Parisdə Ümummilli lider
Heydər Əliyevə
həsr olunmuş anım mərasimi keçirilib
Ölkəmizin Fransadakı səfirliyi və UNESCO yanındakı
daimi nümayəndəliyinin
birgə təşkilatçılığı
ilə Parisdəki Azərbaycan Mədəniyyət
Mərkəzində Ulu
öndər Heydər
Əliyevin əziz xatirəsi yad edilib.
AZƏRTAC xəbər
verir ki, bu münasibətlə keçirilən mərasimdə
çıxış edən
Azərbaycanın Fransadakı
səfiri Rəhman Mustafayev Ümummilli lider Heydər Əliyevin ölkəmizin
iqtisadiyyatının, sosial
həyatının və
mədəniyyətinin inkişafında
atdığı qətiyyətli
addımlardan söz açıb. O, Ulu öndərin ölkəmizin müstəqilliyi
uğrunda fəaliyyətə
hələ ötən
əsrin 70-80-ci illərindən
başladığını diqqətə çatdırıb.
Hələ sovet dövründə milli sənayemizin, elmimizin və mədəniyyətimizin
təməlini qoyduğunu
qeyd edib.
R.Mustafayev bildirib ki, əgər 1980-ci illərin
sonunda Heydər Əliyev hakimiyyətdə
olsaydı, bu gün Dağlıq Qarabağ münaqişəsi
də olmazdı.
1987-ci ildə M.Qorbaçovun
Heydər Əliyevə
qarşı tutduğu
qərəzli mövqedən
sonra erməni separatçıları və
Ermənistanın Azərbaycana
qarşı təcavüzü baş qaldırıb.
Diqqətə çatdırılıb ki, ölkəmizin sosial böhrandan iflic vəziyyətə düşdüyü, xaos,
vətəndaş müharibəsi
ilə üzləşdiyi,
xarici təcavüzə
məruz qaldığı
1993-1994-cü illərdə Heydər Əliyev şəxsiyyətinin, eləcə
də siyasi görüşlərinin böyüklüyü
aydın şəkildə
özünü
göstərib. O, ölkəmizi
belə çətin
bir vəziyyətdən
çıxarmağa nail
olub. Bu gün iqtisadi və sosial böhranlarla üzləşən
bəzi böyük dövlətlər Ulu öndərin böhranların
idarə edilməsi sahəsindəki təcrübəsindən
bəhrələnməlidir.
Diplomat qeyd
edib ki, məhz həmin çətin illərdə
Ümummilli lider müasir Azərbaycan dövlətinin müstəqilliyini
möhkəmləndirməyə, iqtisadi inkişafa, mürəkkəb geosiyasi
məkanda yerləşən
ölkəmizin sabitliyinin
bərpasına nail olub. Fəal xarici siyasəti
sayəsində Heydər
Əliyev Azərbaycanı
nüfuzlu regional aktora və Avropanın enerji təhlükəsizliyini təmin
edən ölkəyə
çevirib. Ölkəmizdə
dərin böhranın
yaşandığı 1993-1994-cü illərdə Heydər Əliyev Azərbaycanın
müstəqil dövlət
ideologiyasının təməlini qoyub. Həmçinin ölkəmiz
dünya dövlətləri
ilə balanslaşdırılmış
münasibətlər qurub.
Anım mərasimində səfir Anar Kərimov, mədəniyyət
nazirinin müavini Sevda Məmmədəliyeva,
Milli Məclisin Beynəlxalq münasibətlər
və parlamentlərarası
əlaqələr komitəsinin
sədri, Azərbaycanın
AŞPA-dakı nümayəndə
heyətinin rəhbəri
Səməd Seyidov, deputat Sabir Hacıyev, əslən azərbaycanlı olan fransız aktyor Robert Hossein, Fransada Azərbaycanın Dostları Assosiasiyasının
sədri Jan-Fransua Mansel, səfirliyimizin və daimi nümayəndəliyimizin
əməkdaşları, Parisdə
yaşayan və təhsil alan azərbaycanlılar iştirak
ediblər.
Sonra Fransanın
Alfred Cortot adına ali musiqi məktəbinin tələbələri Vurğun
Vəkilov (piano) və Ağarəhim Quliyev (fleytaçı) klassik musiqilər ifa ediblər. Gənc musiqiçilərin
ifasında Ümummilli
liderin çox sevdiyi “Küçələrə
su səpmişəm”
xalq mahnısı da səslənib.
Yeni Azərbaycan.-
2018.- 14 dekabr.- S.4.