Bakı Dövlət Universitetinin
hüquq fakültəsinin
90 illik yubileyi təntənəli şəkildə
qeyd edilib
Dekabrın 14-də Bakı Dövlət
Universitetində (BDU) bu
ali məktəbin hüquq fakültəsinin
yaranmasının 90 illiyinə
həsr edilmiş “Azərbaycan Respublikasının
beynəlxalq cəmiyyətə
inteqrasiyası və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları”
mövzusunda beynəlxalq
konfrans keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə dövlət
qurumlarının rəsmiləri,
deputatlar, tanınmış
hüquqşünas alimlər,
hakimlər, vəkillər,
hüquq fakültəsinin
məzunları, professor
və müəllimlər,
tələbələr iştirak
ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının
dövlət himni səsləndirilib.
Bakı Dövlət Universitetinin
rektoru vəzifəsini
icra edən, professor İradə Əliyeva konfransda çıxış edərək
Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim xüsusi önəm verdiyini, Ulu öndərin ideyalarının Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən
qətiyyətlə həyata
keçirildiyini bildirib.
Professor İ.Əliyeva Prezident
İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi haqqında Sərəncamına uyğun
olaraq müxtəlif tədbirlərin keçirilməsindən,
o cümlədən 90 illiyi
qeyd olunan hüquq fakültəsinin
respublikada hüquq elminin inkişafında və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında
xüsusi rolundan bəhs edib.
Hüquq fakültənin
fəaliyyəti barədə
məlumat verən professor fakültədə
təhsilin inkişafı
istiqamətində həyata
keçirilən tədbirləri,
qazanılan uğurları
diqqətə çatdırıb.
Hüquq fakültəsinin
dekanı, professor Əmir Əliyev “Hüquq fakültəsinin
tarixi, inkişaf yolu və müasir
cəmiyyətdə rolu”
mövzusunda məruzə
ilə çıxış
edib. Alim hüquq fakültəsinin
BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biri
olduğunu, onun tarixinin universitetin yarandığı ilk illərə təsadüf
etdiyini vurğulayıb.
Dekan qeyd edib ki, bu
fakültənin açılmasının
zəruriliyi Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin qəbul etdiyi “Bakı şəhərində dövlət
universitetinin təsis edilməsi haqqında”
1919-cu il 1 sentyabr tarixli Qanunda da öz əksini
tapıb. O, Ümummilli
lider, dahi şəxsiyyət Heydər
Əliyevin Azərbaycana
rəhbərlik etməsindən
sonra hüquq fakültəsində mühüm
dəyişikliklərin, yeniliklərin
əsasının qoyulduğunu,
məhz həmin dövrdən başlayaraq
hüquq elmi və təhsilini tədris edən alimlər sırasına azərbaycanlıların
cəlb edilməsi prosesinin sürətləndiyini,
Azərbaycanda beynəlxalq
hüquq məktəbinin
qurulduğunu diqqətə
çatdırıb. Bildirilib
ki, Azərbaycan müstəqilliyini bərpa
etdikdən sonra da hüquq fakültəsinin
inkişafı Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Hazırda Azərbaycan Prezidenti
İlham Əliyev tərəfindən aparılan
məqsədyönlü uğurlu
daxili və xarici siyasətin tərkib hissəsi kimi elm və
təhsil sahəsindəki
nailiyyətlər hüquq
fakültəsində də
müvəffəqiyyətlə davam etdirilir.
Dekan fakültənin
tarixindən və inkişaf mərhələlərindən
söz açıb. Qeyd olunub ki,
hazırda hüquq fakültəsində 25-dən çox
hüquq üzrə elmlər doktoru, professor və 100-ə yaxın hüquq üzrə fəlsəfə
doktoru, dosent olmaqla ümumilikdə
120-dən artıq professor-müəllim
fəaliyyət göstərir.
Hüquq ixtisası üzrə Avropa, ABŞ, Türkiyə və digər xarici dövlətlərdə təhsil
almış azərbaycanlı
məzunlar bu gün hüquq fakültəsinin müvafiq
magistraturalarında və
ingilis bölmələrində
tədris prosesini uğurla aparırlar. Təhsil bakalavr, magistratura və ikipilləli doktorantura sistemində Azərbaycan, ingilis, alman və rus
dillərində davam etdirilir. Fakültədə əyani şöbədə
1161, qiyabi şöbədə
374, magistraturada isə
180 tələbə təhsil
alır. Hüquq
fakültəsində bakalavr
təhsil səviyyəsində
bir ixtisas - Hüquqşünaslıq ixtisası
üzrə 83 fənn,
magistratura təhsil pilləsində isə 17 ixtisaslaşma üzrə
250-dən artıq fənn
tədris olunur. Artıq beşinci ildir ki, hüquq fakültəsində daimi
Dissertasiya Şurası
fəaliyyət göstərir.
Həmçinin burada Tələbə
Elmi Cəmiyyəti, Tələbə Həmkarlar
Təşkilatı və
Tələbə Gənclər
Təşkilatı yaradılıb.
Bundan başqa, fakültədə 11 kafedra,
Hüquq Klinikası, Kriminalistika Laboratoriyası
və Dəniz və Enerji Hüququ Mərkəzi uğurla fəaliyyət göstərir. “İnsan
hüquqları və
informasiya hüququ”
UNESCO kafedrası Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın UNESCO və
digər beynəlxalq təşkilatlarda apardığı
uğurlu fəaliyyətin
məntiqi nəticəsi
olaraq 2015-ci ildə
UNESCO ilə imzalanmış
Sazişə əsasən
yaradılıb.
