Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin
banisidir
Müasir müstəqil Azərbaycan
dövlətinin memarı
və qurucusu, milli həmrəylik və bütövlüyü
təmin edən azərbaycançılıq ideologiyasının
banisi, xalqımızın
və dövlətimizin
xilaskarı, Ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı
tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm
də müstəqillik
illərində ölkəmizə
rəhbərliyi dövründə
xalqın rifah halının daha da yaxşılaşdırılması,
respublikamızın tərəqqisinin
təmin olunması və digər istiqamətlərdə tarixi
əhəmiyyətə
malik olan misilsiz işlər görülüb. Başqa
sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı
tarixi xidmətləri
Onun fəaliyyətinin
bütün mərhələlərini
əhatə edir.
Yeni Azərbaycan Partiyası
(YAP) İdarə Heyətinin
üzvü, Milli Məclisin komitə sədri Arif Rəhimzadə qeyd edib ki, 15 ildir
ki, Ulu öndər
Heydər Əliyev cismən bizimlə olmasa da, Onun
ideyaları yaşayır
və hər zaman yaşayacaq: “Çünki bugünkü
və gələcək
inkişafımız Heydər
Əliyevin qurduğu bünövrə üzərində
ucalıb. Azərbaycanın
böyük oğlu Heydər Əliyevin parlaq şəxsiyyəti və misilsiz xidmətləri qədirbilən
xalqımızın xatirəsində
əbədi yaşayacaq”.
YAP İdarə
Heyətinin üzvü
əlavə edib ki, Ulu öndər
Heydər Əliyevin iki dəfə respublikanın rəhbəri
olduğu 30 ildən artıq bir dövr Azərbaycanın çoxəsrlik tarixində,
dövlətçiliyimizin və xalqımızın
mənlik şüurunun
formalaşmasında tarixi
bir mərhələ təşkil edib: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş
nöqtəsinə, çiçəklənmə,
cəmiyyətdə yeni
dünyabaxışının formalaşması, insanların
öz qüvvə və imkanlarını dərk etməsi dövrünə çevrilib.
Ulu öndər Heydər Əliyevin
1993-cü ildə xalqın
təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıdışı
ilə, ilk növbədə, Azərbaycan
məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, çox böyük nüfuzu və insanları Öz arxasınca aparmaq bacarığı sayəsində
Azərbaycanın başının
üstünü almış
təhlükələr aradan
qaldırıldı, Azərbaycan
inkişaf yoluna çıxdı”.
“Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. 2003-cü ildə cənab İlham Əliyev Azərbaycan Prezidenti seçildikdən sonra ölkənin inkişafında
yeni mərhələ
başlandı. Bu gün ölkəmiz dünyada böyük nüfuz sahibidir, Azərbaycan heç kimdən asılı olmadan müstəqil
siyasət həyata keçirir. Bu gün dövlətimizin
təhlükəsizliyi tam
təmin olunub, müstəqilliyimiz qorunur,
Azərbaycan bütün
sahələrdə, o cümlədən
dünya birliyinin layiqli üzvü kimi beynəlxalq müstəvidə möhtəşəm
uğurlar qazanır”,
- deyə A.Rəhimzadə
vurğulayıb.
Yeni Azərbaycan
Partiyasının (YAP) İdarə
Heyətinin üzvü,
Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib ki, Ümummilli
lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında
xidmətləri misilsizdir.
Onun sözlərinə
görə, müasir
müstəqil Azərbaycan
Ümummilli lider Heydər Əliyevin şah əsəridir: “Ulu öndər
Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin
və onun üzvlərinin mənafeyinə
xidmət edib, Azərbaycan dövlətinin
və xalqının xoşbəxt gələcəyi
uğrunda fədakarlıqla
çalışıb. Başqa sözlə, Ulu öndərimiz müstəqilliyimizin möhkəmləndirilməsi,
dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması
üçün tarixi
işlər görüb”.
“14 iyul 1969-cu il tarixində Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək
respublikanın rəhbəri
olması respublikamızın
tarixində dönüş
nöqtəsi idi. Yəni həmin tarixdən başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək
tərəqqisinin əsası
oldu. 1993-cü ildə
isə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət
nəticəsində
ölkəmizdə sabitlik
təmin edildi, inkişaf və yüksəlişin əsası
qoyuldu. Respublikamızın
beynəlxalq mövqeyi
möhkəmləndi”, - deyə
E.İbrahimov əlavə
edib.
