Bakı Dövlət Universitetinin təsis edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü ən mühüm işlərdən biridir

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci ilinAzərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi çərçivəsində fevralın 21-də Suraxanı Rayon İcra Hakimiyyətində Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyinə həsr olunan tədbir keçirilib.

Suraxanı Rayon İcra Hakimiyyəti, Bakı Dövlət Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə BDU-nun bu rayondan olan məzunları iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, daha sonra Ümummilli liderin adını daşıyan parkda BDU-nun 100 illiyi ilə əlaqədar xatirə ağacı əkilib.

Tədbir iştirakçıları Bakı Dövlət Universitetinə həsr edilmiş sərgi ilə tanış olublar.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar AbbasovAzərbaycan Xalq Cümhuriyyəti İliçərçivəsində BDU-nun 100 illik yubileyinin bu ali məktəbi müxtəlif illərdə bitirmiş suraxanılı məzunların iştirakı ilə keçirilməsini əlamətdar hadisə adlandırıb. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyinin keçirilməsi haqqında Prezident İlham Əliyevin 2017-ci il 16 may tarixli Sərəncamının əhəmiyyətini qeyd edən İ.Abbasov AXC-nin öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirməsindən, BDU-nun da milli hökumət tərəfindən yaradılmasından danışıb, bu universitetin xalqımızın təhsil elm tarixində oynadığı rolu xüsusi vurğulayıb.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov rəhbərlik etdiyi qurumla BDU arasındakı əlaqələrdən, universitetin yubileyi ilə bağlı keçiriləcək tədbirlərdən, əməkdaşlıq məsələlərindən söz açıb.

BDU-nun rektoru, akademik Abel Məhərrəmov Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi 2018-ci ilinAzərbaycan Xalq Cümhuriyyəti İlielan edilməsi ilə bağlı imzaladığı sərəncamlardan danışıb. Bildirilib ki, cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. 1919-cu ildə BDU-nun təsis edilməsinin AXC-nin gördüyü mühüm işlərdən biri olduğunu deyən rektor vurğulayıb ki, milli hökumət yarandığı ilk günlərdən həlli mühüm olan bir sıra iqtisadi siyasi problemlərlə üzləşsə , xalqın maariflənməsi üçün çox ciddi addımlar atıb. Rektor o dövrdə universitetin yaradılması ideyasının meydana çıxmasını şərtləndirən bir sıra amillər haqqında da danışıb. BDU-nun ölkəmizin tarixləri arasında bir vəhdətin, üzvi əlaqənin olduğunu deyən rektor bildirib ki, bu ali məktəbin yaranması tarixinə nəzər saldıqda respublikamız kimi onun da qədər çətinliklərlə üzləşdiyini müşahidə etmək mümkündür. Bu tarix bütövlükdə müstəqil Azərbaycanın yaranmasında xalqımız qarşısında dayanan maneələri, xalqımıza bu işdə dəstək olan çoxsaylı xeyirxah insanları, eyni zamanda, ölkəmizi müstəqil, sivil ölkələr sırasında görmək istəməyən qüvvələri özündə əks etdirir.

A.Məhərrəmov deyib ki, Ümummilli lider Heydər ƏliyevinAzərbaycan xalqının milli sərvətiadlandırdığı BDU hər bir ölkənin iqtisadi, mədəni intellektual səviyyəsinin barometri hesab edilən milli universitet missiyasını bu gün şərəflə həyata keçirir. BDU-nun Heydər Əliyev, Yusif Məmmədəliyev, Murtuza Nağıyev, Lev Landau, Mir Cəlal Paşayev, Əşrəf Hüseynov, Zahid Xəlilov, Abdulla Qarayev, Bəxtiyar Vahabzadə kimi dünya şöhrətli məzunlarının olduğunu deyən rektor universiteti indiyədək 150 minədək məzunun bitirdiyini bildirib. Qeyd edilib ki, cəmi iki fakültə ilə fəaliyyətə başlayan universitetin hazırda humanitar, fundamental təbiət elmləri sahələrini əhatə edən 17 fakültəsində 65 ixtisas, 210 ixtisaslaşma üzrə 22 mindən artıq tələbə Azərbaycan, rus ingilis dillərində təhsil alır.

A.MəhərrəmovUniversitetin dostumükafatını İ.Abbasova təqdim edib.

BDU-nun Suraxanı rayonundan olan məzunları Məhluqə Əzizova, Oqtay Səmədov, Elşad Həsənov universitetlə bağlı xatirələrini bölüşüblər. BDU-nun birinci kurs tələbəsi Nərminə Nəzərli bu ali məktəbdə gənclərin keyfiyyətli təhsil almaları üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib.

SonraSütunlarfilmi nümayiş etdirilib.

Tədbir 2019-cu ildə keçiriləcək BDU məzunlarının qurultayına nümayəndələrin seçilməsi konsert proqramı ilə başa çatıb.

Yeni Azərbaycan.- 2018.- 22 fevral.- S.7.