Etibar Nəcəfov: Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir

 

Etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi həyata keçirilmədikdə ya düzgün aparılmadıqda cəmiyyətin inkişafının ayrı-ayrı sahələrində ciddi problemlər, hətta münaqişələr yaranır. Bu səbəbdən etnik-mədəni müxtəlifliklərin düzgün tənzimlənməsi çoxmədəniyyətli dövlət üçün böyük praktiki əhəmiyyət kəsb edir. Müasir dövrdə multikulturalizm siyasəti bir sıra Qərb ölkələrində iflasa uğrayarkən Azərbaycan Respublikası bu siyasət vasitəsilə cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin tənzimlənməsi sahəsində böyük nailiyyətlər qazanıb. Buna misal kimi, ölkəmizdə etnik, dini irqi zəmində heç bir qarşıdurmanın, münaqişənin olmamasını göstərmək olar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər dekabrın 13-də Quba şəhərindəMüasir dövrdə Azərbaycan Respublikasında etno-siyasi dini durummövzusunda keçirilən zona müşavirəsində səsləndirilib.

Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən Xızı rayon icra hakimiyyəti başçılarının müavinləri - dini işlər üzrə komissiya sədrləri, dini qurumlarla işin təşkilatçıları, hüquq-mühafizə orqanlarının, Mədəniyyət, Təhsil, Gənclər İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli qurumlarının rəhbərləri, bələdiyyə sədrləri, ziyalılar din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində keçirilən zona müşavirəsində Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, rayondakı dini durum haqqında məlumat verib.

Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd dövlətimizin multikulturalizm dövlət-din münasibətləri sahəsində əldə etdiyi nailiyyətləri bölgə ictimaiyyətinin diqqətinə çatdırmaq, həmçinin bölgədə etno-siyasi dini durumla bağlı mövcud vəziyyəti yerində öyrənmək, sözügedən sahədə dövlət qurumları arasında koordinasiyanı gücləndirmək, bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin, eyni zamanda, Prezident Administrasiyasında təsdiq edilmiş fəaliyyət planlarının icra vəziyyəti ilə tanış olmaqdır.

Müşavirədə məruzə ilə çıxış edən Azərbaycan Respublikası Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklər əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müasir dövrdə Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi multikulturalizm siyasəti vasitəsilə tənzimlənir. Azərbaycan multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir ölkələrdəndir. Multikulturalizm etnik, irqi, dini mədəni müxtəlifliklərin tənzimlənməsinə yönələn bir siyasət kimi assimilyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərlərinin ləğv edilməsinin qarşısını almaqla, bu dəyərləri qorumağa çalışır. Həmçinin izolyasiya siyasətindən fərqli olaraq, milli azlıqların etnik-mədəni dəyərləri ilə titul etnosun etnik-mədəni dəyərlərinin bir-birinə qarşılıqlı təsir etmələri üçün lazımi şərait yaradır. Eləcə milli azlıqların yaşadıqları cəmiyyətə inteqrasiyası üçün əlverişli imkan təklif edir.

Diqqətə çatdırılıb ki, tarixən Azərbaycanda məskunlaşmış milli azlıqlar etnik, dini mədəni mənsubiyyətlərinə, etnik-mədəni dəyərlərinə görə burada əhalinin çoxluğunu təşkil edən Azərbaycan türkləri tərəfindən təqib olunmayıb birgə əmin-amanlıq şəraitində yaşayıblar. Azərbaycanda multikultural mühit ölkənin müstəqil olduğu zamanda daha da güclənib.

Etibar Nəcəfov məruzəsində qeyd edib ki, ölkəmizin xarici siyasətinin əsas istiqamətlərindən biri dünyada mədəniyyətlərarası sivilizasiyalararası dialoqun təşviq olunmasıdır. Bu istiqamətdə ölkəmiz böyük uğurlara imza atıb. Belə uğurlardan biri kimi son dövrdə siyasi leksikona daxil olmuşBakı prosesi”ni qeyd etmək olar. Bu il on illiyini qeyd etdiyimiz qlobal hərəkata çevrilmişBakı prosesimüxtəlif mədəniyyətlər arasında dialoqun inkişaf etdirilməsini nəzərdə tutan təşəbbüsdür. Prezident İlham Əliyev tərəfindən ilk dəfə irəli sürülən Azərbaycan multikulturalizminin beynəlxalq münasibətlər sistemində təzahürü olan bu təşəbbüs çərçivəsində ölkəmizdə mədəniyyətlərarası sivilizasiyalararası dialoqun inkişafına xidmət edən bir sıra nüfuzlu beynəlxalq tədbirlər keçirilib. “Bakı prosesiçərçivəsində paytaxtımızda Dünya mədəniyyətlərarası dialoq forumları, Bakı Beynəlxalq Humanitar forumları, Dünya Dini Liderlərinin Sammiti, eləcə Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu təşkil olunub.

Unutmaq olmaz ki, din ideoloji sahədə ən həssas incə mahiyyətə sahibdir. Ondan siyasi, qrup, şəxsi maraqlar naminə istifadə edən, yaxud din pərdəsi altında müxtəlif destruktiv fəaliyyətlərə yönələn bunun nəticəsində digər vətəndaşların hüquqlarını pozan, bir sözlə, insanların saf duyğularından istifadə edib öz məkrli məqsədlərini həyata keçirmək istəyənlər az deyil”, - deyə Etibar Nəcəfov bildirib.

Müşavirədə digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycanda dövlət-din münasibətləri möhkəm təməllər üzərində qurulub. Ölkəmizdə dindarlara daim dövlət tərəfindən diqqət qayğı göstərilir. Görülən bu işləri dindarlar yüksək qiymətləndirir, Azərbaycan hökumətinin həyata keçirdiyi tolerant multikultural siyasəti dəstəkləyirlər.

Vurğulanıb ki, Azərbaycan Respublikasında dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının təmin olunması sahəsində böyük işlər görür. Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır, həmçinin ölkədəki ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı həmişə qətiyyətlə alınıb gələcəkdə alınacaqdır.

Müşavirədə dövlət-din münasibətləri istiqamətində görülən işlərdən danışılıb, Azərbaycanda mövcud olan etno-siyasi dini durumun dünyaya nümunə olduğu bildirilib.

Yeni Azərbaycan.- 2018.- 14 dekabr.- S.5.