Yol infrastrukturunun inkişafı istiqamətində görülən işlər uğurla davam etdirilir

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu istiqamətdə məqsədyönlü layihələr həyata keçirilib mühüm nəticələr əldə olunub

Azərbaycanın yeni mərhələdə iqtisadi inkişaf strategiyasının uğurlu olmasını şərtləndirən başlıca faktorlardan biri indiyə qədər həyata keçirilən strateji kursun effektivliyidir. Yəni iqtisadi bazis əsaslı olduğuna - fundamental xarakter daşıdığına görə islahatların səmərəliliyini təmin etmək qarşıdakı mərhələdə daha uğurlu inkişaf dinamikası əldə etmək mümkün olub. Yeni iqtisadi şərait çərçivəsində müstəqil Azərbaycanın strateji inkişaf paradiqmaları özündə kompleks məsələləri ehtiva edir, uzunmüddətli dayanıqlı inkişafın fundamental əsasını təşkil edir. Ümumiyyətlə, iqtisadiyyatın diversifikasiyasına nail olmaq üçün həyata keçirilən tədbirlər əldə edilən nailiyyətlər yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib.

Təbii ki, davamlı inkişaf göstəriciləri bütün sahələri əhatə edir institusional islahatların mütəmadi xarakter daşıması nəzərdə tutulub. Buna paralel olaraq həyata keçirilən sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi müxtəlif sahələri əhatə edən proqramlar layihələrin müvəffəqiyyətlə icra olunması mühüm vəzifə kimi müəyyənləşdirilib. İndi qarşıda duran bütün proqramlar uğurla icra olunur, əldə edilən nəticələr gələcəyə nikbin baxmağa əsas yaradır. Ayrıca, müxtəlif sahələrlə bağlı layihələrin icra olunması ilə mükəmməl infrastruktur təminatının yaradılmasına xidmət edən işlərə xüsusi diqqət yetirmək lazımdır. Yol infrastrukturunun yenilənməsi yönündə davam etdirilən işlər bu baxımdan böyük əhəmiyyətə malikdir. Bu istiqamətdə görülən işlər paytaxt Bakı ilə yanaşı, Azərbaycanın bölgələrini əhatə edir. Qarşıdakı dövrdə bütün kənd yollarının təmirinə nail olmaqla bağlı ciddi vəzifə müəyyən olunub, həmçinin respublika rayonlarını əhatə edən avtomobil yollarının tikintisi, yenidən qurulması ilə bağlı işlər davamlı xarakter daşıyır.

2017-ci ildə respublikanın yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib

Yol infrastrukturunun inkişafı ilə bağlı müvafiq işlərin kompleks şəkildə həyata keçirilməsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, ölkəmizdə avtomobil nəqliyyatını idarə etmək üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 10 iyun tarixli Fərmanı iləAzəravtonəqliyyatDövlət Konserni AzəravtoyolDövlət Şirkəti ləğv edilib Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tərkibində müvafiq olaraqAvtonəqliyyatservisYolnəqliyyatservisdepartamentləri yaradılıb. Azərbaycan Respublikası Prezidentinin nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 22 fevral 2007-ci il tarixli Sərəncamına əsasən Nəqliyyat NazirliyininYolnəqliyyatservisDepartamenti Məhdud Məsuliyyətli Cəmiyyətinin təşkilati-hüquqi forması dəyişdirilərək Nəqliyyat Nazirliyinin tabeliyindəAzəryolservisAçıq Səhmdar Cəmiyyəti yaradılıb. Məhz fevralın 22-də qurumun əməkdaşları peşə bayramlarını qeyd edirlər. Bununla yanaşı, dövlətimizin başçısıAzəryolservis” ASC-nin Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılması barədə 28 dekabr 2015-ci il tarixində Sərəncam imzalayıb. 2017-ci il 18 oktyabr tarixində isə Azərbaycan Prezidenti tərəfindən imzalanmış 1638 nömrəli Fərmana əsasən, “AzəravtoyolAçıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilərəkAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyiyaradılıb. Ölkə başçısının 2017-ci ilin 19 dekabr tarixində imzaladığıAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqındaFərmanı ilə Agentliyin Nizamnaməsi strukturu təsdiq edilib.

