Həyat və fəaliyyəti
cəmiyyət üçün parlaq nümunə olan şəxsiyyət
Möhkəm əqidəli, vətənpərvər şəxsiyyət, Heydər
Əliyev ideyalarına sadiq olan fədakar insan. Bu ifadələr
Yaşar Tofiqi Əliyevin həyat və fəaliyyətini səciyyələndirir. Yaşar
Əliyevin xalqımız və dövlətimiz
qarşısında xidmətlərinin, dövlətçiliyin
inkişafına mühüm töhfələr verən fəaliyyətinin
başlıca ştrixlərini daha aydın təsvir etmək
üçün bir sıra nüanslara xüsusi diqqət
yetirmək lazımdır.
1948-ci ildə
Bakı şəhərində anadan olan, 1966-cı ildə
Bakı şəhəri 1 saylı orta məktəbi bitirdikdən
sonra N.Nərimanov adına Azərbaycan Tibb
İnstitutuna qəbul olan və 1971-ci ildə oranı bitirərək
həkim ixtisasına yiyələnən Yaşar Əliyev əmək
fəaliyyətinə 1972-ci ilin yanvar ayından Səhiyyə
Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin
4 saylı bölməsində başlayıb. Gənc
yaşından ictimai-siyasi sahədə fəal iştirak edən
Yaşar Əliyev partiya və komsomol işində aktivlik
nümayiş etdirərək müxtəlif tədbirlərdə
uğurla təmsil olunub. Bunun nəticəsi kimi,
Yaşar Əliyev 1975-ci ilin oktyabr ayından 1979-cu ilin may
ayınadək Bakı şəhəri Əzizbəyov rayon
Komsomol Komitəsinin II katibi vəzifəsində
çalışıb. Bu, yüksək
prinsipiallığa və vətənpərvərlik hissinə
malik olan Yaşar Əliyevin ictimai-siyasi işlərdə fəal
təmsil olunduğunu ifadə edən mühüm faktlardan
biridir.
YAŞAR
ƏLİYEV 13 İL ƏRZİNDƏ 2500-DƏN ÇOX
PERSONALIN TƏMSİL OLUNDUĞU SEMAŞKO ADINA BAKI
ŞƏHƏRİ 1 NÖMRƏLİ XƏSTƏXANAYA
UĞURLA RƏHBƏRLİK EDİB
Yaşar
Əliyevin əmək fəaliyyətinin çox mühüm
mərhələlərindən birini onun 13 il
ərzində Semaşko adına Baki şəhəri 1
nömrəli xəstəxanaya uğurla rəhbərlik etməsi
ilə bağlıdır. O, 1982-ci ilin dekabr ayına kimi həkim,
sonra baş həkimin müavini və 1984-cü ilin mart
ayından xəstəxananın baş həkimi işləyib.
O zaman ölkəmizdə ən böyük tibb müəssisəsinin
baş həkimi olan və 2500 nəfərdən artıq
personalın təmsil olunduğu böyük bir kollektivə
uğurla rəhbərlik edən Yaşar Əliyev bu müddət
ərzində səhiyyə sahəsində innovasiyaların tətbiqi
və elmi təcrübə mübadiləsi sahəsində
mühüm xidmətlər göstərib. Onun
rəhbərliyi dövründə xəstələrin
müayinəsi və müalicəsi sahəsində
mühüm irəliləyişlər qeydə alınıb,
yeni korpuslar və laboratoriyalar istifadəyə verilib, bəhs
olunan tibb müəssisəsinin işi xeyli dərəcədə
təkmilləşib. Bu dövrdə
çoxsaylı elmi müdafiələr və təcrübələr
də həyata keçirilib.
ULU
ÖNDƏR HEYDƏR ƏLİYEVİN FƏAL
MÜDAFİƏÇİSİ
Mühüm
məqamlardan biri budur ki, Sovet imperiyası tərəfindən
Azərbaycan xalqına qarşı törədilmiş 20
Yanvar faciəsi zamanı gülləbaran edilmiş - xəsarət
almış və dünyasını dəyişmiş
insanlar Semaşko adına Bakı şəhəri 1 nömrəli
xəstəxanaya gətirilmiş və bütün bunlar sənədləşdirilərək
deputat-istintaq komissiyasına və Respublika Prokurorluğuna təqdim
edilmiş, o cümlədən bir çox ölkələrin
səfirliklərinə göndərilmişdi.