YAP İdarə
Heyətinin üzvü
vurğulayıb ki, əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulan siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsinin nəticəsi
olaraq respublikamızın
hərtərəfli inkişafı
təmin edilib: “Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət
Azərbaycan dövlətinin
qüdrətinin daha da artmasını təmin edib, ölkəmiz bütün
sahələrdə möhtəşəm
uğurlar əldə
edib”.
AMEA-nın vitse-prezidenti,
Milli Məclisin komitə sədri, akademik İsa Həbibbəyli deyib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanın
dövlət müstəqilliyinin,
bütövlükdə yeni
Azərbaycanın qüdrətli
yaradıcısı və
böyük qurucusudur:
“Ulu öndər
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən
böyük xidmətlərindən
biri hələ Sovet dövründə hakimiyyətdə olduğu
zaman milli dövlətçilik təfəkkürünü
yaratmasından və milli ideologiyanın əsaslarını formalaşdırmasından
ibarətdir. Ulu öndərin digər bir misilsiz xidməti
isə müstəqil
Azərbaycanın təməlini
qoymasıdır. Dahi şəxsiyyət Azərbaycanı
təhlükələrdən xilas etməklə yanaşı, müstəqilliyimizin
əbədiliyini təmin
etdi”.
“Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində ilk dəfə olaraq Azərbaycançılıq ideyasını
dövlətin siyasi ideologiyası səviyyəsinə
yüksəldib. Azərbaycan
və Azərbaycançılıq
anlayışları qədim
tarixə malik olsalar da, uzun
əsrlər boyu yalnız coğrafi yer adı kimi
işlədilib, son yüzillikdə həm də milli ideya
olaraq formalaşıb.
Azərbaycançılığın dövlət siyasətində
milli ideologiyaya çevrilməsi Ümummilli
liderimiz Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı
böyük tarixi xidmətlərindən biridir”,
- deyə İ.Həbibbəyli
əlavə edib.
İ.Həbibbəyli bildirib ki, Ulu
öndər Heydər
Əliyevin əsasını
qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
müvəffəqiyyətlə davam etdirilir: “Ulu öndərin böyük ideyaları ardıcıllıqla və
uğurla həyata keçirilir. Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev müstəqil Azərbaycanı
böyük sürətlə
inkişaf etdirərək
yeni sabahlara doğru aparır. Azərbaycan beynəlxalq aləmdə də yüksək nüfuza malik olan qüdrətli
dövlət kimi tanınır”.
Milli Məclisin
deputatı, akademik Nizami Cəfərov isə bildirib ki, Azərbaycan xalqı üçün misilsiz xidmətlər göstərən Ümummilli
lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın
qurucusudur: “Zaman keçdikcə biz Ümummilli liderimizin fəaliyyətinin məntiqini,
mahiyyətini daha yaxşı dərk etməyə başlayırıq.
Heydər Əliyev heç bir işini yarımçıq
qoymurdu. O, hansı işə başlayırdısa,
yüz ölçüb
bir biçib, tələsmədən və
gecikmədən həyata
keçirirdi. Bu, ən müxtəlif sahələrə aid olan məsələlərdə
- hərc-mərcliyin aradan
qaldırılmasından başlanmış
təsərrüfat həyatının
qaydaya salınmasına
qədər özünü
göstərdi. Bu ancaq böyük dövlət adamlarına aid xüsusiyyətdir. Müasir müstəqil Azərbaycan dövlətinin
yaranması, ölkəmizin
müstəqilliyinin möhkəmlənməsi
Heydər Əliyevin uzaqgörən fəaliyyətinin,
mübarizəsinin, cəsarətinin
və böyük siyasi iradəsinin nəticəsidir”.
“Ümummilli liderin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasətin
nəticəsi kimi, Azərbaycan sürətli
və yüksək inkişaf yoluna qədəm qoyub, qazanılan nailiyyətlər
bütün sferaları
əhatə edir. Təbii ki, bütün bu nailiyyətlər və bundan sonrakı dövrlərdə qazanacağımız
uğurlar Ulu öndər Heydər Əliyevin qoymuş olduğu möhkəm bünövrəyə söykənir.
Müstəqil Azərbaycan
Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Heydər Əliyevin parlaq ideyaları həmişə bu inkişaf və tərəqqinin önündə
gedəcək”, - deyə
N.Cəfərov əlavə
edib.
N.QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2018.- 8 dekabr.-S.4.