Azərbaycan Dillər Universitetində
akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub
Dekabrın 25-də Azərbaycan Dillər Universitetində Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin rus dilində işıq üzü görmüş
“Qriqorian kilsəsi Səfəvilər dövlətinə
qarşı casusluq aləti kimi. XVII əsr-XVIII əsrin ilk dörddəbiri” kitabının təqdimatı
keçirilib.
AZƏRTAC xəbər verir ki, təqdimatda
universitetin rəhbərliyi,
professor-müəllim heyəti,
AMEA-nın institutlarının
əməkdaşları iştirak
ediblər.
Tədbiri açan
ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, akademik Ramiz
Mehdiyevin on illərlə apardığı
tədqiqatlarının çox
məntiqli davamı olan bu kitab
elmimiz, cəmiyyətimiz
üçün çox
aktual olan bir mövzuya həsr edilib. Qeyd edib ki, akademikin
Azərbaycanın tarixi,
mədəniyyəti, bu
günü və gələcəyi ilə bağlı düşüncələrini,
ideyalarını əks
etdirən tədqiqatlarını
konseptual şəkildə
götürsək, bu
mənada onun əsərlərini azərbaycançılıq
adlandırmaq olar.
Akademik Ramiz
Mehdiyevin onlarla bu cür əsərinin
olduğunu vurğulayan
K.Abdulla bunların hamısının bir sistem kimi bütövlükdə
azərbaycançılığın, dövlətçiliyin fəlsəfəsinə
həsr edildiyini deyib: “Bu əsərlər göstərir
ki, bugünkü dövlətçiliyimiz qarşısında
duran problemləri, onun fəlsəfəsini dərindən dərk edən bir filosof
kimi Ramiz Mehdiyev Azərbaycanın gələcəyinin qurulması
ilə bağlı dövlət təcrübəsindən
istifadə edən son dərəcə müdrik dövlət xadimidir. Onun bu gün dövlət
xadimi kimi formalaşmasının ən
əsas xüsusiyyətlərindən
biri də on illərlə Ulu öndər Heydər Əliyevin yaxın silahdaşı kimi fəaliyyət göstərməsidir. Ramiz
Mehdiyev bir filosof, alim, dövlət xadimi kimi Azərbaycan dövlətçiliyinin inkişaf
etdirməsində bu gün də çalışır, elmi,
fəlsəfi fəaliyyətini
davam etdirir. Azərbaycanşünaslıq problemləri istər
qədim dövrdə,
istər XVI əsrdə,
istərsə də bu gün Azərbaycan
və onun ətrafındakı dövlətlərin
münasibətinin öyrənilməsində
aktuallıq kəsb edir ki, bu
baxımdan akademik Ramiz Mehdiyevin erməni dövlətinin,
dininin, cəmiyyətinin
formalaşması ilə
bağlı fikirləri
son dərəcə maraqlıdır və azərbaycanşünaslıq istiqamətində
aparılan araşdırmalara
işıq saçan
bir tədqiqatdır. Əsər Qriqorian kilsəsinin Səfəvi dövlətinə qarşı
apardığı casusluq,
dağıdıcılıq işlərinin aşkar edilməsi istiqamətində elmi, ictimai və dövlətçilik baxımdan
son dərəcə qiymətlidir”.
Rektor müəllifin
göstərdiyi xidmətin
ən böyük məzmununun bu gün gənc nəslin bu kitablardan əsl Azərbaycan tarixini öyrənəcəklərindən ibarət olduğunu qeyd edib: “Onlar
Ermənistan-Azərbaycan münasibətlərinin
təkcə bu günü ilə deyil, həmçinin dünəni ilə də tanış olacaqlar. Bu günün
nəticələrini dünənki
günlə əlaqələndirərək
gələcəyimiz üçün
müəyyən nəticələr
çıxaracaqlar”.
Tədbirdə çıxış edən ADU-nun azərbaycanşünaslıq elmi-tədqiqat
laboratoriyasının professorları
Solmaz Rüstəmova-Tohidi,
Niyazi Mehdi, “Rusiyaşünaslıq mərkəzi”
elmi-tədqiqat laboratoriyasının
müdiri, professor Məmməd Əliyev və başqaları akademik Ramiz Mehdiyevin mötəbər
elmi-tarixi mənbələr
əsasında yazdığı
yeni əsərinin çox maraqlı və aktual mövzuya həsr olunduğunu bildiriblər.
Çıxışlarda qeyd
edilib ki, bu əsərdə Qriqorian kilsəsinin Səfəvilər dövlətinə
qarşı apardığı
pozucu kəşfiyyat və siyasi-ideoloji fəaliyyət geniş işıqlandırılır. Əsər, həmçinin
Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsinin obyektiv
araşdırılması üçün
böyük əhəmiyyət
kəsb edir.
Yeni Azərbaycan.-
2018.- 26 dekabr.- S.3.