Hüquq fakültəsi ABŞ, Almaniya,
Rusiya, Türkiyə, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər ölkələrin
nüfuzlu elm, təhsil
ocaqları ilə geniş elmi əlaqələr qurub.
Tədbirdə çıxış edən
Milli Məclis sədrinin birinci müavini, professor Ziyafət
Əsgərov Ümummilli
lider Heydər Əliyevin ölkəmizdə
hüquq elminin və təhsilinin inkişafına daim xüsusi əhəmiyyət
verdiyini vurğulayıb.
Bakı Dövlət Universitetinin hüquq fakültəsinin
şanlı, şərəfli
yol keçdiyini qeyd edən Z.Əsgərov bildirib ki, hazırda bu fakültə dünyanın nüfuzlu universitetlərinin hüquq
fakültələri ilə
səmərəli əməkdaşlıq
edir. Fakültədə elmi potensial
ən müasir tələblərə cavab
verir. Biz bu gün Azərbaycanda
hüquq elminin və təhsilinin inkişafı ilə fəxr edə bilərik.
Universitetin professor və müəllimlərini,
tələbələrini təbrik
edən Milli Məclis sədrinin birinci müavini onlara təhsildə yeni uğurlar arzulayıb.
Konstitusiya Məhkəməsinin sədri,
hüquq elmləri doktoru Fərhad Abdullayev bu ilin
ölkəmizin həyatında
əlamətdar hadisələrlə
zəngin olduğunu bildirib.
Prezident
İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi haqqında” və 2018-ci ilin Azərbaycan Respublikasında
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan
edilməsi barədə
imzaladığı sərəncamların
əhəmiyyətini diqqətə
çatdıran F.Abdullayev
qeyd edib ki, dövlətçilik tariximizin ən parlaq səhifələrindən
biri - müsəlman Şərqində ilk demokratik
respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyi geniş şəkildə qeyd edilir.
Şərqdə dünyəvi təhsil
ocağı kimi yaradılan Bakı Dövlət Universitetinin inkişafına Ulu öndər Heydər Əliyevin daim xüsusi önəm verdiyini, dahi rəhbərin ideyalarının
Prezident İlham Əliyev tərəfindən
əzmlə həyata
keçirildiyini bildirən
Konstitusiya Məhkəməsinin
sədri bu gün BDU-nun, o cümlədən
universitetin hüquq fakültəsinin elmə,
təhsilə, cəmiyyətə
böyük töhfələr
verdiyini vurğulayıb.
O, 1995-ci ildə Ümummilli
lider Heydər Əliyevin təşəbbüsü
ilə ilk milli Konstitusiyanın hazırlandığını
və həmin il noyabrın
12-də referendum yolu ilə
Azərbaycan xalqı tərəfindən qəbul
edildiyini xatırladıb.
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə 1998-ci ildə Konstitusiya Məhkəməsinin
fəaliyyətə başladığını
deyən sədr bu qurum ilə
BDU-nun hüquq fakültəsi
arasındakı əməkdaşlığın
əhəmiyyətindən danışıb. O, hüquq
fakültəsində yüksəkixtisaslı,
peşəkar hüquqşünas
kadrların hazırlanmasının
əhəmiyyətini qeyd
edib.
Azərbaycan Respublikasının insan hüquqları üzrə
müvəkkili (ombudsman) Elmira Süleymanova çıxış
edərək hüquq
elminin inkişafında
və yüksəkixtisaslı
hüquqşünas mütəxəssislərin
hazırlanmasında hüquq
fakültəsinin fəaliyyətini
yüksək dəyərləndirib,
müəllim və tələbələri təbrik
edib.
Tədbirdə Polis Akademiyasının
rəisi, general-leytenant
Nazim Əliyev, Ankara Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,
professor Muharram Özen, Kazan Federal Universitetinin hüquq fakültəsinin
dekanı, professor Liliya Bakulina, Ukrayna hüquqşünasları
adından akademik Oleq Zayçuk, Tbilisi Dövlət Universitetinin hüquq fakültəsinin dekanı,
professor Tamar Zarandiya çıxış
edərək fikirlərini
bölüşüblər.
Sonra Azərbaycan Respublikası
Ədliyyə Nazirliyi,
Daxili İşlər
Nazirliyi, Baş Prokurorluğu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və digər dövlət orqanlarının, ayrı-ayrı
ali təhsil müəssisələri rəhbərlərinin
təbrik məktubları
səsləndirilib.
ABŞ-ın
Tüleyn Universitetinin
hüquq fakültəsinin
dekanı, professor Devid Meyer, Almaniyanın
Halle Vittnberq Universitetinin rektoru, professor Kristian Titye, Vürzburq Universitetinin hüquq fakültəsinin dekanı,
professor Ekhard Paxen, Qazaxıstanın Əl-Fərabi adına Milli Universitetinin hüquq fakültəsinin
dekanı Daulet Baydeldinovun videotəbrikləri
nümayiş etdirilib.
Konfransda hüquq
fakültəsinin bir qrup professor-müəllim heyətinə Təhsil Nazirliyinin “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı, fəxri fərmanı, Bakı Dövlət Universitetinin fəxri fərmanı təqdim edilib.
Sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Almaniya, Türkiyə,
Rusiya, Ukrayna, Gürcüstandan 15-dən çox
xarici hüquqşünas
alimin iştirak etdiyi iclaslarda altı bölmə üzrə 180-dən çox
məruzə dinlənilib.
Yeni Azərbaycan.- 2018.- 15 dekabr.- S.5.