Ölkə iqtisadiyyatı bu
il üçün qarşıya qoyulmuş məqsədlərə nail
olmaq əzmindədir
Milli Məclisin deputatı Tahir Mirkişili
www.yap.org.az saytına müsahibə
verib:
- Tahir müəllim, bildiyimiz kimi, noyabrın 30-da Milli Məclis tərəfindən
2019-cu ilin büdcə
zərfinə daxil olan sənədlər qəbul olundu. İlk olaraq, gələn ilin dövlət büdcəsinin üstün
cəhətləri haqqında
fikirlərinizi bilmək
istərdik...
- Başa çatmaqda olan 2018-ci ilin sosial-iqtisadi nəticələri
onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu il üçün
qarşıya qoyulmuş
məqsədlərə nail olmaq əzmindədir. Aparılmış iqtisadi
və idarəetmə
islahatları nəticəsində
ölkədə makroiqtisadi
sabitlik qorunub möhkəmlənmiş, manatın
kursu sabit olmuş və kursa olan təhlükələrin
böyük əksəriyyəti
aradan qaldırılmış,
qeyri-neft sektoru inkişaf etmiş, ixracın həcmi və strateji valyuta ehtiyatları artmış, yeni iş yerləri yaradılmışdır.
2018-ci ilin 9 ayının
nəticələrinə görə
büdcə gəlirlərinin
yığılmasının proqnozlarına artıqlaması
ilə əməl olunması iqtisadi artımın öz əksini büdcədə
də tapmasının
bir göstəricisidir. Bütün beynəlxalq
təşkilatlar (Dünya
Bankı, Beynəlxalq
Valyuta Fondu, AYİB)
2019-cu ildə Azərbaycanda
ÜDM-in artmasını proqnozlaşdırırlar.
Azərbaycan hökuməti
də 2019-cu il üçün ÜDM-in 3,6%
artmasını planlaşdırır.
Belə bir şəraitdə 2019-cu il dövlət büdcəsinin də bu iqtisadi reallığa
əsaslanması qanunauyğundur.
Manat ifadəsində
2019-cu ilin dövlət
büdcəsi Azərbaycanın
ən böyük büdcəsidir. Büdcənin həm gəlir,
həm də xərc hissəsində artım planlaşdırılır.
2019-cu ildə aparılacaq əhatəli
vergi islahatlarının
nəticələri də
büdcədə əks
olunmuşdur.
- 2019-cu ilin dövlət büdcəsi həmçinin
sosialyönümlü və
investisiyayönümlü büdcə
kimi səciyyələndirilir.
Bu barədə nə deyə bilərsiniz?
- Prezident İlham Əliyevin güclü sosial siyasəti hər zaman dövlət büdcəsində
də əksini tapıb. 2019-cu il büdcə xərclərinin
hər 100 manatından
32 manatının sosial
xərclərə, 27 manatının
isə investisiya xərcləri olması büdcənin bir tərəfdən sosial təminatı, digər tərəfdən isə iqtisadi aktivliyi dəstəkləyəcəyini deməyə imkan verir.
İnflyasiyanın səviyyəsinin 3,8%,
əhalinin real gəlirlərinin
artımının isə
5,9% proqnozlaşdırılması əhalinin maddi rifah halına müsbət təsirin olacağını deməyə
imkan verir. Təqaüd
və sosial müavinətlərin, qaçqın
və məcburi köçkünlərə sosial
dəstəyin artırılması,
sosial mənzillərin
tikintisi üçün
əlavə vəsaitin
nəzərdə tutulması
da ciddi məqamlardır.
- Gələn ilin büdcə zərfinə
daxil olan digər sənədlərin
əhəmiyyəti nədən
ibarətdir. Əvvəlki
illərlə müqayisədə
növbəti il üçün nə kimi müsbət
yeniliklər var?
- 2019-cu ilin büdcəsi ilk dəfə olaraq ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş yeni büdcə qaydalarına uyğun hazırlanıb. Bu isə
büdcənin icrasının
2019-cu ildə xarici konyunkturada baş verən dəyişikliklərdən,
xüsusən də neft qiymətlərinin dəyişməsindən az asılı olacağını deməyə
imkan verir ki, bu, çox
mühüm yenilikdir.
- Ümumiyyətlə, dövlət
büdcəsində qeyri-neft
sektorunun çəkisi
barədə də fikirlərinizi bilmək istərdik...
- 2019-cu il üçün
dövlət büdcəsi
gəlirlərinin 40,2%-i qeyri-neft
sektoru hesabına formalaşacaq. Ümumilikdə, 2019-cu ildə
ÜDM-in 61,6%-i qeyri-neft sektoruna
aid olacaq. Növbəti ildən vergi
islahatlarının aparılması
ölkədə şəffaflığı
artıracaq, qeyri-neft sektorunun daha da inkişafına səbəb
olacaqdır. Və nəticə
olaraq, dövlət büdcəsinin də qeyri-neft sektoru gəlirlərinin gələcəkdə
daha da artması hədəflənir.
- Yeri gəlmişkən, hazırda ölkə iqtisadiyyatında qeyri-neft sektorunun artım perspektivlərini necə dəyərləndirirsiniz?
- Qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə
genişmiqyaslı işlər
görülür. Həm sənaye
sahəsində, həm
aqrar sektorda, həm də xidmət sektorunda görülən işlər
bütövlükdə qeyri-neft
sektorunda artımın
daha da sürətlənməsini
şərtləndirəcək.
Qeyri-neft
sektorunun 2019-cu ildə
3,9% artım ilə proqnozlaşdırılması
görülən işlərin
nəticəsi olaraq proqnozlaşdırılıb. Ölkəmizdə qeyri-neft sektoru potensialı çox böyükdür. Beynəlxalq nəqliyyat
dəhlizlərinin Azərbaycandan
keçməsi bu potensialı reallaşdırmaq
üçün unikal
şanslar yaradıb.
Sahibkarların bu imkanlardan
daha çox yararlanması və ixracın həcminin daha da artırılması
üçün dövlət
tərəfindən intensiv
tədbirlər görülür.
Əminəm ki, növbəti
ildə biz Azərbaycan
iqtisadiyyatının daha
dinamik inkişafının
şahidi olacağıq.
Yeni Azərbaycan.-
2018.- 8 dekabr.- S.7.