Ukraynada Ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
Ümummilli lider
Heydər Əliyevin anım günü ilə əlaqədar Kiyevdə “Heydər Əliyev və Azərbaycan diasporu” mövzusunda konfrans keçirilib. Komitədən qəzetimizə verilən
məlumata görə,
Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı
ilə keçirilən
konfransda Dövlət
Komitəsinin, Azərbaycanın
Ukraynadakı səfirliyinin
nümayəndələri, bu ölkədə fəaliyyət göstərən
diaspor təşkilatlarının
təmsilçiləri
iştirak ediblər. İştirakçılar əvvəlcə
Heydər Əliyev adına parkda Ulu öndərin heykəli önünə
tər çiçəklər
düzüb, Ümummilli
liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin
aparat rəhbəri Daşqın Rəcəbli
Azərbaycanla Ukrayna arasında iqtisadi, siyasi, elmi və
mədəni əlaqələrin
möhkəm əsaslar
üzərində qurulmasında
Ümummilli lider Heydər Əliyevin misilsiz rolu olduğunu
vurğulayıb. O, Ulu
öndərin keçdiyi
tarixi yoldan danışıb. Bildirib ki,
o dövrlər hakimiyyət
uğrunda mübarizə
getdiyi bir zamanda xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələn
Heydər Əliyev Azərbaycanı böyük
bəlalardan qurtarıb.
Ömrünün son gününə qədər
dövlətçiliyin inkişafında
əməyini əsirgəməyib. Azərbaycanda diaspor quruculuğunda
Heydər Əliyevin misilsiz xidmətlərinə
toxunan D.Rəcəbli
qeyd edib ki, Ulu öndər
bütün xarici ölkələrə səfəri
zamanı mütləq
diaspor təşkilatları
ilə görüşüb
müzakirələr aparardı.
Məhz Onun səyləri nəticəsində
dünyada güclü
Azərbaycan diasporu formalaşıb.
Sonra Heydər
Əliyev Fondu tərəfindən hazırlanan
“Böyük ömrün
anları” adlı film nümayiş etdirilib.
Daha sonra
çıxış edən
diaspor rəhbərləri
Ümummilli lider Heydər Əliyevin Azərbaycan diasporunun inkişafında əvəzsiz
rolundan danışıblar.
Qeyd edək
ki, konfrans çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Ulu öndərin
həyat və yaradıcılığına həsr
olunan sərgi də nümayiş etdirilib.
MÜŞFİQƏ
Yeni Azərbaycan.-
2018.- 12 dekabr.- S.10.