TRT HABER: Xocalı soyqırımı heç vaxt unudulmayacaq bəşəri faciədir

Türkiyənin TRT HABER televiziya kanalı fevralın 20-də axşam saatlarında Xocalı soyqırımı ilə bağlıAnadolu soruşurmedia platforması çərçivəsində geniş veriliş yayımlayıb.

AZƏRTAC xəbər verir ki, verilişin qonağı Azərbaycan Milli Məclisinin Xocalıdan olan deputatı Elman Məmmədov olub.

Xocalı faciəsindən bəhs edən teleaparıcı Sinan Burhan əvvəlcə Prezident Rəcəb Tayyib Ərdoğanın fevralın 20-də bu soyqırımı barədə söylədiyi fikir mülahizələr barədə tamaşaçılara məlumat verib. S.Burhan qeyd edib ki, Xocalı soyqırımı heç vaxt unudulmayan bəşəri faciədir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vandallarının törətdikləri bu vəhşiliyin təfərrüatı, eləcə Xocalı soyqırımının səbəb məqsədləri barədə türkdilli tamaşaçılara müfəssəl məlumat verən deputat Elman MəmmədovKərkükqəzetinin departament rəhbəri Aybəniz Kuzeçi, “Cay” TV-nin əməkdaşı Həsən Yavuz Yeni çağqəzetinin baş redaktoru, yazıçı-publisist Aqil Ələsgərin suallarını cavablandırıb. Milli Məclisin deputatı faktlarla əsaslandırıb ki, ermənilərin məqsədi məhz Xocalıda azərbaycanlılara qarşı soyqırımı aktı törətmək olub bunu da həyata keçiriblər. Xocalı coğrafi ərazisinə infrastrukturuna görə Dağlıq Qarabağın strateji məntəqəsi hesab olunurdu. Digər tərəfdən, yerli əhalinin türk müsəlman olması soyqırımının törədilməsinin başlıca səbəblərindən biri kimi izah edilib.

Prezident Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımı barədə fikirlərini yüksək dəyərləndirən Elman Məmmədov Ermənistanın qonşu dövlətlərə, o cümlədən Türkiyəyə qarşı əsassız ərazi iddiası, işğalçı ölkənin əhalisinin son dərəcə yoxsul bir vəziyyətdə olması, həmçinin bu ölkəni cinayətkarların idarə etməsinə dair faktları tamaşaçılarla bölüşüb. O diqqətə çatdırıb ki, saxtaBöyük Ermənistaniddiasının yaratdığı xəstə təxəyyül Ermənistan dövlətini girdaba yuvarlayıb.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində təcavüzkar Ermənistan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə perspektivdə olan TAP TANAP kimi iqtisadi layihələrdən tam şəkildə təcrid olunub. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq qardaşlıq münasibətləri əsasında həyata keçirilən birgə layihələr ölkələrimizin gücünü davamlı olaraq möhkəmləndirir.

Azərbaycan Türkiyə diaspor təşkilatlarının gücünün birləşdirilməsi, iki qardaş ölkə arasında hərbi əlaqələrin daha da genişləndirilməsi, adamlarının qarşılıqlı fəaliyyətinin əhəmiyyəti s. kimi məsələlər ətrafında fikirlərini bildirən E.Məmmədov sürətlə inkişaf edən Azərbaycan Ordusunun peşəkarlığından, hərbçilərimizin ruh yüksəkliyindən bəhs edərək əminliklə bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün yetərli gücə malikdir xalqımız heç zaman işğal faktı ilə barışmayacaq.

Veriliş boyu Xocalı soyqırımının dəhşətlərini əks etdirən kadrlar nümayiş olunub.

 

Sabir Şahtaxtı

Yeni Azərbaycan.- 2018.- 22 fevral.- S.7.