Mixail Şvıdkoy: Prezident
İlham Əliyevin uğurları Azərbaycanın
uğurları deməkdir
“Düşünürəm
ki, bu gün
Rusiyadakı bir çox evlərdə Azərbaycan Prezidenti İlham Əliyevin ad günü münasibətilə Onun şərəfinə badələr
qaldırılır və
ünvanına xoş
sözlər söylənilir.
Mən həm Azərbaycanda, həm də Rusiyada deyilən və deyiləcək xoş sözlərə qoşuluram.
Azərbaycan xalqına sülh
və əmin-amanlıq,
respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında
sizin ölkənizə
sülh və tərəqqi, şəxsən
Onun özünə isə bütün işlərində uğurlar
arzulamaq istəyirəm.
Çünki Prezidentin
uğurları Azərbaycanın
və onun xalqının uğurları
deməkdir”.
Bu fikirləri
AZƏRTAC-ın müxbiri
ilə söhbətində
Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri
üzrə xüsusi nümayəndəsi Mixail
Şvıdkoy söyləyib.
M.Şvıdkoy qeyd edib ki,
Prezident İlham Əliyevin ad günü təkcə Azərbaycan xalqının
deyil, rusiyalıların
da bayramıdır. “Təkcə ona görə yox ki, bu gün
Rusiyada Azərbaycan Prezidentinin ad gününü qeyd edən böyük Azərbaycan diasporu var. Düşünürəm
ki, İlham Heydər oğlunun Azərbaycanın rəhbəri
kimi rolu olduqca əhəmiyyətlidir
və dünyanın ən müxtəlif ölkələrində hörmətlə
qarşılanır. Biz
hamımız tanınmış
lider Heydər Əliyevin qeyri-adi dərəcədə mühüm
missiyasını yüksək
qiymətləndirir və
xatırlayırıq. Millətinin
dünyaşöhrətli lideri
Heydər Əliyev Azərbaycanı məhv olmaqdan və ən ağır vətəndaş müharibəsindən
xilas etdi. O, ölkəni böhrandan və milli fəlakətdən
çıxardı”, - deyə
o əlavə edib.
Rusiyalı mədəniyyət
xadimi vurğulayıb
ki, İlham Əliyevin rəhbərliyi
ilə son illər respublikada sabitlik daha da
möhkəmlənib, ölkə
dinamik şəkildə
inkişaf edir. “Bu, çox vacibdir, çünki Azərbaycanda fəal həyata qədəm qoyan yeni nəsil
yetişir və gələcəyi anlamaq bu gənclik üçün mühümdür.
Bu mənada, İlham Heydər oğlu Azərbaycan xalqı üçün məhz bu cür
gələcəyə baxış
formalaşdırıb. Azərbaycan
qüdrətli, çiçəklənən
müasir dövlətə
çevrilib”, - deyə
M.Şvıdkoy vurğulayıb.
Onun sözlərinə görə, bu gün Azərbaycan dünyaya açılıb
və bir çox beynəlxalq tədbirlərin, o cümlədən
müxtəlif ölkələrin
nümayəndələrinin, bütün fəaliyyət
sahələrini - siyasət,
iqtisadiyyat, elm, mədəniyyəti təmsil
edən insanların axışdığı
Bakı Beynəlxalq Humanitar Forumunun cazibə mərkəzinə
çevrilib.
M.Şvıdkoy Rusiya və Azərbaycan arasında ikitərəfli dost və tərəfdaş münasibətlərinin inkişafının
əhəmiyyətini vurğulayıb.
“Bizlər - rusiyalılar
üçün müasir
Azərbaycanın Rusiyaya
dost ölkə və tərəfdaş olması mühümdür.
Prezidentlər Vladimir Putin və İlham
Əliyevin dostluq münasibətləri dövlətlərimiz
arasında mövcud olan əlaqələrin yüksək keyfiyyətini
təmin edir”, - deyə M.Şvıdkoy sözlərinə yekun vurub.
Yeni Azərbaycan.-
2018.- 25 dekabr.- S.10