Gennadi Şmal: Heydər Əliyev bilikli, istedadlı insan idi, ən başlıcası, Onun xarakteri vardı

 

Rusiya Neft-Qaz Sənayeçiləri İttifaqının prezidenti Gennadi Şmal Qərbi Sibirdə neft-qaz kompleksini yaradanlardan biri olub. O, bir sıra məsul vəzifələrdə işləyib, o cümlədən Tümen Vilayət Komsomol Komitəsinin birinci katibi, Sov.İKP Tümen Vilayət Komitəsinin birinci katibi, SSRİ neft qaz sənayesi müəssisələri tikintisi nazirinin birinci müavini, “Rosnefteqazstroy”un Direktorlar Şurasının sədri olub.

Gennadi Şmal AZƏRTAC-ın müxbiri ilə söhbətində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevlə, əfsanəvi geoloq Fərman Salmanovla keçmiş SSRİ qaz sənayesi naziri Sabit Orucovla birgə işlədiyi illərlə bağlı xatirələrini bölüşüb.

SSRİ- idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək adam yox idi

SSRİ- idarəçilik baxımından Heydər Əliyevlə müqayisə edilə biləcək adam yox idi. Onun keçirdiyi müşavirələrdə mən dəfələrlə olmuşam. O vaxt hökumətin tərkibində operativ məsələlər üzrə komissiya vardı. Əslində, Heydər Əliyevin rəhbərlik etdiyi bu komissiya bütün ölkə iqtisadiyyatını idarə edirdi. Hökumətin başçısı siyasi məsələlərlə məşğul idi, cari məsələlər isə Heydər Əliyevin üzərinə düşürdü. O vaxt cari məsələlər indikindən çox idi, çünki ölkə böyük idi. Lakin Heydər Əliyev bütün məsələlərin öhdəsindən bacarıqla gəlirdi. O, əvvələn, bilikli, ikincisi - istedadlı insan idi ən başlıcası, Onun xarakteri vardı. Bu amillər Heydər Əliyev səviyyəli insan üçün çox vacib idi. Onu həmişə diqqətlə dinləyir, eşidir dediklərinə əməl edirdilər. O mürəkkəb dövrdə Heydər Əliyev Sovet İttifaqı üçün çox görüb. Bizim fikrimizcə, Onun vəzifədən azad olunması çox böyük ədalətsizlik idi. Heydər Əliyev Sovet İttifaqı tarixində böyük iz qoyub.

Fərman Salmanov ömrünün sonuna qədər Azərbaycan mentalitetini qoruyub saxladı

Fərman Salmanov institutu bitirəndən, demək olar ki, dərhal sonra Rusiyaya gəlib ömrü boyu Rusiyada yaşayıb. Buna baxmayaraq, o, Azərbaycan mentalitetini qoruyub saxladı. Bu, hər şeydə ifadə olunurdu - insanlara, dostlarına münasibətində , dünya görüşünün genişliyində . Bir epizod xatirimdədir. Komsomolsk-Amur şəhərinin 35 illiyi qeyd edilirdi. Bu münasibətlə böyük bir toplantı keçirildi, Uzaq Şərqi tikənlər ölkənin bütün guşələrindən həmin toplantıya gəldi. Tümen nümayəndə heyətinə mən, Fərman Salmanov, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, geoloq İvan Nesterov daha bir neçə nəfər daxil idi. Bizim nümayəndə heyəti adından çıxış etmək üçün Fərmanı seçdik. Hər halda o, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatı laureatı idi... Amma ömrünün sonuna qədər rus dilində danışanda Azərbaycan ləhcəsi hiss olunurdu. Mən həmin tədbirin Rəyasət heyətində əyləşmişdim. Zaldan bizə belə bir qısa məktub göndərdilər: “Xahiş edirik, gələn dəfə Tümen nümayəndəsi çıxış edəndə tərcüməçi dəvət edin”.

Fərman idmanı çox sevirdi, insanlara çox qayğı ilə yanaşırdı. Hətta tayqada ekspedisiyada olarkən orada istixana düzəltmişdi, pomidor, xiyar yetişdirirdi. Ümumiyyətlə, o, əsl sovet tipli yaxşı rəhbər idi. Təəssüf ki, Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanlar azdır. Bu cür insanlarla həyat daha maraqlı olar.

Mən Tümen Vilayət Komsomol Komitəsinin birinci katibi vəzifəsində işləyən dövrdə İngiltərədə futbol üzrə dünya çempionatı keçirilirdi. Bizə bir putyovka vermişdilər. Biz həmin putyovkanı Fərman Salmanova verdik. Fərman Salmanov çempionatda olduğu dövrdə ona Sosialist Əməyi Qəhrəmanı adı verildi. SSRİ-nin Böyük Britaniyadakı səfirliyində onu təbrik etdilər. Onun ömrünün sonuna qədər biz çox yaxın münasibətdə olmuşuq. Hətta onun 70 illiyinə həsr edilmiş təntənəli gecəni mən idarə edirdim.

