Fövqəladə hallar uşaqların gözü ilə” VIII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb

 

Dekabrın 20-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında FHN-in, Təhsil Nazirliyinin birgə təşkilatçılığı FHN işçilərinin həmkarlar ittifaqının dəstəyi iləFövqəladə hallar uşaqların gözü iləmövzusunda məktəblilər arasında keçirilmiş VIII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi onların mükafatlandırılması mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, gənclər idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, FHN-in müvafiq strukturlarının rəhbərləri, KİV-lərin ictimaiyyətin nümayəndələri, valideynlər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin FHN-in Akademiyasının həyətindəki abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra iştirakçılar müsabiqəyə qatılmış məktəblilərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. Sərgi dekabrın 25-dək davam edəcək.

Mərasimdə bildirilib ki, müsabiqə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunub.

Sentyabrın 25-də start verilən müsabiqənin məqsədi uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi mədəniyyətinin formalaşdırılması, istedadlı uşaqların üzə çıxarılması onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, ictimaiyyətin diqqətinin fövqəladə hallarla bağlı problemlərə yönəldilməsi olub.

Ölkənin bütün şəhər rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon şəhər müsabiqələrinin yekunları üzrə təşkilat komitəsinə 498 rəsm, 250 plakat, 222 əl işi, 149 yanğın qəza-xilasetmə texnikasının modeli 215 yumşaq oyuncaq təqdim olunub. Müsabiqəyə təqdim olunmuş işlər FHN, Təhsil Nazirliyi, Rəssamlar İttifaqı, Bəstəkarlar İttifaqı, Yazıçılar Birliyi Rəssamlıq Akademiyasının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib qaliblər müəyyənləşdirilib. Birinci yerə 29 nəfər, ikinci yerə 38, üçüncü yerə 38 nəfər layiq görülüb, 43 nəfərə isə həvəsləndirici diplomlar təqdim edilib.

Sonra müsabiqədə ilk üç yeri tutmuş uşaqlara fəxri fərmanlar qiymətli hədiyyələr təqdim olunub. Həmçinin bütün iştirakçılara həvəsləndirici mükafatlar verilib.

Mükafatları fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, gənclər idman nazirinin müavini İntiqam Babayev, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva digərləri təqdim ediblər.

Tədbir bədii hissə ilə davam edib.

Yeni Azərbaycan.- 2018.- 21 dekabr.- S.5.