Ümummilli məsələlərdə daim prinsipial
mövqedən çıxış edən Yaşar
Əliyevi cəmiyyətə daha yaxşı tanıdan amillərdən
biri onun 1990-cı illərin əvvəlində vətənpərvər
bir ziyalı kimi Azərbaycanın
qarşılaşdığı problemlərə görə
narahatlıq keçirməsi və ölkəmizin xaosdan,
anarxiyadan qurtulmaq üçün Ümummilli lider Heydər
Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi
uğrunda aparılan mübarizədə yer alması idi. O da digər vətənpərvər
insanlar kimi həmin dövrdə ölkəmizin üzləşdiyi
çətinliklərdən yeganə xilas yolunu Ulu öndər
Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə
gəlməsində görürdü.
Məlumdur ki, həmin dövrdə hakimiyyətdə
olan rəhbərlərin yarıtmaz və antimilli siyasəti nəticəsində
Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi,
tənəzzülün məngənəsində idi, eyni
zamanda, ermənilərin Azərbaycan torpaqlarını
işğalı davam edirdi. Belə bir mürəkkəb
və çətin şəraitdə yeganə
çıxış yolu Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlməsi idi. Yaşar
Əliyev belə bir situasiyada əsl vətəndaşlıq
mövqeyi nümayiş etdirərək Ulu öndərin
ölkəni xilas etməsinin zəruriliyini qeyd edir, bu istiqamətdə
fədakar və mübariz yanaşma ortaya qoyurdu. Hələ
Heydər Əliyev Naxçıvan MR-da olarkən Heydər
Əliyevin Hüquqlarının Müdafiəsi Komitəsinin
üzvü kimi Yaşar Əliyev fədakarlıq
nümayiş etdirərək dəfələrlə muxtar
respublikaya səfər etmiş, Onunla görüşərək
mənəvi dəstəyini ifadə etmiş, Ulu öndərin
Azərbaycanda hakimiyyətə gəlməsinin xalqın tələbi
olduğunu ifadə etmişdi. Yaşar Əliyev
Heydər Əliyevə və Onu dəstəkləyənlərə
qarşı təzyiqlərin olduğu bir dönəmdə
parlamentdə də Ulu öndərin fəal müdafiəçisi
kimi çıxış edirdi. O, 1992-ci ilin mayın 18-də
AXC-"Müsavat" cütlüyünün hakimiyyəti qəsb
etməsi, qeyri-qanuni yolla və parlamentə təzyiq göstərilməsi
metodu ilə İsa Qəmbərin Milli Məclisə sədr
seçilməsi ilə bağlı çıxış edərək
öncə ölkədəki vəziyyətin müzakirə
edilərək müvafiq qiymətləndirilməsini, bundan
sonra parlament sədrinin seçilməsini tələb
etmiş və parlament sədri postuna ən layiqli namizədin
məhz təcrübəli dövlət xadimi, dünya siyasətini
dərindən bilən Heydər Əliyev olduğunu cəsarətlə
vurğulamışdır. Parlamentdə Ulu
öndər Heydər Əliyevə qarşı kampaniya
aparılarkən Yaşar Əliyev Ümummilli liderin
azsaylı müdafiəçilərindən biri idi. Bu
dövrdə parlamentdə təmsil olunan 360 deputatdan, hansı
ki, onların böyük əksəriyyəti Heydər
Əliyevin respublikaya rəhbərliyi dövründə
dövlət və hökumət strukturlarında vəzifəyə,
rayon rəhbərliyinə irəli çəkilmişdi,-
yalnız bir neçəsi bu təşəbbüsü dəstəkləmişdi
və Yaşar Əliyev də bu sırada yer alırdı.
AXC-"Müsavat" hakimiyyətinin "parlament
çevrilişi" olaraq 360 deputatın səlahiyyətlərinin
50 nəfərdən ibarət deputata verilməsi ilə
yaradılmış Milli Şura əslində qətiyyən
milli iradəni ifadə etmirdi. Lakin xalqın nəzərində
öz legitimliyini tam itirməmək üçün onun
sıralarında obyektivliyi və peşəkarlığı
cəmiyyətdə şübhə doğurmayan Yaşar
Əliyev kimi ziyalılarında təmsil olunmasına imkan
verilmişdir. Həmin vaxt AXC-"Müsavat" hakimiyyəti,
xüsusilə parlamentin o dövrdəki rəhbərliyi Ulu
öndər Heydər Əliyevin Milli Şuranın
üzvü olmadığı üçün parlamentə sədr
seçilməsinin mümkün olmadığı iddiası
ilə çıxış edərkən məhz Yaşar
Əliyev Heydər Əliyevin Milli Şuraya seçilməsi
üçün öz deputat mandatından imtina etməyə
hazır olduğunu ifadə edərək əsl vətəndaşlıq
və yüksək vətənpərvərlik mövqeyi
nümayiş etdirmişdi.
