Naxçıvanda
Ümummilli liderimiz Heydər
Əliyevin xatirəsi
yad edilib
Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan
şəhərindəki abidəsi
önünə tər
gül dəstəsi qoyub, xalqımızın böyük oğlunun xatirəsinə ehtiramını
bildirib.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidmətindən
AZƏRTAC-a bildirilib ki,
Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan
Şəhər İcra
Hakimiyyətinin, nazirlik,
komitə, şirkət
və baş idarələrin, müəssisə
və təşkilatların
kollektivləri, ali və orta ixtisas
məktəblərinin müəllim
və tələbələri,
hərbi hissələrin
və ictimaiyyətin nümayəndələri, minlərlə
insan Ulu öndərin abidəsi önünə gələrək
əziz xatirəsini yad ediblər.
Ümummilli liderimiz Heydər
Əliyevin zəngin siyasi irsi və
dövlətçilik fəaliyyəti
müstəqil Azərbaycanın
dünəni, bugünü
və gələcəyidir.
1969-cu il iyulun 14-də
Ulu öndərimizin ölkəmizə rəhbər
seçilməsi Azərbaycanın
müstəqillik tarixinin
və uğurlu inkişafının əsasını
qoydu. 1969-1982-ci illərdə
Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda böyük
iqtisadi tədbirlər
reallaşdırılıb, istehsal müəssisələri,
zavodlar, fabriklər tikilib, təhsil, səhiyyə, mədəniyyət
ocaqları fəaliyyətə
başlayıb, xalqımızın
tarixi yaddaşı bərpa edilib. İkinci dəfə qazandığımız dövlət
müstəqilliyinin əsasında
da Ulu öndərin
ötən əsrin
70-80-ci illərdə yaratdığı
möhkəm təməl,
güclü intellektual
və iqtisadi potensial, milli ruh dayanırdı.
Heydər Əliyev
şəxsiyyəti, Heydər
Əliyev dühası
müstəqil Azərbaycanın
uğurlu inkişafının
təməlində dayanan
əsas amildir. Vətənin ağır bəlalardan xilasını
özünün tarixi
missiyası kimi qəbul edən Ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən
sonrakı mərhələsi
şərəfli xilaskarlıq
və quruculuq missiyasına həsr edilib. Bu missiyanın
öz başlanğıcını
götürdüyü məkan
isə Azərbaycanın
Naxçıvan Muxtar
Respublikasıdır. Ulu öndər
Naxçıvanda yaşayıb
fəaliyyət göstərdiyi
1990-1993-cü illərdə Azərbaycan xalqının
azadlıq və müstəqilliyi üçün
çalışıb, müstəqil
dövlətçilik ənənələrinin
formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən
siyasəti sayəsində
muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan
Xalq Cümhuriyyətinin
üçrəngli bayrağı
dövlət bayrağı
kimi qəbul edilib, qədim Naxçıvan torpağı
erməni təcavüzündən
qorunub. Dahi rəhbərin o çətin
dövrdə Naxçıvanda
həyata keçirdiyi
tədbirlər müstəqil
dövlətçiliyimizin bünövrəsini qoyub.
Xalqın Ulu öndər
Heydər Əliyevə
olan böyük inamı və təkidli tələbi ilə 1993-cü il iyunun 15-də dahi rəhbər ölkəmizdə
yenidən siyasi hakimiyyətə qayıtdı.
Bu qayıdış Milli Qurtuluş Günü kimi tarixə düşdü.
Ümummilli liderin şəxsiyyəti, Onun özünəməxsus siyasi
idarəetmə qabiliyyəti, qətiyyəti,
uzaqgörənliyi ölkəmizdəki
böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları
ətrafında birləşdi.
Azərbaycanda vətəndaş
qarşıdurmasına birdəfəlik
son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən,
sosial-iqtisadi böhrandan
xilas oldu. Müstəqil, demokratik, hüquqi
və dünyəvi dövlətçilik yoluna
qədəm qoyan Azərbaycanın qarşısında
duran problemlər həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi,
elmi və mədəni həyatda əsaslı dönüş
başlandı, xalqımızın
həmrəyliyi, milli
birliyi təmin edildi, Azərbaycanın dünya
birliyinə inteqrasiyası
başlandı.
Ulu öndər
Heydər Əliyevin ömür yoluna nəzər salsaq aydın olar ki, bu ömür
yalnız bir məqsədə xidmət
edib: o da müstəqil və qüdrətli Azərbaycandır.
Ona görə də Ümummilli liderimizin ölkəmizə
rəhbərlik etdiyi illər tariximizə milli intibah, milli tərəqqi, milli oyanış və müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Bu gün
xalqımız əmindir
ki, Ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu uğurla davam etdirən Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev nəinki regionda, bütövlükdə dünyada
qəbul edilmiş siyasətçi kimi Azərbaycanı inamla daha xoşbəxt gələcəyə aparır.
Dövlət başçısının
da dediyi kimi: “Azərbaycan Heydər Əliyev siyasətini zənginləşdirir,
müasir dövrün
çağırışlarını nəzərə alaraq bu dövrə uyğunlaşdırır, ancaq
ümumi siyasi xətdən kənara çıxmır. Bizim siyasi xəttimiz müstəqilliyin möhkəmlənməsidir...
Biz daha da güclü olmalıyıq və bu yolla gedirik.
Bu yol Heydər
Əliyev yoludur. Biz Onun siyasətinə
sadiqik”.
Bu gün
Naxçıvan Muxtar
Respublikası da əsl inkişaf və tərəqqi dövrünü yaşayır.
Bu tərəqqiyə
Ümummilli liderimizin müəllifi olduğu inkişaf strategiyasının
uğurla davam etdirilməsi və Heydər Əliyev siyasi xəttinə sədaqət nəticəsində
nail olunub. Son illər muxtar respublikada quruculuq işləri geniş vüsət alıb, dinamik iqtisadi inkişaf əldə olunub, infrastruktur yenilənib, sosial proqramlar qəbul edilərək icra olunub, enerji
və ərzaq təhlükəsizliyi təmin
edilib, etibarlı müdafiə sistemi yaradılıb.
İnkişaf, milli birlik və
həmrəylik, güclü
dövlət və müstəqillik Ümummilli
liderimizin siyasi fəaliyyətinin əsas
qayəsini təşkil
edirdi. Zaman keçdikcə, illər ötdükcə Heydər
Əliyev şəxsiyyətinin
böyüklüyünü daha dərindən dərk edirik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət
yaşayacaq, özü
ilə birlikdə Azərbaycan xalqını
da yaşadacaqdır. Bu gün heç
kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər
Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının
deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını
və inkişaf perspektivlərini müəyyənləşdirir”.
Müdriklər deyir ki, “Vətənə
və xalqa həsr olunmuş ömür bitmir”. Ümummilli liderimiz də deyirdi ki: “Nə qədər
ki Azərbaycan var, mən də
varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Heydər Əliyev Muzeyinə gələrək Ümummilli
lider Heydər Əliyevin həyatını
və çoxşaxəli
dövlətçilik fəaliyyətini
əks etdirən eksponatlara baxıb.
Həmin gün
muxtar respublikanın bütün rayon mərkəzlərində də
Ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Yeni Azərbaycan.-
2018.- 13 dekabr.- S.5.