“LIVEJOURNAL”: Cənubi
Qafqazın ən nüfuzlu xanımı
Rusiyanın
“LIVEJOURNAL” nəşrində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Cənubi Qafqazın ən nüfuzlu xanımı kimi səciyyələndirən
məqalə dərc olunub. AZƏRTAC məqaləni
təqdim edir.
* * *
Bu yaxınlarda, daha
dəqiq desək
2017-ci il dekabrın
26-da Moskvadakı Xilaskar
İsa Kafedral Kilsə Məbədinin Taxt-tac salonunda Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri
Kirill Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanı II dərəcəli Müqəddəs
Mələksima Knyagina
Olqa ordeni ilə təltif edib. Mehriban Əliyevaya bu mükafat “Rus Pravoslav Kilsəsinə yardımına və Həştərxan şəhərinin
abadlaşdırılmasına göstərdiyi qayğıya
görə” təqdim
edilib. Bununla əlaqədar belə bir sual yaranır:
Mehriban Əliyeva nə iş görüb ki, belə bir yüksək
ordenlə təltif olunub. Sən demə, buna əsaslı səbəb var imiş. İnternetdə onun haqqında məlumat çoxdur. Biz Mehriban xanımın kimliyini və onu məşhurlaşdıran
məsələləri araşdırmağa
çalışdıq.
Onu Cənubi Qafqazın
ən nüfuzlu xanımı adlandırırlar,
müasir dəbin simalarından biri hesab edirlər və artıq bir ilə yaxındır
ki, ölkənin Birinci vitse-prezidenti vəzifəsində çalışır.
İnsanlar bu xanımın müdrikliyinə
və gözəlliyinə
heyrandırlar.
Mehriban Əliyeva
1964-cü il avqustun
26-da Bakıda ziyalı
ailəsində anadan olub. O zaman heç kəsin ağlına da gəlməzdi ki, vaxt gələcək Mehriban xanım ən nüfuzlu siyasətçi qadınlardan
biri olacaq. 1988-ci ildə İ.M.Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetini fərqlənmə diplomu ilə bitirib. Mehriban xanım tələbəlik dövründə
Azərbaycan Respublikasının
indiki Prezidenti, o vaxt hələ Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunun aspiranturasında
oxuyan İlham Əliyevlə ailə qurub.
Zahirən kövrək
bir qadın olan Mehriban Əliyeva
bütün həyatını
ictimai fəaliyyətə
və insanlara kömək işinə həsr edib. O, dörd ildən
artıq müddətdə
Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri
İnstitutunda işləyib,
sonra, 1995-ci ildə “Azərbaycan Mədəniyyətinin
Dostları” adlı xeyriyyə fondunu yaradıb və ona rəhbərlik edib, “Naslediye-İrs” adlı mədəni-tarixi
jurnal təsis edib və bu
nəşrin redaktoru olub.
Mehriban Əliyevanın
öz ölkəsində
və bütün dünyada statusunu nəzərə almamaq olmaz. Prezidentin xanımı, indi isə həm də Azərbaycanın Birinci vitse-prezidenti respublikada mühüm bir qurum olan
Heydər Əliyev Fonduna başçılıq
edir. 2004-cü ildə
Heydər Əliyev Fondu yaradılan vaxtdan bu Fondun
prezidentidir. Mehriban Əliyevanın siyasi karyerası və ictimai fəaliyyəti dövründə onun dəstəyi ilə yüzlərlə məktəb
və xəstəxana
tikilib. O, ehtiyacı olanlara həmişə kömək əlini uzadır.
Mehriban Əliyeva
deyir: “Həqiqi mərhəmət real işlər görülməsini,
konkret addımlar atılmasını tələb
edir. Ən dəhşətlisi laqeydlik
və biganəlikdir. Bunlar olmamalıdır. Sən istər ictimai xadim ol,
istər dövlət
xidmətində çalış,
sadəcə, insanlığı
qoruyub saxlamaq lazımdır”.
Mehriban Əliyevanın
son altı ildə rəhbərlik etdiyi, imic əhəmiyyəti
kəsb edən layihələrə diqqət
yetirək:
- Bakıda “Eurovision-2012”;
- 2015-ci ildə Avropa Oyunları;
- 2017-ci ilin mayında Bakıda keçirilmiş
İslam Həmrəyliyi Oyunları.
O, Şərq ölkələrində
siyasətin yalnız kişi işi
olması barədə
stereotipi uğurla təkzib edir. Mehriban Əliyeva karyerası dövründə dəfələrlə
müxtəlif fəxri
təltiflərə layiq
görülüb. Məsələn, Fransa Respublikasının
“Fəxri Legion Zabiti” ordeni və UNESCO-nun Qızıl “Motsart medalı”.