Vurğulamaq lazımdır ki, qurum tərəfindən 2017-ci ildə respublikanın yol infrastrukturunun inkişafı istiqamətində mühüm layihələr həyata keçirilib. Ötən il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən nəzərdə tutulan 52 kəndlərarası Bakı şəhəri qəsəbələrarası avtomobil yolu layihəsi uğurla başa çatdırılıb. Ümumilikdə, 2017-ci il ərzində dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq respublikanın 34 rayonunda 14 respublika əhəmiyyətli, 42 kəndlərarası, 10 Bakı şəhərinin qəsəbələrarası avtomobil yolu layihələri, bir körpü yeraltı piyada keçidinin tikintisi layihəsi üzrə tikinti yenidənqurma işləri başa çatdırılıb. Bununla yanaşı, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən ötən il ərzində uzunluğu 1341,1 km məsafəni əhatə edən, ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri onun qəsəbələrinin avtomobil yolları, prospekt küçələr tikilib, yenidən qurulub təmir olunub. Bütövlükdə, 2017-ci il ərzində ümumi istifadədə olan avtomobil yollarında 13 ədəd piyada keçidi tikilib. O cümlədən 10 ədəd M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, 2 ədəd M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda 1 ədəd Zaqatala şəhərində yeraltı piyada keçidi istifadəyə verilib.

Bakı şəhərində ümumi uzunluğu 133 kilometr olan şəhər yolları yenidən qurulub təmir olunub. Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində avtomobil yollarında, prospekt küçələrdə 158,4 min m2 sahədə cari təmir işləri yerinə yetirilib.

Digər tərəfdən, kəndlərarası avtomobil yollarının tikintisinin başa çatdırılması, habelə Bakı şəhəri qəsəbələrində avtomobil yollarının tikintisi yenidən qurulmasının davam etdirilməsi 2016-cı ildən başlayaraqAzəravtoyol” ASC- həvalə edilib. Ötən il ərzində respublikanın 31 rayon şəhərində 655,7 min nəfər əhali yaşayan, 395 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 863,2 km olan 42 kəndlərarası avtomobil yolunun, Şəki şəhərində 1 körpünün bərpası Zaqatalada 1 piyada keçidinin tikintisi təmiri işləri başa çatdırılıb. Bakı şəhərində isə 736,8 min nəfər əhali yaşayan, 28 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 98 km olan 10 qəsəbələrarası avtomobil yolunun tikintisi yenidən qurulması başa çatdırılıb.

Nəqliyyatın hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olub

Qurumun əsas öhdəliklərindən biri hərəkət iştirakçılarının fasiləsiz təhlükəsiz hərəkətinin təmin olunmasıdır. 2017-ci il ərzində Bakı şəhərində respublikanın avtomobil yollarında 3355 ədəd yol nişanları, 1085 ədəd məlumatverici lövhə, 10 min 948 ədəd siqnal dirəkləri, 1140 ədəd siqnal bayraqları, 14 860 pm əyrixətli tirlər quraşdırılıb bərpa edilib, 774,2 min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilib.

Qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində sistemli fəaliyyət davam etdirilir

O da qeyd edilməlidir ki, qarşıda duran vəzifələrin yerinə yetirilməsi istiqamətində bəhs olunan qurum tərəfindən sistemli fəaliyyət davam etdirilir. 2018-ci ildə ən azı 600 kəndi əhatə edəcək 2000 km-dən çox avtomobil yolunun çəkilməsi vəzifəsi müəyyənləşdirilib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə Bakı şəhərində uzunluğu 106,4 km olan 11 layihənin, uzunluğu 1274,1 km olan 52 kəndlərarası layihənin, habelə respublika əhəmiyyətli avtomobil yollarının xarici kredit vəsaiti hesabına yerinə yetiriləcək layihələrin icrası həyata keçiriləcək. İl ərzində Olimpiya stadionu ərazisində tikilən tunelin, 5 ədəd yeni dizaynda piyada keçidinin, “ şəhərlayihəsi, Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şosesini birləşdirən yeni yolun, Şamaxı-Padar yolunun davamı olan Padar-Sabirabad yolunun (bu layihə 3 magistral yolu: M-4, M-2 M-6-nı birləşdirməyə imkan verəcəkdir), Rusiya Federasiyası ilə sərhəddə Samur çayı üzərində yeni körpünün tikintisi, Sumqayıt şəhərində 2 prospekt 2 küçənin yenidən qurulması digər işlər nəzərdə tutulub. Bütövlükdə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2018-ci ildə ümumi uzunluğu ən azı 2171 km təşkil edəcək avtomobil yollarının tikintisi, yenidən qurulması təmiri yerinə yetiriləcək. Bu layihələrin həyata keçirilməsi 48 rayon ərazisində Bakı şəhərinin qəsəbələrində 3,1 milyon nəfər əhalinin yaşadığı 1270 yaşayış məntəqəsini əhatə edəcək.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2018.- 22 fevral.- S.7.