Yataqlar barədə xüsusi duyumu vardı

Fərman Salmanov Surqut üçün çox görüb. O vaxt biz fəal gənclər idik. Yataqlar barədə xüsusi duyumu vardı. İnstitutu bitirəndən sonra Kuzbasda işləyirdi. O vaxt Kuzbas yetərincə abadlaşdırılmışdı. Oradan naməlum Surquta getməyə hər kəsin hünəri çatmazdı. Amma Fərman Salmanov belə bir qərar qəbul etdi uduzmadı, əksinə, qazandı. Qərbi Sibirdə ilk neft Tümendə, Uray şəhərindəkiŞaimyatağında tapıldı. Hamı hesab edirdi ki, əsas qüvvə vəsaitləri oraya yönəltmək lazımdır. Amma Fərman bu fikirdə idi ki, böyük neft Ob çayı sahillərində tapılacaq. YalnızUst-Balıkyatağı, daha sonraMegionyatağıkəşf ediləndən sonra məlum oldu ki, o haqlı imiş. Burada yataqların həcmi tamam başqa idi. Şaimyatağında ehtiyatların üç milyard tona bərabər olması güman edilir. Belə yataqlar çox idi. Fərman yüzə yaxın yataq kəşf edib. Urenqoy, YANQO, Bovanenkov yataqları, Yamal yarımadasındakı ən iri yatağın ehtiyatları hazırda istifadəyə verilib qaz hasilatını lazımi səviyyədə saxlamaq üçün əsas mənbə bu yataqlardır.

Surqutda Fərman Salmanovu çox sevir, ona çox hörmət edirlər

SurqutdaFərman Salmanovun eviadlı memorial kompleks var. Buradakı yataqları kəşf etmiş geoloqların xatirəsinə ucaldılmış bu kompleks 2007-ci ildə geoloq-kəşfiyyatçıların ilk desantının Surqut torpağına enməsinin 50 illik bayramı şərəfinə ucaldılmış bu kompleksin mərkəzi Fərman Qurban oğlunun evidir. Sibir neftini birinci olaraq kəşf etmiş Fərman Salmanovun o vaxt yaşadığı ev öz tarixi məkanında qorunub saxlanıb. 1957-1961-ci illərdə, yəni Yuqor torpağında neft fontanlarından əvvəlki dövrdə Fərman Salmanov bu evdə yaşayıb.

Xantı-Mansiysk Salexard şəhərlərində Fərman Salmanova abidələr ucaldılıb. Surqutda onun adını daşıyan küçə gimnaziya var. Bundan əlavə, bir neft yatağına, bir teploxoda YUTeyrhava xətlərinin bir təyyarəsinə Fərman Salmanovun adı verilib. Təsadüfi deyil ki, iki aeroport onun adını daşımağa iddia edirdi.

Sabit Orucov çox yüksək səviyyəli peşəkar idi

Sabit Orucovla yaxından tanış idim. Qəribə adam idi. Bir neçə il bundan əvvəl biz onun 100 illiyi münasibətilə böyük konfrans keçirdik, ona həsr olunmuş kitab nəşr etdik. O, neftçi, SSRİ neft sənayesi nazirinin birinci müavini idi. Bu nazirlik iki hissəyə bölünəndən sonra Sabit Orucov qaz sənayesi naziri oldu. O, SSRİ qaz sənayesi üçün çox görüb. Onun nazir olduğu dövrdə ölkədə qaz sənayesi intensiv inkişaf edirdi, hasilatın həcmi təqribən 250 milyard kubmetr artmışdı. Sabit Atayeviç həqiqətən unikal insan idi. O, Tümenə, bizim yanımıza gələndə ezamiyyəti azı bir həftə davam edirdi. Bu müddətdə o, Urenqoyda, Nadımda olan yataqlara hökmən baş çəkirdi. Özü sadəcə səfər etmirdi. Hökmən müşavirələr keçirir, bütün çıxışları diqqətlə dinləyirdi. Sonra hər yüz kilometrdən bir yerləşən kompressor stansiyalarına gedir, bütün məsələlərin təfərrüatına varırdı. Neft sənayesi sahəsində böyük təcrübəsi vardı. Özü qeyri-ordinar, çox savadlı adam idi. Fərman Salmanov kimi, o da insanları yaxşı duyurdu, bu ya digər məqamda lazımi qərarlar qəbul edirdi. Həm idarəçi, həm mühəndis, texnoloq kimi çox yüksək səviyyəli peşəkar idi. Təəssüf ki, bu gün belə insanlar azdır.

Dünya Heydər Əliyev, Fərman Salmanov, Sabit Orucov kimi insanların üzərində dayanır.

Yeni Azərbaycan.- 2018.- 14 dekabr.- S.5.