2005-ci ildə
o, ictimai, mesenatlıq
və xeyriyyə fəaliyyətinə, təhsil
və mədəniyyət
müəssisələrinin dəstəklənməsinə sanballı töhfələrə,
Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə görə Rusiyanın “Yüzilliyin mesenatları”
Beynəlxalq Xeyriyyə
Fondunun “Yaqut Xaç” ordeninə layiq görülüb.
Azərbaycanın birinci
xanımı dəfələrlə
vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əlaqələrin uğurlu
inkişafı çox
vacibdir. Məhz bu səbəbdən o, Azərbaycanda rus dilinin inkişafına, respublikadakı rusdilli orta və ali
təhsil müəssisələrinə
bu cür qayğı göstərir.
Azərbaycanın Birinci
vitse-prezidentinin fikrincə,
“Rusiya ilə Azərbaycan arasında münasibətlər möhkəm
tarixi təməl üzərində qurulur və dostluq, qarşılıqlı anlaşma
və sıx əməkdaşlıq xarakteri
daşıyır”.
Mehriban Əliyevanın
Azərbaycanın Birinci
vitse-prezidenti vəzifəsinə
təyin edilməsi respublika isteblişmentində
onun yüksək statusunu rəsmən təsbit edib. Necə deyərlər, birinci xanım dövlətdə ikinci şəxsdir. Onun bu vəzifəyə
təyin edilməsi xəbərini Azərbaycan
və Rusiya xalqları çox səmimi və müsbət qarşıladılar.
Çünki birinci xanımın həm öz ölkəsində,
həm də Rusiyada necə böyük hörmət qazanması və onun öz xalqının
mənafeyi naminə gördüyü işlərə görə
necə sevilməsi məlumdur. Zəngin iş təcrübəsinə
malik olan Mehriban Əliyeva bu vəzifəyə təyin ediləndən dərhal sonra fəal və qətiyyətli işlərə
başlayaraq ölkə
Prezidentinin düzgün
qərar qəbul etməsini sübuta yetirdi.
Mehriban Əliyevanın
uğurları təkcə
siyasi və ictimai fəaliyyətlə
məhdudlaşmır. O, həm
də qayğıkeş
həyat yoldaşı
və üç övlad böyüdən
xoşbəxt anadır.
Əliyevlər ailəsi
nümunəvi ailədir.
Təntənəli tədbirlərdə
Prezident və xanımı həmişə
birgə iştirak edirlər. Ailə qurmalarından 30 ildən çox keçməsinə
baxmayaraq, onlar bir-birinə sevgi və qarşılıqlı
hörmət hisslərini
qoruyub saxlayıblar. Buna görə onlara heyran olmamaq
mümkün deyil. Mehriban xanım öz ailəsini çox sevir və həmişə onun yanında olmağa çalışır,
çünki onun fikrincə, məhz ailə dəyərləri
birinci yerdə olmalıdır.
Bütün bunlarla bərabər, ötən illər ərzində Mehriban Əliyeva həm də dəbin həqiqi siması sayılıb. Birinci ledinin fotoşəkilləri
dünyanın moda nəşrlərinin səhifələrindən
düşmür. Onun
qüsursuz zövqü
və gözəlliyi
stilistlərin və dizaynerlərin dilinin əzbəridir. Həqiqətən,
zaman keçdikcə bu xanımın məlahəti əsla azalmır. Mehriban xanımı çox vaxt qızları ilə dəyişik salırlar. Məsələn, Ağ evdə
Əliyevlər ilə
ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyninin ailəvi görüşü zamanı
maraqlı bir hadisə olub: tədbirdə təhlükəsizliyi
təmin edən
ABŞ xüsusi xidmətlərinin
agentləri Əliyevlər
ailəsi ilə ilk görüş zamanı Azərbaycan ailəsinin nümayəndələrindən kimin ana
və kimlərin onun qızları olmasını dərhal anlaya bilməyiblər. Təsadüfi deyil, dünya birliyi Mehriban Əliyevanı ən cazibədar birinci xanım hesab edir.
Bütün bunlara və bir sıra başqa
səbəblərə görə
Mehriban Əliyeva elə bir siyasətçidir
ki, dünyanın hər yerində onun haqqında danışırlar və
danışmaq istəyirlər.
Heç şübhəsiz,
Mehriban Əliyeva hazırda karyerasının
zirvəsindədir. Lakin
onun xarakterini, özünə inamını
və son dərəcədə dözümlü
olmasını nəzərə
alaraq cəsarətlə
deyə bilərik ki, kamilliyin son həddi yoxdur. Mehriban xanımın Azərbaycanda,
Rusiyada və dünyanın digər ölkələrində inanılmaz
dərəcədə populyarlığı
əsil fenomendir. Rus Pravoslav Kilsəsi
isə onun gördüyü xeyirxah işləri ordenlə mükafatlandırıb.
Yeni Azərbaycan.-
2018.- 3 fevral.- S.3.