davam edir. Ümumilikdə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu məqsədlə 2018-ci il üçün 58 milyon manat, gələn il üçün isə 50 milyon manat vəsait ayrılıb.

Qeyd edək ki, şəhid ailələri dövlətin diqqət qayğısını yüksək qiymətləndirirlər. Bizimlə söhbətində şəhid ailələrinin vərəsələri onlara dövlət başçısının müvafiq Fərmanına əsasən birdəfəlik ödəmələrin verilməsindən razılıqlarını bildirirlər.

Şəhid hərbi qulluqçu Aydın Fərəməz oğlu Əhmədovun atası Fərəməz Əhmədov deyib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizə göstərilən diqqət qayğı çox yüksək qiymətə layiqdir:Oğlum Aydın Azərbaycanın çətin dövrlərində vətən torpağı uğrunda döyüşlərdə həlak olub. Onun vətən qarşısında xidmətlərinə görə valideynlərinə vərəsələrinə diqqət göstərilməsi bizi qürurlandırır. Ölkəmizdə şəhid ailələrinə göstərilən davamlı diqqət qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”.

Şəhid atası Fərəməz Əhmədov şəhid hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulan on bir min manat məbləğindəki birdəfəlik ödəməni heç bir çətinlik çəkmədən aldığını bildirib: Birdəfəlik ödəmə alan vərəsələr siyahısında olduğumuzu dəqiqləşdirdikdən sonra sənədləri hazırladım müvafiq olaraq təqdim etdim. 1 ay müddət keçməmiş heç bir maneə ilə üzləşmədən həmin yardımı aldım”.

Azərbaycan Prezidenti İlham Əliyevin bu humanist siyasətini yüksək qiymətləndirən şəhid atası Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət qayğıdan razılığını ifadə edib:Prezidentimiz oğlumun vətənə göstərdiyi xidməti dəyərləndirərək şəhid ailəsi kimi bizi mənzillə təmin edib. Hazırda ailəmizlə birlikdə Prezident İlham Əliyevin verdiyi həmin evdə yaşayırıq. Biz dövlətimizdən onun rəhbərliyindən bu qayğıya diqqətə görə həddindən artıq razıyıq”.

Şəhid hərbi qulluqçu Ələddin Əbil oğlu Hüseynovun atası Əbil HüseynovYeni Azərbaycanqəzetinin müxbirinin sualına cavab olaraq bildirib ki, şəhidin ailəsi vəsaitin alınması üçün müvafiq sənədləri təqdim edərək həmin ödənişi almaq hüququnu təsdiqləyib. Bundan sonra isə ailə qısa vaxt ərzində birdəfəlik ödəməni alıb. Verilən birdəfəlik ödəmənin şəhid ailələrinin ehtiyaclarının qarşılanması üçün böyük dəstək olduğunu bildirən Ə.Hüseynov şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı addımları yüksək qiymətləndirib:Yeri gəlmişkən, şəhid olan oğluma görə dövlət başçısı bizə mənzil verib. Biz yüksək diqqət qayğıya, həyata keçirilən humanist siyasətə görə Prezident İlham Əliyevə minnətdarıq”.

QAŞQAY

Yeni Azərbaycan.- 2018.- 8 dekabr.- S.7.