YAŞAR
ƏLİYEV QANUNVERİCİLİK SAHƏSINDƏ
SƏMƏRƏLİ FƏALİYYƏTİ İLƏ
HÜQUQİ DÖVLƏTİN İNKİŞAFINA VƏ
PARLAMENTARİZM ƏNƏNƏLƏRİNİN
MÖHKƏMLƏNDİRİLMƏSİNƏ XİDMƏT
EDİB
REKLAM
facebook.com
Daha ətraflı
Native
Video by Adributor
Yaşar
Əliyev həmçinin 18 oktyabr 1991-ci il
tarixində qəbul edilmiş Müstəqillik Aktına səs
verən şəxslərdən biri olub. Məlum olduğu
kimi, 1990-cı ildə Azərbaycan SSRİ XII
çağırış Ali Sovetinin deputatı, 1992-ci ildə
isə Milli Şuranın üzvü seçilən Yaşar
Əliyev qanunvericilik sahəsində də öz fəaliyyəti
ilə dövlətin inkişafına, dövlətçiliyin
möhkəmləndirilməsinə xidmət edib. 1994-cü il oktyabrın 14-dən əmək fəaliyyətini
Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini kimi
davam etdirən Y. Əliyev 1995-ci ildə I
çağırış Azərbaycan Respublikası Milli Məclisinə
seçilib, parlament sədrinin müavini kimi fəaliyyət
göstərib. O, səmərəli fəaliyyətinin
qanunauyğun nəticəsi kimi, 2000-ci ildə parlament
seçkilərində növbəti dəfə seçicilərin
yüksək etimadını qazanıb.
Milli Məclisin deputatı kimi 12 illik fəaliyyəti
dövründə Yaşar Əliyev qanun
yaradıcılığı və hüquqi dövlət
quruculuğu prosesində, hüquqi bazanın
formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində
yaxından iştirak edib. Onun ictimai-siyasi fəaliyyətinin
çox mühüm səhifələrindən birini
Ümummilli lider Heydər Əliyevin Sədri olduğu Azərbaycan
Respublikasının Konstitusiyasının qəbulu üzrə
Dövlət Komissiyasının üzvü olması,
Konstitusiyanın hazırlanması və qəbuluna öz dəyərli
töhfələrini verməsi təşkil edir.
YAŞAR
ƏLİYEV AZƏRBAYCANIN BEYNƏLXALQ
ƏLAQƏLƏRİNİN DAHA DA YAXŞILAŞDIRILMASI
İSTİQAMƏTİNDƏ MÜSTƏSNA
XİDMƏTLƏR GÖSTƏRİB
Yaşar Əliyev Azərbaycanın beynəlxalq əlaqələrinin
daha da yaxşılaşdırılması və dünyada
mövqeyinin möhkəmlənməsi istiqamətində də
yorulmaz fəaliyyət göstərib, müstəsna xidmətləri
ilə yadda qalıb. MDB ölkələrinin Parlament Assambleyasının
Şurasının üzvü olan, Qara Dəniz İqtisadi
Əməkdaşlıq Təşkilatına iki dəfə
vitse-prezident seçilən Yaşar Əliyev həm də
beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil
edib, Azərbaycan həqiqətlərinin fəal təbliğatçısı
olub. Y. Əliyev parlamentlərarası münasibətlərin
inkişafında, səmərəli əlaqələrin
qurulması və genişləndirilməsi istiqamətində
əhəmiyyətli işlər görüb. Ən
mühüm məqamlardan biri budur ki, Yaşar Əliyev hər
zaman Ermənistanın işğalçı siyasəti nəticəsində
torpaqlarımızın 20 faizinin işğal altında
olduğunu nəzərə çatdırıb, milli məsələlərlə
bağlı qətiyyətli və fəal mövqedə
dayanıb. Uzun müddət İran- Azərbaycan
Dövlətlərarası Komissiyasının sədri olan Yaşar
Əliyev iki ölkə arasında münasibətlərin
inkişafına özünəməxsus töhfələr
verib. AXC-"Müsavat" hakimiyyəti
dövründə pozulmuş İran-Azərbaycan əlaqələrinin
bərpa olunmasında - ikitərəfli təmasların
sıxlaşmasında Y. Əliyevin təşəbbüsləri
mühüm rol oynamışdır. O, bu mərhələdə
İran prezidenti və ali dini rəhbəri
ilə 10 dəfədən çöx
görüşmüş, rəsmi səfərlərin həyata
keçirilməsində və müqavilələrin
imzalanmasında yüksək təşkilatçılıq
qabiliyyəti nümayiş etdirmişdir.
