Xocalıda məqsədyönlü soyqırımı
aktı erməni vəhşiliklərinin kulminasiya
nöqtəsidir
Qafqaz Müsəlmanları
İdarəsi (QMİ) Xocalı
soyqırımının 26-cı ildönümü ilə əlaqədar dünya dini liderlərinə, parlamentlərə, beynəlxalq
təşkilatlara və
İnsan Hüquqları
üzrə Avropa Məhkəməsinə müraciət
edib.
1news.az-a QMİ-dən
daxil olan müraciətdə bildirilir
ki, Uca Allah
insan həyatını
müqəddəs dəyər
olaraq səciyyələndirir
və Yer üzündə bir günahsız insanın ölümünü bütün
bəşərin öldürülməsi
qədər ağır
günah olaraq qəbul edir.
Tarixi fakt ondan ibarətdir ki, 1992-ci il fevralın 25-dən
26-na keçən gecə
erməni işğalçıları
öz havadarlarının
köməyi ilə Xocalı şəhərinə
qəfil silahlı basqın edib və oranın dinc, silahsız əhalisinə qarşı
amansız kütləvi
qırğın törədiblər.
Ermənistan silahlı
quldurlarının təcavüz
etdiyi həmin gecə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla 613 nəfər xüsusi qəddarlıqla qətlə
yetirilib. Xocalı şəhəri yerlə-yeksan edilib, əhalinin 150 nəfəri
itkin düşüb,
1275 nəfər əsir
götürülərək ağır işgəncələrə
məruz qalıb, vəhşicəsinə qətlə
yetirilmiş dinc sakinlərin cəsədlərinin
üzərində ağlasığmaz
təhqiramiz hərəkətlər edilib. Mahiyyəti etibarilə Xocalı faciəsi – Holokost, Hernika, Xatın soyqırımları
kimi insanlığa qarşı törədilmiş
cinayətlərlə eynidir.
Ermənistanın Azərbaycana təcavüzü
nəticəsində Azərbaycan
xalqı öz doğma torpaqlarında etnik təmizləmə, maddi və mənəvi
terrora məruz qalıb, erməni ekstremistləri ərazimizin
20 faizini işğal edib, bir milyondan
artıq azərbaycanlını
doğma yurdlarından
didərgin salıb, zəbt etdikləri Qarabağ torpaqlarında vandalizm aktları həyata keçirərək
tarixi, dini və mədəniyyət
abidələrimizi məhv
ediblər. Xocalıda məqsədyönlü soyqırımı aktı
isə erməni vəhşiliklərinin kulminasiya
nöqtəsidir.
Müraciətdə qeyd edilir ki, iyirmi
altı il müddət keçməsinə
baxmayaraq, erməni terrorçuları törətdikləri
cinayətlərə görə
hələ də cəza almayıb, Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının 4 məlum
qətnaməsinin tələbləri
bu günədək yerinə yetirilməyib. Azərbaycanın beynəlxalq
ictimaiyyətə mütəmadi
müraciətlərinə obyektiv yanaşan dünyanın bir sıra dövlətləri
və beynəlxalq təşkilatlar Xocalı
soyqırımını tanısa
da, təəssüf ki,
bu dəhşətli cinayətə etinasız yanaşanlar da var. Bu gün
dünyada baş verən zorakılıq halları, terrorizm və ekstremizm kimi cinayətlərin təməlində bəzi
dövlətlərin, təşkilatların
və dini liderlərin problemlərə
münasibətindəki ikili
standartlar, rasizm, antisemitizm, ksenofobiya, islamofobiya kimi təhlükəli meyillər
dayanır. Bu yanaşma
səbəbindən törədilən
qətliamlar, o cümlədən
Xocalı faciəsi layiqli qiymətini almadıqca yeni-yeni bəşəri cinayətlərə,
humanitar fəlakətlərə
yol açılır,
dünyanın müxtəlif
bölgələrində soyqırımlarının
təkrarlanmasına, terrorizm,
ekstremizm, separatçılıq
üçün zəmin
yaranır.Bildirilir ki,
Azərbaycanın üzləşdiyi
bu təcavüz və onun nəticəsində
yaranmış bir milyondan artıq qaçqın və məcburi köçkün
probleminə biganə
münasibət bəslənməsi,
erməni ekstremistlərinin
soydaşlarımızı öz doğma yurd-yuvalarından didərgin
salmalarına görə
məsuliyyətə cəlb
edilməmələri nəticəsində
erməni tərəfi
təxribatlarından nəinki
əl çəkmir,
öz dədə-baba
yurdlarında uyuyan qohumlarının qəbrini
ziyarət edən vətəndaşlarımızı əsir, girov götürərək onlara
qarşı olmazın
işgəncələr tətbiq
edir, cəsədlərin
qaytarılması məsələsində
belə beynəlxalq konvensiyalara əməl etməkdən boyun qaçırır. Əvəzində,
heç bir tarixi həqiqətə söykənməyən uydurma
erməni soyqırımının
tanıdılması cəhdləri,
soyqırımı törədənlərin
özlərini “soyqırımı
qurbanları” kimi qələmə vermələri,
ildönümlərinin qeyd
edilməsi tarixin siyasi məqsədlərlə
saxtalaşdırılmasından başqa bir şey deyil.
Vurğulanır ki, bu gün Azərbaycan dövlətinin haqqın və tarixi ədalətin bərpası
yönündə apardığı
məqsədyönlü siyasət,
dünya azərbaycanlılarının
və ictimai təşkilatların dəstəyi
ilə həyata keçirilən tədbirlər,
o cümlədən “Xocalıya
ədalət!” kampaniyası
Azərbaycan həqiqətlərinin
beynəlxalq səviyyədə
yayılmasında, qəsbkarın
əsl simasının
açılmasında önəmli
rol oynayır.
“Biz, Azərbaycan dindarları ölkəmizin ərazi bütövlüyünün Ali Baş Komandanımızın
rəhbərliyi ilə
bərpası yönündə
səylərin uğurla
nəticələnməsinə inanır və onun üçün dualar edir, Vətənimizin
ayrılmaz hissəsi olan Qarabağda torpaqlarımızın azad
olunması uğrunda həlak olmuş bütün şəhidlərin,
o cümlədən Xocalı
şəhidlərinin əziz
xatirəsini daim uca tuturuq. Bütün dünya
xalqlarına sülh, səadət, əmin-amanlıq
və rifah diləyən hər birimizin Rəbbimiz qarşısında, bəşəriyyət
qarşısında vicdan
naminə müqəddəs
borcumuz ədalətin
bərqərarına nail olmaqdır.
Dünyanın dini liderlərinə, parlamentlərə,
beynəlxalq təşkilatlara
və İnsan hüquqları üzrə
Avropa Məhkəməsinə
bir daha müraciət edərək,
onları Azərbaycan
xalqına qarşı
erməni ekstremistlərinin
təcavüzünə və
vəhşiliklərinə prinsipial siyasi, hüquqi qiymət verməyə, Xocalıda törədilən cinayəti
soyqırımı aktı
kimi tanımağa çağırırıq.
Qoy Uca Yaradan hamımıza
savab əməllərdə,
həqiqəti yanlışdan
seçməkdə və
ədalətli olmaqda yardımçı olsun! AMİN!”,
- deyə müraciətdə
qeyd edilir.
Yeni Azərbaycan.-
2018.- 16 fevral.- S.6.