Multikulturalizm Mərkəzi xarici
universitetlərdə azərbaycanlıların
soyqırımının 100 illiyi mövzusunda silsilə tədbirlər keçirib
Məlumdur ki, iri dövlətlərin himayəsi
altında fəaliyyət
göstərən erməni
millətçiləri “böyük
Ermənistan” xülyasını
reallaşdırmaq üçün
tarixin müxtəlif dövrlərində azərbaycanlılara
qarşı etnik təmizləmə, deportasiya
və soyqırımları
həyata keçiriblər.
Azərbaycan xalqının başına
gətirilən ən
dəhşətli faciələrdən
biri də 100 il bundan əvvəl
- 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik
silahlı dəstələri
tərəfindən xüsusi
qəddarlıqla törədilmiş
kütləvi qırğınlar
hesab olunur. Həmin günlərdə Bakı
şəhərində, habelə
Bakı quberniyasına
daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz
etnik və dini mənsubiyyətinə
görə qətlə
yetirilib, yaşayış
məntəqələri dağıdılıb,
mədəniyyət abidələri,
məscid və qəbiristanlıqlar
yerlə yeksan edilibdir. Sonrakı dövrlərdə erməni millətçiləri
qeyri-insani əməllərini
davam etdirərək, Qarabağ, Zəngəzur,
Naxçıvan, Şirvan,
İrəvan və digər bölgələrdə
kütləvi qətllər,
talanlar və etnik təmizləmələr
həyata keçiriblər.
Azərbaycan Xalq Cümhuriyyəti
dövründə hökumət
ermənilərin törətdikləri
ağır cinayətlərin
araşdırılması üçün
Fövqəladə İstintaq
Komissiyası yaradaraq,
üzə çıxarılan
həqiqətlərin xalqın
yaddaşında hifz edilməsi və dünya ictimaiyyətinə
çatdırılması üçün bir sıra tədbirlər görüb.
Lakin Xalq Cümhuriyyətinin süqutundan
sonra bu proses dayandırılıb,
baş verənlərin
sona qədər təhqiq edilməsi və ona müvafiq
siyasi-hüquqi qiymət
verilməsinin qarşısı
alınıb. Yalnız 80 il
sonra - 1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı
“Azərbaycanlıların soyqırımı
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
Fərmanında həmin
dəhşətli hadisələrə
adekvat siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı
Günü elan edilib. Ötən 20 il ərzində
aparılan araşdırmalar
sayəsində çoxlu
sayda yeni faktlar və sənədlər toplanıb.
Bu tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında, habelə sonrakı dövrlərdə erməni
millətçilərinin həyata
keçirdikləri qanlı
aksiyaların coğrafiyasının
daha geniş, faciə qurbanlarının
sayının isə qat-qat çox olduğunu sübut edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni-bolşevik
silahlı dəstələrinin
100 il əvvəl azərbaycanlılara qarşı
törətdikləri bəşəri
cinayətlər barədə
həqiqətlərin ölkə
və dünya ictimaiyyətinə daha dolğun çatdırılması
məqsədilə bu
il yanvarın 18-də
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.
Sərəncama əsasən,
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasına
1918-ci il azərbaycanlıların
soyqırımının 100-cü ildönümünə həsr
olunmuş tədbirlər
planının hazırlanıb
həyata keçirilməsi
tapşırılıb. Fevral ayında
isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri
akademik Ramiz Mehdiyev “1918-ci il azərbaycanlıların soyqırımının
100-cü ildönümünə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Bu sərəncama əsasən,
bir çox məsul dövlət orqanları və təşkilatlar kimi, Prezident Administrasiyası Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinə, eləcə
də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə il ərzində 1918-ci il azərbaycanlıların soyqırımının
100 illiyi ilə
bağlı tədbirlər
həyata keçirmək
tapşırılıb. İtaliyanın
La Sapienza Universiteti, Hindistanın Şri-Şri Universiteti, Gürcüstanın Tbilisi
Dövlət Universiteti,
Rusiyanın Ural Federal Universiteti, Bolqarıstanın Sofiya Universiteti, Yaponiyanın Hokkaydo Universiteti, Polşanın Vrotslav Universiteti, Fransanın İnalko Universiteti və Türkiyənin Ərciyəz
Universitetində bu ilin mart-noyabr aylarında elmi mühazirələr təşkil
edilib. Yaponiyanın Hokkaydo Universitetində
onlarla tələbənin
iştirak etdiyi mühazirədə tarixi mənbələrə, rəsmi
sənədlərə əsasən,
ötən bir əsr ərzində erməni millətçilərinin
azərbaycanlılara qarşı
törətdikləri vəhşiliklərdən
söz açılıb.
