“Azərbaycanda yəhudilərin həyat tərzi” kitabının təqdimatı olub
İyulun 4-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) Bakı şəhəri
Dağ yəhudiləri
dini icmasının rəhbəri Milix Yevdayevin “Jewish life in Azerbaijan” (“Azərbaycanda yəhudilərin
həyat tərzi”) adlı kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, BBMM-in icraçı direktor əvəzi Rəvan Həsənov kitab haqqında məlumat verib. Bildirilib ki, kitabda Azərbaycanda yaşayan yəhudilərin adət-ənənələri,
mədəniyyətləri, həyat tərzləri, eləcə də Azərbaycan-İsrail münasibətləri
haqqında məqalələr
yer alıb.
Kitab ABŞ-ın ən böyük yəhudi qəzetlərindən
biri olan və Los-Ancelesdə nəşr olunan “Jewish
Journal” qəzetində Milix
Yevdayevin dərc edilmiş məqalələrinin
toplusundan ibarətdir.
Prezident Administrasiyasının millətlərarası
münasibətlər, multikulturalizm
və dini məsələlər şöbəsinin
müdiri Etibar Nəcəfov bildirib ki, Azərbaycandakı multikultural mühit beynəlxalq aləmdə yüksək qiymətləndirilir. Azərbaycanın tolerantlığı bir nümunəyə çevrilib.
Dini Qurumlarla
İş üzrə
Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı Azərbaycanın
mövcud multikulturalizm
və tolerantlıq ənənələrindən danışıb. Qeyd edib
ki, bu nəşrdə
də milli və dini mənsubiyyətindən
asılı olmayaraq, hər kəsin ölkəmizdə dinc, yanaşı və sülh şəraitində
yaşadığı bildirilir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının
arxiyepiskopu Aleksandr İşein, Qafqaz Müsəlmanları İdarəsi
sədrinin müavini Fuad Nurullayev, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, Azərbaycan
Respublikasının Alban-Udi
Xristian dini icmasının sədri
Robert Mobili və digərləri çıxış
edərək yeni nəşrin önəmindən
danışıblar. Qeyd
olunub ki, kitabda, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi,
Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzü, 20 Yanvar
faciəsi və Xocalı soyqırımı
kimi xalqımızın
başına gətirilən
dəhşətli faciələr
haqqında ətraflı
məlumat verilir.
Daha sonra kitabın müəllifi Milix Yevdayev çıxış edərək bildirib ki, Azərbaycandakı bütün xalqların nümayəndələri özlərini yaşadıqları ölkənin layiqli vətəndaşları hesab edirlər. Çünki Azərbaycanda bunun üçün kifayət qədər yaxşı şərait, xoş münasibət var. O, kitabında da bu məsələlərin xüsusi qeyd olunduğunu deyib
Yeni Azərbaycna.- 2018.- 5 iyul.- S.5.