Ölkəmizdə insan hüquq azadlıqları yüksək səviyyədə təmin olunub

 

Azərbaycanın bu sahədə təcrübəsi mütərəqqi nümunə kimi çıxış edir

Dekabrın 10-da BMT Baş Məclisinin İnsan hüquqları haqqında Ümumi Bəyannaməni qəbul etməsindən 70 il ötür. İrqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların ləyaqət bərabərliyini təmin edən bu Bəyannamə ümumbəşəri xarakterə malik olmaqla yanaşı, bir çox yeni müstəqil dövlətlərin konstitusiyaları, eləcə qanunvericilik bazası üçün nümunə olmuşdur. Ümumiyyətlə, bu gün insan vətəndaş hüquq azadlıqlarının təmin olunması məsələsi bütün dünyada böyük aktuallığa malikdir. Xüsusilə , bu məsələ milli dövlətlərin daxili siyasət kursunda mühüm yer tutur. Əlbəttə, dünyada insan hüquq azadlıqlarının təmin olunması ilə bağlı çoxsaylı problemlər mövcuddur. Bir çox ölkələrdə bütövlükdə müxtəlif regionlarda insan hüquqlarının pozulması faktlarına, eləcə bu məsələ ilə bağlı bir sıra arzuolunmaz hallara rast gəlinir. Bu sahədə müasir müstəqil Azərbaycanın təcrübəsi isə müsbət mütərəqqi nümunə kimi çıxış edir.

Ümumiyyətlə, Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi siyasi islahatlar paralel şəkildə aparılır bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Bütövlükdə, demokratik dəyərlər təsisatların təşəkkül tapdığı müasir hüquqi dövlət olan Azərbaycanda daxili siyasət kursunun mühüm istiqamətlərindən birini insan vətəndaş hüquq azadlıqlarının təmin müdafiə edilməsi təşkil edir.

Ölkəmizdə insan hüquq azadlıqlarının qorunması, hüquqi dövlət vətəndaş cəmiyyətinin təşəkkülü, inkişafı yönündə əldə olunan nailiyyətlər birmənalı şəkildə Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir. Belə ki, ölkəmizdə 1993-cü ildən indiyə kimi insan hüquq azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyası özündə ən mütərəqqi müddəaları əks etdirməklə yanaşı, ölkədə demokratik, hüquqi islahatların həyata keçirilməsində normativ-hüquqi baza olub. Bununla yanaşı, çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq azadlıqlarının təmin olunması uğurla həyata keçirilib, qanunvericilik mütəmadi olaraq təkmilləşdirilib. Digər tərəfdən, Azərbaycan Respublikası Şərqdə ölüm hökmünü ləğv edən ilk dövlətdir. Belə ki, Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışının ardından ölüm cəzasının icrasına moratorium qoyulub, sonra isə 1998-ci il 10 fevral tarixli qanunla bu cəza növü Şərqdə ilk olaraq Azərbaycanda ləğv olunub. Eyni zamanda, 1998-ci il iyunun 18-də Ulu öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən demokratik inkişaf siyasəti, insan vətəndaş hüquq azadlıqlarının təmin müdafiə olunmasına yönəlmiş sistemli fəaliyyət müasir dövrün çağırışlarına, eləcə milli maraqlarımıza cavab verir. Bu sahədə Milli Fəaliyyət Proqramının qəbul edilməsi isə xüsusilə qeyd edilməlidir. Proqramın hazırlanması zamanı bir sıra ölkələrin, eləcə BMT-nin təcrübəsindən istifadə olunub. Bu proqramı səciyyələndirən əsas xüsusiyyətlərdən biri sənədin vətəndaş cəmiyyəti ilə birlikdə icra olunması məsələsidir. Təqdirəlayiq haldır ki, ötən dövrdə proqram uğurla həyata keçirilməkdədir. Ümumiyyətlə, ölkəmizdə insan hüquqlarının müdafiəsinə dair mühüm sənədlər qəbul edilib. Həmin sənədlərdə Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, normativ-hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi digər məsələlər əks olunub. Bununla yanaşı, yuxarıda da qeyd etdiyimiz kimi, ölkəmizdə insan hüquqları Konstitusiya çərçivəsində qorunur Əsas Qanunun üçdə iki hissəsi məhz insan hüquqlarına həsr edilib. Ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə bu faktor daim prioritet olub. Bu kontekstdə son olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna edilən dəyişikliklərdə insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilib. Ümumxalq səsverməsi nəticəsində Konstitusiyaya edilən əlavə dəyişikliklərin əsas məqsədi insan hüquq azadlıqlarının yeni müdafiə mexanizmlərini müəyyənləşdirmək olub. Bu dəyişikliklərin əksəriyyəti, 15 maddəyə olmaqla, Konstitusiyanın İnsan vətəndaş hüquqları azadlıqları ilə bağlı olan fəslinə edilib. Bu, ümumi dəyişikliklərin təqribən 60 faizdən artıq hissəsidir.

Bütövlükdə isə, Azərbaycanın insan hüquq azadlıqlarının təmin olunması sahəsində həyata keçirdiyi ardıcıl, məqsədyönlü tədbirlər əldə edilən səmərəli nəticələr beynəlxalq miqyasda da təqdir olunur. Başqa sözlə, ardıcıl, məqsədyönlü davamlı islahatların həyata keçirilməsi təqdirəlayiq hal kimi qiymətləndirilir. Nəticə etibarilə, mütərəqqi inkişaf modelinə demokratik ölkə imicinə malik olan Azərbaycanda bütün azadlıqlar təmin olunub. Başqa sözlə, Azərbaycan dövləti insan hüquq azadlıqlarının etibarlı təminatçısıdır.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 8 dekabr.- S.5.