Bolqarıstanın Sofiya Universitetində
təşkil edilən
dərsdə isə Azərbaycan Müdafiə
Nazirliyinin 1918-ci il azərbaycanlıların soyqırımı
haqda hazırladığı
ingilis dilində sənədli film nümayiş olunub. 1905-ci
və 1918-ci ilin kütləvi qırğınları,
1948-1953-cü illərin deportasiyası,
1992-ci ilin Xocalı soyqırımı haqda geniş məlumat verilib. Elmi mühazirələrdə o da
vurğulanıb ki, 3 dəfə soyqırıma
məruz qalmasına və 20 faizdən çox torpaqlarının
işğal olunmasına
baxmayaraq, bu gün də azərbaycanlı ailəsində
uşaqlar erməni xalqına qarşı düşmənçilik ruhunda
tərbiyə edilmirlər.
Baş verənlər
erməni millətçilərinin
vəhşi siyasəti
kimi şərh olunur. Bu isə
Azərbaycanda həyat
tərzi olan multikulturalizmin bariz nümunəsidir.
“1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında” Sərəncama əsasən,
cari ildə BBMM bir çox digər tədbirləri də həyata keçirib. Bu tədbirlər çərçivəsində
mart ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
“Erməni terroru Azərbaycan multikulturalizminə
qarşı: 1918-2018” mövzusunda
Beynəlxalq konfrans təşkil edilib. Konfransda Fransa, Rusiya, Türkiyə, İran, Moldova, eləcə də Azərbaycandan olan araşdırmaçı alimlər
məruzə ilə çıxış ediblər.
Bu günlərdə isə Bakı şəhərində keçirilən
beynəlxalq konfransların
materialları bir yerə toplanaraq “Terror multikulturalizmə qarşı “Azərbaycanlıların
soyqırımı-100” adı altında nəşr olunub. Bu layihə
çərçivəsində virtual “dəyirmi masa” materiallarının ingilis və rus dillərinə tərcüməsi, eləcə
də kitabın yenidən tərtibi də təşkil edilib.
1918-ci ildə
erməni vandalizminə
məruz qalan, azərbaycanlılara qarşı
soyqırımının törədildiyi
tarixi məkanlardan biri olan Şamaxı
Cümə məscidinin
konfrans zalında “Azərbaycanın dini-mədəni
abidələrinə qarşı
erməni vəhşiliyi”
mövzusunda keçirilən
tədbir də torpaqlarımızda sığınacaq tapan ermənilərin
əsl xislətini bir daha göstərməyə
həsr olunub. İyul ayında BBMM,
DQİDK və Şamaxı
rayon İcra Hakimiyyəti ilə birgə təşkil olunan konfransda çıxış edən
alimlər yerli ermənilərin insanları
necə aldatdıqlarını,
hətta məscidlərə
pənah gətirən
ahıl, qadın və uşaqları da vəhşicəsinə yandırdıqlarını
konkret faktlarla qeyd ediblər.
1918-ci ilin mart soyqırımında ermənilərin azərbaycanlılara
qarşı törətdikləri
qətliamlar haqqında
həqiqətlərin təbliği
günümüzün aktual
mövzularından biri
olaraq qalır. Çünki nə qədər ki, mənfur qonşularımız
Azərbaycan dövlətinə
qarşı öz ərazi iddialarından əl çəkməyiblər, Azərbaycan
torpaqları hesabına
öz ərazilərinin
genişləndirilməsi istəkləri
müxtəlif formalarda
özünü büruzə
verəcəkdir. Dünya ictimaiyyətinin
diqqətini xalqımızın
başına gətirilən
qanlı faciələrə
cəlb etmək üçün azərbaycanlılara
qarşı ermənilərin
həyata keçirdiyi
soyqırımı və
deportasiya siyasətinin
geniş şəkildə
tədqiqi və beynəlxalq aləmdə yayılması zəruridir.
Ümummilli lider Heydər Əliyev əbəs yerə deməmişdir: “Bu gün dövlətimiz
və xalqımız qarşısında azərbaycanlılara
qarşı əsrlər
boyu aparılan soyqırımı siyasəti
haqqında həqiqətləri
dünyaya yaymaq, beynəlxalq ictimai fikirdə ədalətin bərqərar olmasına nail olmaq, soyqırımı
siyasətinin ağır
nəticələrini aradan qaldırmaq və bir daha
təkrar olunmaması
üçün ciddi
tədbirlər görmək
vəzifəsi durur”.
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
mətbuat xidməti
Yeni Azərbaycan.-
2018.- 15 dekabr.- S.5.