BakıdaMənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimimövzusunda konfrans keçirilib

 

Dekabrın 18-də Mənəvi Dəyərlərin Təbliği FonduMənəvi dəyərlərə dövlət qayğısı İlham Əliyev siyasətinin tərkib hissəsi kimimövzusunda konfrans təşkil edib.

AZƏRTAC xəbər verir ki, konfransda eyniadlı kitabın təqdimatı da olub.

Tədbirdə çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov qeyd edib ki, Azərbaycanda milli ruhun yüksəlməsində Ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. O, Ümummilli liderin azərbaycançılıq ideologiyasının adət-ənənələrimizin qorunması baxımından çox əhəmiyyətli olduğunu deyib. Vurğulanıb ki, əsası Ulu öndər tərəfindən qoyulmuş dövlət-din siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir, Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir. Bu dəyərlər cəmiyyətdə milli həmrəylik, birlik ruhunu oyadır, yad təsirlərin qarşısını alır.

Bildirilib ki, kitab hazırlanarkən AZƏRTAC-ın materiallarından istifadə olunub.

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının üzvü, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev bildirib ki, Azərbaycanda mənəvi dəyərlərin qorunub saxlanılmasına böyük önəm verilir. Bu siyasətin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Sağlam cəmiyyətin formalaşdırılmasında, milli dəyərlərimizə bağlı gəncliyin yetişməsində bu siyasətin böyük rolu var. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən “SƏS” Media Qrupun rəhbəri vurğulayıb ki, bu gün mənəvi dəyərlərimizin qorunması təbliği işi xüsusi diqqət mərkəzindədir.

Milli Məclisin deputatı, “Yeni Azərbaycanqəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, bu gün dünyada gedən səssiz müharibədə Azərbaycan xalqının ən mühüm sipəri milli-mənəvi dəyərlərimiz ailə institutudur. O, milli-mənəvi dəyərlərimizin təbliği işinin dövlət səviyyəsində aparıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan xalqının söykəndiyi bu dəyərlər Ulu öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərinin əsasında durur. Müxtəlif dövrlərdə milli-mənəvi dəyərlərimiz təzyiqlərə məruz qalsa da, Azərbaycan müstəqil olandan sonra mənəvi dəyərlərimiz dövlətin əsas strategiyasına çevrildi.

İki sahilqəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Ulu öndər xalqda milli heysiyyəti gücləndirmək, habelə zəngin irsimizi, mədəniyyətimizi, incəsənətimizi, adət-ənənələrimizi yaşatmaq, ana dilimizi inkişaf etdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı gənc dövlətin siyasi iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın - azərbaycançılığın təşəkkül inkişafında müstəsna rol oynayıb. Bu uğurlu siyasətin davamı olaraq bu gün Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasını, təbliğ təşviq edilməsini daim diqqət mərkəzində saxlayır.

Konfransda xarici qonaq qismində iştirak edən Pakistan Dövlət Televiziyasının əməkdaşı, jurnalist Afşan Malik Azərbaycan ilə Pakistan arasındakı dostluq qardaşlıq münasibətlərindən danışıb. Pakistanlı jurnalist qeyd edib ki, ölkələrimizi ortaq mənəvi dəyərlər birləşdirir.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, “Şərqqəzetinin təsisçisi baş redaktoru Akif Aşırlı, “Bakı xəbərqəzetinin baş redaktoru Aydın Quliyev tarix elmləri doktoru, professor İradə Hüseynova tədbirdə çıxış edərək milli-mənəvi dəyərlərimizin qorunub saxlanması istiqamətində görülən işlər barədə fikirlərini bildiriblər. Qeyd edilib ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi dövlətimizin başçısının milli-mənəvi dəyərlər sahəsinə göstərdiyi diqqət qayğını bir daha sübut edir.

Yeni Azərbaycan.- 2018.- 19 dekabr.- S.6.