Onun Azərbaycan dövləti qarşısında
müstəsna xidmətlərindən birini 2002-2011-ci illər
ərzində Çin Xalq Respublikasında (ÇXR) Azərbaycanın
fövqəladə və səlahiyyətli səfiri kimi səmərəli
fəaliyyəti təşkil edir. Y.Əliyev bu dövrdə
Azərbaycan-Çin münasibətlərinin
inkişafına, iki ölkə arasında ticarət dövriyyəsinin
artmasına, diplomatik əlaqələrin intensiv xarakter
almasına və müxtəlif sahələrdə əməkdaşlığın
genişləndirilməsinə mühüm töhfələr
verib. ÇXR-də azərbaycanlıların
hüquqlarının müdafiə olunması, iqtisadi fəaliyyətinin
qurulması və davam etdirilməsi, o cümlədən
partiyalararası münasibətlərin - Çin Kommunist
Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrin
qurulması və inkişafı istiqamətində də
çoxsaylı işlər görmüşdür.
Bütövlükdə, Yaşar Əliyev bu müddət ərzində
ÇXR-dən əlavə, Vyetnam, Monqolustan, Cənubi və
Şimali Koreya dövlətlərində ölkəmizin
fövqəladə və səlahiyyətli səfiri kimi
uğurlu fəaliyyət göstərmişdir. Onun
səfir kimi fəaliyyət göstərdiyi müddətdə
Çində dəfələrlə Azərbaycan günləri
keçirilib. Xüsusi olaraq Çində Olimpiya
Oyunları keçirilən il böyük
bir mədəniyyət tədbiri - Çində Azərbaycan
Mədəniyyəti Günləri təşkil edilib. Həmçinin Şanxay şəhərində ənənəvi
olaraq təşkil olunan beynəlxalq "Ekspo" sərgidə
Azərbaycan guşəsinin yaradılması və ölkəmizin
təbliğ edilməsində də onun mühüm xidmətlərini
diqqətə çatdırmaq lazımdır. Yaşar Əliyev yuxarıda göstərilən
dövlətlərlə yanaşı, digər Şərq və
Qərb ölkələri ilə də əlaqələrin
qurulmasında da müstəsna rol oynayıb.
PEŞƏKAR
DİPLOMAT VƏ TƏCRÜBƏLİ PARLAMENTARİNİN
FƏALİYYƏTİ YÜKSƏK
QİYMƏTLƏNDİRİLİR
Bütövlükdə, həm səhiyyə sahəsində
uğurlu fəaliyyəti ilə yadda qalan, həm də
ictimai-siyasi fəaliyyətində mühüm nailiyyətlər
qazanan Yaşar Əliyevin - peşəkar diplomat və təcrübəli
parlamentarinin dövlətçiliyin qorunması və
inkişafı istiqamətində fəaliyyəti daim yüksək
qiymətlədirilib. Təsadüfi deyil ki, cənab Prezident İlham
Əliyevin Sərəncamı ilə Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında fəal
iştirakına görə Yaşar Əliyevin
"Şöhrət" ordeni ilə təltif edilməsi
onun fəaliyyətinə verilən qiymətin bariz ifadəsidir.
O, həmçinin Azərbaycan Respublikasının
ictimai-siyasi həyatında fəal iştirakına görə
Prezidentin fərdi təqaüdünə layiq
görülüb. 2000-ci ildə Müstəqil
Dövlətlər Birliyinin "Sodrujestvo" ordeni ilə təltif
olunan Yaşar Əliyev 20-dən çox elmi əsərin
müəllifi, Ukrayna Akademiyasının tibb doktoru və
Moldova Respublikasının fəxri doktorudur.
Nəticə etibarilə, öz səmərəli
fəaliyyəti ilə müsbət nümunə yaradan, alicənab
şəxsiyyət kimi tanınan və geniş ictimaiyyətin
dərin rəğbətini qazanan Yaşar Əliyevin
ömür yolu - həyat və fəaliyyəti həm gənclər,
həm də bütövlükdə cəmiyyət
üçün parlaq nümunədir.
Yeni Azərbaycan.- 2018.- 5 iyul.- S.6