Heydər Əliyev MərkəzindəDəb ikonasıadlı seminar keçiriləcək

 

Heydər Əliyev Mərkəzində rusiyalı dəb mütəxəssisi Natalya Tolkunovanın təqdimatındaDəb ikonasıadlı seminar keçiriləcək.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, martın 12,13,14-də keçiriləcək seminar üç mühazirədən ibarət olacaq.

Seminar hazırda Mərkəzdə nümayiş olunanModernizm Modasərgisi çərçivəsində təşkil edilir. Qeyd edək ki, 1960-cı illərin dəb nümunələrinin təqdim edildiyi bu sərgi Aleksandr Vasilyev Fondunun kolleksiyası əsasında hazırlanıb.

Dəb ikonasıseminarı moda aləminin liderləri ilə tanışlıq imkanı yaradır. Seminarda iştirak ödənişlidir. Bir mühazirə biletinin qiyməti 15 AZN, ümumilikdə üç gün üçün bilet isə 30 AZN-dir.

Biletləri Heydər Əliyev Mərkəzinin kassasından yaxud saytından (www.heydaraliyevcenter.az) onlayn əldə etmək olar.

Seminar iştirakçıları Heydər Əliyev Mərkəzində nümayiş olunanModernizm Modasərgisi ilə ödənişsiz tanış olmaq imkanı da əldə edəcəklər.

Martın 12-də təşkil olunacaq birinci seminarda iştirakçılarYüksək dəb ikonalarımövzusunda mühazirəni dinləyəcəklər. Mühazirə zamanı cəmiyyətdə tutduqları mövqe, böyük nüfuz zövqlərinə görə dəbi diktə edən heç bir zaman modanın zirvəsindən enməyən qadınlar haqqında məlumat veriləcək.

XX əsrin ortalarının dəb ikonalarının geyim tərzi bir daha sübut edir ki, zəriflik, kübarlıq yaşa baxmır. Məqsədyönlülük güclü xarakterləri sayəsində qarşıya qoyduqları bütün vəzifələrə nail ola bilən bu qadınların qeyri-adi taleləri bu gün nümunə sayıla bilər.

Martın 13-də təşkil ediləcək növbəti seminarKino moda: kino ulduzlarının geyim tərzimövzusuna həsr olunub. Mühazirə çərçivəsində Qreta Qarbo, Marlen Ditrix, Odri Hepbern, Qreys Kelli kimi məşhur aktrisaların dünyalarına maraqlı səyahət olacaq. Onların moda aləminə, geyim üslubuna etdikləri təsirin təhlili aparılacaq.

Yüz ildən çox müddət ərzində kinematoqrafiya ən güclü moda diktəçisi, yayıcısı olub. Ona görə kino ulduzlarının şəxsi geyim üslublarının zəmanələrinin estetikasına təsiri, onların yaratdıqları surətlərin bu günədək aktuallığını itirməməsi böyük əhəmiyyət kəsb edir.

Martın 14-də təqdim olunacaq sonuncu mühazirəMüasir dəbdə 1960-cı illərin ənənəsi”nə həsr edilib. Mühazirədə 1960-cı illərin dəbi, onun bugünkü moda trendlərinə təsiri müasir modelyerlərin istifadə etdikləri keçmiş üslublar haqda məlumat veriləcək.

1960-cı illər dəb tarixində əsrin birinci yarısının estetikasına yekun vuran gələcəyə yol açan inqilabi yeniliklər dövrü oldu. 1960-cı illərin dəbində xüsusi dinamizm incəlik var idi.

Mühazirələr Heydər Əliyev Mərkəzində saat 19.00-da başlayacaq.

Qeyd edək ki, Natalya Tolkunova jurnalist tərcüməçidir, Moskva Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olur, moda tarixçisi Aleksandr Vasilyevin rəhbərlik etdiyiModa nəzəriyyəsi sənayesiproqramı üçünModa jurnallarının tarixi”, “Kino moda”, “Dəb ikonalarımövzularında mühazirələr oxuyur. “DoroqoySur la Terrejurnallarında redaktor vəzifəsində çalışıb. “50-ci illər: kuturyelərin sonuncu istehkamıadlı kitabın müəllifidir.

Yeni Azərbaycan.- 2018.- 21 fevral.- S.7.