Bakıda “Ölkəmdən
soraqlar” adlı konsert keçirilib
Fevralın 8-də
Rəşid Behbudov adına Mahnı
Teatrında Şimali Kipr Türk Respublikasının Azərbaycandakı
nümayəndəliyinin təşkilatçılığı
ilə “Ölkəmdən
soraqlar” adlı konsert keçirilib. Ersin Tunayın dirijorluğu ilə Şimali Kiprin Çağdaş Musiqi Dərnəyinin təqdim etdiyi konsertdə türk sənət musiqisindən nümunələr
səsləndirilib.Konsertdə Türkiyə Respublikasının
ölkəmizdəki fövqəladə
və səlahiyyətli
səfiri Erkan Özoral, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı
nümayəndəliyinin rəhbəri
Ufuk Turganer, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, millət vəkili Sevinc Hüseynova, TÜİB sədri
Hüseyin Büyükfırat,
ATİB başqanı Cemal
Yangın, iş adamları, ictimaiyyət və media nümayəndələri
iştirak ediblər.Konsert
proqramına Azərbaycan
musiqisi ilə yekun vurulub.
Yeni Azərbzaycan.- 2018.- 10 fevral.- S.7.