Prezident və xanımı
Azərbaycan Milli İncəsənət Muzeyinin
üçüncü korpusunun
açılışında
Prezident və
xanımı Azərbaycan
Milli İncəsənət
Muzeyinin üçüncü
korpusunun açılışında
- FOTOLAR
Dekabrın 18-də Azərbaycan Milli İncəsənət
Muzeyinin üçüncü
korpusunun əsaslı
təmir və yenidənqurmadan sonra açılışı olub.Azərbaycan
Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə
tanış olublarMədəniyyət
naziri Əbülfəs
Qarayev dövlətimizin
başçısına və
birinci xanıma görülən işlərlə bağlı
məlumat
verib.Qeyd edilib ki, Azərbaycan Milli İncəsənət
Muzeyi XIX əsrdə inşa edilən iki yanaşı tarixi
binada yerləşir. 1891-1893-ci illərdə Bakının
baş memarı Nikolay fon der
Nonne tərəfindən
inşa edilən binada ayrı-ayrı vaxtlarda müxtəlif idarə və təşkilatlar yerləşib.
1936-cı ildə əsası
qoyulan İncəsənət
Muzeyi 1951-ci ildən bu binada fəaliyyətini
davam etdirib. Burada çox sayda qiymətli sənət əsərinin
yerləşdirilməsi və
ekspozisiyanın ildən-ilə
zənginləşdirilməsi bu sənət məbədinə marağı
daha da artırıb.
Zaman keçdikcə təbii aşınmalar nadir sənət nümunələrinin toplandığı
bu binanın təmiri zərurətini yaradıb. Əvvəllər
burada belə genişmiqyaslı təmir
işləri aparılmayıb.
Prezident İlham Əliyevin Sərəncamı
ilə muzeydə əsaslı təmir və yenidənqurma işləri görülüb.
"Mariinski Qadın Gimnaziyası" adlanan birinci korpus 2009-cu ilin sentyabrında istifadəyə verilib.
2014-2018-ci illərdə isə muzeyin "De Burun malikanəsi"
adlanan korpusunda İtaliya və Azərbaycan mütəxəssislərinin
birgə səyləri
ilə əsaslı təmir işləri həyata keçirilib. Bərpa-təmir işlərinə
başlamazdan əvvəl
muzey binasında xüsusi tədqiqat aparılıb. Binanın fiziki və texniki vəziyyəti öyrənilib. Ölkə
əhəmiyyətli bu
memarlıq abidəsinin
tavan və divarlarında mövcud yapma rəsm bəzək və digər işlər ilkin vəziyyətə gətirilib. Memarlıq və bəzək elementləri təmizlənib,
bərkitmə işləri
yerinə yetirilib. Uzun illər ərzində cari təmir işləri aparmaqla tavan və divarlarda
yeddi qat üst-üstə vurulan boya xüsusi texnologiya ilə təmizlənərək birinci
rəng qatı müəyyən edilib. Əsas giriş qapıları və bir çox daxili qapılar təmizlənərək bərpa
olunub. Milli İncəsənət Muzeyində yeni yaradılan şərait sərgi zallarında yerləşdirilən əsərlərin
bütün təsiredici
amillərdən - nəmişlik,
temperatur, ultra şüalar və digər amillərdən qorunmasını və təhlükəsizliyini təmin
edir, bununla bərabər, muzeyə gələn insanların
rahatlığına, eyni
zamanda, baxdıqları
əsərlərdən zövq
almalarına şərait
yaradır.Binanın memarlığı
və qədimliyi saxlanılmaqla həm texniki, həmdə texnoloji baxımdan lazım olan innovativ və yeni funksionallığı
təmin edilib. Yenidənqurma və əsaslı təmir işləri ilə yanaşı, binada ekspozisiya zalları genişləndirildib, binanın
seysmik davamlılığı
artırılıb. On səkkiz
mindən çox eksponatın saxlanıldığı
Milli İncəsənət
Muzeyində rəngkarlıq,
qrafika, heykəltaraşlıq
və tətbiqi sənət nümunələri
nümayiş olunur. Üçüncü korpusda
isə 2 mindən çox eksponat saxlanılır.Bildirilib ki,
Azərbaycan Milli İncəsənət Muzeyinin
mövcud binaları
arasında mərkəzləşdirilmiş
giriş yaratmaq üçün 2013-cü ildə
açılışı olan keçid korpusu da var.
Bina memarlığın
həm ampir, həm də barokko üslublarının
istifadə edildiyi tarixi memarlıq abidəsidir. Xüsusi sifariş edilmiş güzgülər, çıraqlar
və sobalar bu məkana gözəllik verir.
Muzeydə dünya
incəsənəti nümunələri
də nümayiş etdirilir. Ekspozisiya planına əsasən
kolleksiyanı Qərbi
Avropa, o cümlədən
İtaliya, Hollandiya, Almaniya, Fransa, həmçinin Rusiya və Çin, Türkiyə, İran və Hindistan da daxil olmaqla
Şərq incəsənəti
təşkil edir. İlk dəfə olaraq yeni ekspozisiyada
qədim dünya incəsənəti də
təqdim olunur: buraya qədim Misir, qədim Yunanıstan, qədim Roma və qədim İran incəsənətləri
daxildir. Bununla yanaşı, ilk dəfə olaraq Fransa zallarında fransız impressionistlərin
əsərlərini görmək
mümkündür. Bundan
başqa, muzeyin ekspozisiyasında Rusiya avanqardı ilə yanaşı, avanqard çini məmulat və əsərləri də seyr etmək
imkanı olacaq. Dünyanın istənilən
muzeyi burada təqdim olunan əsərlərlə fəxr
edə bilər.
Binada aparılan
yenidənqurma və əsaslı təmir işləri, nümayiş
etdirilən zəngin kolleksiya ilə yaxından tanış olan Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət
ocağının fəaliyyətinə
uğurlar arzulayıblar.
Yeni Azərbaysan.- 2018.- 19 dekabr.- S.2.